Mata Hari - Wikipedia
Mata Hari (tam adı: Marqareta Qertruda Zelle, nid. Margaretha Geertruida Zelle; 7 avqust 1876[1][2][…], Leyvarden[4] – 15 oktyabr 1917[3][1][…], Vensen[4]) — Almaniya kəşfiyyatçısı, əslən Hindistandan olan rəqqasə.
Mata Hari | |
---|---|
nid. Mata Hari | |
Doğum tarixi | 7 avqust 1876[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 15 oktyabr 1917[3][1][…] (41 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Uşaqları | 2 |
Fəaliyyəti | kurtizan[d], casus, ekzotik rəqqasə |
Fəaliyyət illəri | 1900-cü ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Birinci Dünya Müharibəsi dövründə Almaniyanın xeyrinə casusluq fəaliyyəti ilə məşğul olmuş və bu səbəbdən Fransız məhkəməsi tərəfindən müharibə vaxtı düşmən lehinə casusluq iddiası ilə güllələnmişdir.
Həyatı
redaktə7 avqust 1876-da dünyaya gələndə, Marqarita Qertruda Zell adı ilə vəftiz edilmişdi.Ailəsi dindarlıq və ticarəti eyni səbətə qoyan Kalvinistlər idi.Papaqçı olan atası başqa bir qadın üçün evi tərk etmişdi.Anasın da qısa müddət sonra öldükdən sonra, həyatın bütün çətinlikləri ilə üz- üzə qalmışdı.
1895-in martında,19 yaşında olarkən Het Nieuwes van den Dag qazetində gördüyü bir elan həyatını dəyişdirəcəkdi. Şotland əsilli Rudolf MacLeo 20 ildir Hollaniya müstəmləkələrindən olan İndoneziyada yaşayırdı və özünə uyğun həyat yoldaşı axtarırdı. Bu vəziyyət o zamanlar çox məşhur idi.Elan yayımlananda MacLeod,ağır xəstəlikdən yenicə xilas olmuş və Amsterdamda sağalmağa çalışırdı.Əslində elan Rudolfun yaxın dostlarının zarafatı idi.Elana 16 nəfər cavab vermişdi,Marqarita bunlardan sonuncusu idi.Elana cavabına qoyduğu şəkil Rudolfun diqqətini cəlb etmişdi.Bir-birlərinə məktublar yazdıqdan qısa müddət sonra evləndilər.Və 1 may 1897-də İndoneziyaya gedən Prenses Amalia adlı gəmi ilə yeni bir həyata yelkən açdılar.
Almaniya kəşfiyyatı Birinci dünya müharibəsi ərəfəsində əzəli düşmənləri olan fransızların hərbi sirlərini öyrənmək üçün Avropada böyük şöhrət qazanan Mata Haridən istifadə etmək qərarına gəldi. Birinci Dünya savaşından bir neçə il əvvəl onlar Mata ilə əlaqə quraraq onu özlərinə işləməyə razı sala bildilər. Mata Almaniyanın Löerrach şəhərindəki kəşfiyyat düşərgəsində xüsusi məktəbdə casusluğun sirlərini öyrəndi. Onun adı Almaniya kəşfiyyatında "H21" kodu ilə qeyd edilmişdi.
Matanın israrla tanışlarına ünvanladığı suallara cavab almaq istəməsi Fransa kəşfiyyatının diqqətini cəlb etdi.
Fransa kəşfiyyatı, nəhayət, Mataya almanların bəzi sirlərini öyrənməyi təklif etdi. Mata buna etiraz etmədi və onun üçün fransız kəşfiyyatı xüsusi kurs keçdi. Lakin fransızlar ona inana bilmirdilər və işin içində "nə isə" olduğu qənaətində idilər. Ona görə də Matanı yoxlamaq üçün Belçikaya göndərdilər. Orada o, 6 fransız casusu ilə əlaqə yaradacaqdı. Bununla da Matanın Almaniyaya casusluq etdiyini sübut etmək mümkün oldu. Belə ki, Matanın görüşdüyü 6 fransız casusu iki həftədən sonra almanlar tərəfindən ələ keçirildi və güllələndi. Beləliklə, Matanın taleyi həll edilmiş oldu.
