Bu yarışda ilk dəfə olaraq iki çəki kateqoriyası tətbiq olundu və bu qayda 1979-cu ilə kimi davam etdi: 200 funta qədər və 200 funtda yuxarı. 200 funta qədər olan kateqoriyada Franko Kolumbu, 200 funtdan yuxarı çəki dərəcəsində isə Arnold Şvartsenegger qalib gəldi. Mütləq çempion isə yenə də Arnold Şvartsenegger oldu. Bu onun artıq beşinci çempionluğu idi.