Miras Heykeli - Wikipedia
Miras heykəli (türk. Miras Heykeli) — Türkiyənin paytaxtı olan Ankara şəhərində yerləşən heykəl. Türk heykəltaraş Metin Yurdanurun əsəridir. Türkiyənin paytaxtı Ankarada ilk mülki heykəl olması ilə tanınır[1]. Heykəldə Molla Nəsrəddin het ximerası üzərində, arxaya oturmuş təsvir edilmişdir.
Miras heykəli | |
---|---|
türk. Mirasİnsan Heykeli | |
| |
Ölkə | Türkiyə |
Yerləşir | Ankara |
Heykəltaraş | Mətin Yurdanur |
Material | Bürünc |
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktə1979-cu ildə Ankara Böyükşəhər Bələdiyyəsi “şəhərin plastik elementlərlə təchiz edilməsi layihəsi”nin hazırlanması təşəbbüsü ilə çıxış edərək Ankaranın müxtəlif ərazilərini bəzəmək üçün bir sıra heykəltaraşlıq işlərini sifariş verib. Mətin Yurdanur başda olmaqla bir neçə heykəltaraşın hazırladığı bu əsərlər elə həmin il bələdiyyə orqanlarına təqdim olunub. Belə ki, bu layihə çərçivəsində Yurdanurun “Mirası” Ankara Dəmiryolu Vağzalının bağçasında, “Ellər” Abdi İpəkçi parkında, “Həmrəylik” isə Meydanda yerləşdirilib[2][3].
Təsvir
redaktəMiras heykəli Anadolu ilə əlaqəli iki fərqli, lakin əhəmiyyətli mədəniyyət rəmzlərini birləşdirir. Beləliklə, müxtəlif dövrlərdə eyni torpaqda mövcud olmuş Anadolu sivilizasiyalarının birliyini və davamlılığını simvolizə etmək nəzərdə tutulur. Abidədə folklor qəhrəmanı Molla Nəsrəddin təsvir edilib, onun fərqləndirici xüsusiyyəti eşşəyi geriyə minmək vərdişi idi. Eyni kompozisiyada eşşək rolunu qanadlı və ikibaşlı Het aslanı ifa edir[1].
Ümumiyyətlə, heykəltaraşlıq mücərrəd ifadə texnikası ilə xarakterizə olunur. Onun çatdırmaq istədiyi mesaj müxtəlif detallarla gücləndirilir. Həndəsi və iti heykəltaraşlıq elementlərindən istifadə etməklə əsərin realizmi artırılmışdır. Xoca Nəsrəddinin eşşək əvəzinə aslan üzərində təsviri bir tərəfdən müxtəlif dövrləri özündə cəmləşdirirsə, digər tərəfdən də bu xalq qəhrəmanını “zamanın səyahətçisi”nə çevirir[4].
İstinadlar
redaktə- ↑ 1 2 Yalçın, Necati. "Yurdanur'un Kimera'yla başlayan Ankara serüveni" (türk). Hürriyet. 31 января 2017. 2020-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 июля 2021.
- ↑ "Metin Yurdanur « Hamam 1955 / The Bath 1955 »". galerisoyut.com. Galeri Soyut. 2015. 2018-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 июля 2021.
- ↑ "Metin Yurdanur". Anıt Heykeller Serisi (türk). Ege University: 7. 2011. 2020-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 июля 2021.
- ↑ Özkarakoç, Özcan. "Türk Kültür Coğrafyasının Ortak Değeri Nasreddin Hoca'nın Bazı Heykelleri Üzerine Değerlendirmeler". MANAS Journal of Social Studies (türk). Manas University. 8 (1). 2019: 157–175. ISSN 1694-7215. 2020-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 июля 2021.