Mirze Mehdi Naci - Wikipedia
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Mirzə Mehdi Naci (1805, Yelizavetpol – 1882, Yelizavetpol) — XIX əsrdə Gəncədə yaşayıb-yaratmış tanınmış təbib, şair, nəqqaş-xəttat.
Mirzə Mehdi Naci | |
---|---|
Təxəllüsü | Təbib |
Doğum tarixi | 1805 |
Doğum yeri | |
Vəfat tarixi | 1882 |
Vəfat yeri | |
Fəaliyyəti | şair, xəttat |
Üzvlüyü | |
Mirzə Mehdi Naci Vikimənbədə |
Həyatı
redaktəO, 1805-ci ildə Gəncədə doğulmuşdur. "Divani-hikmət"in fəalüzvlərindən olan Naci dövrünün tanınmış şairi, xalq təbabətini gözəl bilən həkimi həm də mahir həkkak-xəttatı olmuşdur. Onun hazırladığı gözəl ornamentli qəbir daşları indi də Gəncə qəbiristanlığında qalmaqdadır. Naci Qarabağ, Şəki, Qazax, Şamaxı şairləri ilə yaxından əlaqə saxlamış, tez-tez onlarla məktublaşmışdır. O, 1882-ci ildə Gəncədə vəfat etmiş, şəhərin İmamzadə türbəsində, hələ sağlığında özü üçün hazırladığı məqbərədə dəfn edilmişdir. İmamzadə kompleksində onun sağlığında özü üçün düzəltdiyi və başqalarına yazdığı başdaşılara rast gəlmək mümkündür.