Misel Kretu - Wikipedia
Mişel Kretu (fr. Michael Cretu) və ya Mixay Kretsu (rum. Mihai Creţu), Curly M.C. kimi də tanınır (18 may 1957, Buxarest, Rumıniya) — Rumıniya musiqiçisi, Enigma musiqi layihəsinin yaradıcısı və ideyavericisi.
Mişel Kretu | |
---|---|
rum. Mihai Creţu | |
Ümumi məlumatlar | |
Doğum adı | Mixay Kretsu |
Ləqəbləri | Michael Cretu, M. C. Curly[1] |
Doğum tarixi | |
Doğum yeri | Buxarest, Rumıniya |
Həyat yoldaşı |
|
Uşağı | 3 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar, musiqiçi |
Fəaliyyət illəri | 1980-ci ildən |
Janr | elektronik musiqi |
Musiqi alətləri | piano |
Üzvlüyü |
Öz peşəkar karyerası boyu bir çox musiqiçilərlə birgə işləmişdir. "Enigma"nı yaratmamışdan əvvəl Sandra Kretu, Frenk Farian, Boney M, Mirey Matye, Peter Kornelius, Mayk Oldfild və s. müğənni və musiqi qrupları ilə çalışmışdır. Sonralar onun tərəfdaşları Frenk Peterson, Devid Feyrsteyn, Yens Qad, Angel Х, Andre Tanneberger, Jam & Spoon, Peter Ries, Rut-ənn Boyl və Endryu Donalds olmuşlar.
2001-ci ilə onun prodüseri və müəllifi olduğu musiqi albomlarının ümumi tirajı 100 milyon nüsxəni keçmişdir.
Həyatı
redaktəMixay Kretsu Buxarestdə dünyaya gəlib. Onun atası mühəndis, anası iqtisadçı olublar. 1965-1968-ci illərdə doğma şəhərindəki 2N-li musiqi litseyinin fortepiano sinifində oxuyub. 1968-ci ildə Parisə köçüb. Elə həmin dövrdə rumın mənşəli ad və soyadını "fransızlaşdıraraq" Mişel Kretu edib. 1975-1978-ci illərdə AFR-in Frankfurt Musiqi Akademiyasında təhsil alıb və buranı əla qiymətlərlə bitirib.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə Musiqiçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |