Mesila Doda - Wikipedia
Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Mesila Doda (alb. Mesila Doda; 6 fevral 1971, Kukes) — alban siyasətçi, 2001-ci ildən Albaniya Xalq məclisinin deputatı, Albaniya Demokrat partiyasının yaradıcılarından biri.
Mesila Doda | |
---|---|
alb. Mesila Doda | |
Albaniya parlamentinin deputatı | |
Vəzifədədir | |
2001-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kukes, Albaniya |
Partiya |
Albaniya Demokrat Partiyası (1991—2016) Ədalət, inteqrasiya və birlik uğrunda partiyası (2016-cı ildən) |
Təhsili |
Tirana Universiteti Roma Sapienza Universiteti |
İxtisası | İqtisadçı, filosof |
Fəaliyyəti | jurnalist |
Dini | Roma-Katolik kilsəsi |
Bioqrafiya
redaktə6 fevral 1971-ci ildə Kukes şəhərində anadan olub.
Mesila Doda Tirana universitetində iqtisadiyyatı, Roma universitetində isə fəlsəfəsini öyrənirdi. Siyasət karyerasına 1991-ci ildə tələbə etirazları zamanı başladı, bu etirazlar alban əmək partiyasının hakimiyyətdən getməsi ilə nəticələndi. Doda müxtəlif siyasi mövqelərdən çıxış edərək jurnalist və teleaparıcı kimi işləmişdi. O, Albaniya Demokrat partiyasını təsis etdi, 2001-ci ildə Albaniya Parlamentinə daxil oldu. 2016-ci ildə o, partiyanı tərk etdi və açıq məktub yazaraq bildirdi ki, 25 il bundan əvvəl yaratdığı partiyadan getməyinə təəssüflənir.[1] 2016-ci ildən o, İnteqrasiya, ədalət və birlik uğrunda partiyasının üzvüdü və Çameriya albanlarının hüquqlarını qoruyur.[2] Doda dindar katolikdi və ənənəvi dəyərlərin müdafiəçisidi. O, dəfələrlə marixuananın, fahişəliyin leqallaşdırılmasına, LGBT birliyinin hüquqlarının müdafiəsinə qarşı çıxış etmişdir. buna görə də hüquq müdafiəçiləri tərəfindən tənqid və töhmətlərə məruz qalmışdır.[3]
İstinadlar
redaktə- ↑ Doda leaves DP, Mesila Doda gives her reasons in an open letter Arxivləşdirilib 2017-05-10 at the Wayback Machine (ing.)
- ↑ Doda joins PJIU Arxivləşdirilib 2017-05-10 at the Wayback Machine (ing.)
- ↑ MEMBER OF THE ALBANIAN PARLIAMENT ACCUSED OF OVERT DISCRIMINATION AGAINST LGBT COMMUNITY Arxivləşdirilib 2016-11-18 at the Wayback Machine (ing.)