Minare Tahirova - Wikipedia
Minarə Məmməd qızı Tahirova (1936, Göyçay rayonu, Zaqafqaziya SFSR, SSRİ – 20 oktyabr 2017, Sumqayıt, Azərbaycan) — Azərbaycan Respublikasının Əməkdar müəllimi, "Şöhrət" ordenli pedaqoq.[1]
Minarə Tahirova | |
---|---|
Minarə Məmməd qızı Tahirova | |
Doğum tarixi | |
Doğum yeri | Göyçay rayonu, Zaqafqaziya SFSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Sumqayıt, Azərbaycan |
Dəfn yeri | Sumqayıt şəhər qəbiritanlığı |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsi |
Mükafatları |
Uzun müddət 1987-ci ildən 2011-ci ilədək Sumqayıt şəhəri N.Gəncəvi adına Texniki və Təbiət Elmləri təmayüllü Liseyin direktoru olmuşdur.
Həyatı
redaktəMinarə Məmməd qızı Tahirova 1936-cı ildə Göyçayda ziyalı ailəsində anadan olmuşdur.
1954-cü ildə o vaxtkı APİ-nin Tarix fakültəsinə daxil olmuşdur.
1959-cu ildən taleyini Sumqayıtla bağlayıb. O, bu şəhərə münasibətini belə ifadə edir:
Sumqayıt hər bir sumqayıtlının tale şəhəridir. Mənim isə öz şəhərimdir.[2] Minarə Tahirova
|
Əvvəlcə 12 saylı məktəbdə ibtidai sinif müəllimi, sonra indiki 10 saylı məktəbdə direktor müavini, 23 saylı məktəbdə direktor vəzifəsidə çalışmışdır.
1981–1983-cü illərdə Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri, 1983–1986-cı illərdə Sumqayıt şəhər Partiya Komitəsinin ikinci katibi vəzifəsində işləmişdir.
1987-ci ildən 2011-ci ilədək Sumqayıt şəhəri N.Gəncəvi adına Texniki və Təbiət Elmləri təmayüllü Liseyin direktoru olmuşdur. Həmin lisey uzun müddət Sumqayıtda "Minarənin liseyi" adı ilə tanınıb.
20 oktyabr 2017-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir.[3] Onunla vida mərasimi Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində keçirilib.[4] Vida mərasimində Sumqayıt şəhər İcra Hamimiyyətinin başçısı Zakir Fərəcov, təhsil işçiləri və şəhər ictimaiyyət nümayəndələri iştirak ediblər.[4] Minarə Tahirova Sumqayıt şəhər qəbiritanlığında dəfn olunub.[4]
Mükafatları
redaktə- "Əmək igidliyinə görə" medalı
- "Əməkdə fərqlənməyə görə" medalı
- "SSRİ təhsil əlaçısı"
- "Respublika qabaqcıl maarif xadimi" döş nişanları
- 2000-ci ilin 18 martında Prezidentin Fərmanı ilə "Əməkdar müəllim" adına layiq görülüb.[1]
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü[5]
- 2006-cı il "Şöhrət" ordeni
İstinadlar
redaktə- ↑ 1 2 "Azərbaycan Respublikasının təhsil işçilərinə "Əməkdar müəllim" fəxri adının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 mart 2000-ci il tarixli, 302 nömrəli Fərmanı Arxivləşdirilib 2020-05-25 at the Wayback Machine (az.)
- ↑ Beydulla Vəziroğlu. "Sumqayıt: Təhsilimizin qabaqcıl simaları" kitabı. "Müəllimlər müəllimi" məqaləsi. Sumqayıt. 2002. Səh. 17. (az.)
- ↑ Sumqayıt "Şöhrət" ordenli görkəmli pedaqoqunu itirdi — FOTO Arxivləşdirilib 2021-07-29 at the Wayback Machine. xeberle.com, 20.10.2017 (az.)
- ↑ 1 2 3 Sumqayıt təhsili "anasını" itirdi: sevimli müəllim son mənzilə belə yola salındı — FOTOLAR Arxivləşdirilib 2020-12-02 at the Wayback Machine. xeberle.com, 20.10.2017 (az.)
- ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2004-cü il tarixli, 560 nömrəli Sərəncamı Arxivləşdirilib 2022-12-06 at the Wayback Machine (az.)