İngilis kəşfiyyatı Matanın almanlara işləyən Klara Benediks adlı casus olduğunu düşünürdü. Ona görə də ingilis kəşfiyyatı Matanın hər addımını nəzarət altına almışdı. 1916-cı ilin oktyabrında ingilis kəşfiyyatı Matanı tutaraq sorğu-sual etdi. Ancaq məlum oldu ki, onun Klara Benedikslə heç bir əlaqəsi yoxdur. Eyni zamanda Matanın almanlara işləyib-işləməməsini aydınlaşdırmaq üçün də cəhdlərə baş vuruldu. Lakin Mata almanlara işləməsi barədə deyilənləri rədd edərək, rəqqasə bir qadının belə işlərlə məşğul olmasının mümkün olmadığını söylədi. Matanın almanlara işləməsi barədə hər hansı fakta malik olmayan ingilis kəşfiyyatı onu rahat buraxmağa məcbur oldu.
Fransızlar onun bir daha geriyə qayıtmayacağını düşündükləri bir vaxtda Mata Parisə qayıtdı. Əvvəlcə, onu dərhal həbs etdilər. Evində axtarış zamanı çoxlu sayda alman markası tapıldı. Fransız kəşfiyyatı bunun casusluq üstündə almanlardan alındığını iddia etdi. Mata isə bu markaları yaxın əlaqədə olduğu almanlardan aldığını söyləyərək, onların iddialarını rədd etdi. Matanın evində həmçinin görünməz yazı yazılması məqsədi ilə istifadə edilən mürəkkəb də tapdılar. O isə bunun makiyaj olduğunu söylədi. Amma bu mürəkkəblə yazılan bəzi yazılar ortaya çıxanda Mata susmağa üstünlük verdi. Alman casusu Matanın həbsi Fransada böyük uğur kimi qələmə verildi və o, 50 min fransız əsgərinin ölümündə təqsirli hesab edildi. Mata Hariyə qarşı irəli sürülən ittihamda onun düşmənə ötürdüyü 8 gizli dosye barədə informasiya yer alırdı. Bu arada Mata Harini yaxından tanıyan və fransız kəşfiyyatının onun barəsində qaldırdığı iddiaya şübhə ilə yanaşan Hollandiya kraliçası Fransaya müraciət edərək, onun buraxılmasını xahiş etdi. Lakin kraliçanın bu xahişini Fransa hökuməti rədd etdi. Almaniya isə Mata Harini fransızların istədiyi şəxslə dəyişməyə razı olduğunu rəsmi şəkildə bəyan etdi. Lakin fransızlar almanların Matanı dəyişdirmək təklifini də qəbul etmədilər.
1917-ci il, oktyabr ayının 15-də Matanı edam etdilər. Edamdan əvvəl onun gözünü bağlamaq istədilər. Amma Mata buna razı olmadı və ölümün gözü baxa-baxa 41 yaşında ikən həyatdan getdi. Onun cəsədinə sahib çıxa biləcək qohum-əqrəba isə tapılmadı. Ona görə də kəşfiyyatçının cəsədindən tibbi məqsədlər üçün istifadə edildi. Mata ölümündən sonra dünyada "Fransanı məhv edən Qadın" adı ilə daha da məşhurlaşdı.
1921-ci ildə Almaniyada Mata haqqında film çəkildi. 1931-ci ildə isə Mata Hari adlı daha bir film çəkildi. Bu filmlərdə Matanın şəxsi həyatından götürülmüş sənədli məlumatlardan istifadə edilib. Hələlik isə, Mata dünyanın axarını dəyişən əfsanəvi kəşfiyyatçı qadın olaraq qalmaqda davam edir.
İrsi
redaktəHaqqında ilk film 1921-ci ildə almanlar tərəfindən çəkilmişdir. Lakin,bir əfsanəyə dönüşməsi və dünyaca məşhur olması 1931-ci ildə baş rolunda Qreta Qarbonun oynadığı "Mata Hari" adlı film olmuşdur. Lakin filmdə gerçək olmayan hekayələrə və fantaziyalara yol verilmişdir.
Bundan əlavə isə, "Avroviziya — 2021 Mahnı Müsabiqəsi"ndə Azərbaycanı Samira Əfəndi adlı müğənni "Mata Hari" mahnısı ilə təmsil etmişdir. Azərbaycanı ən böyük musiqi arenasında təmsil edən "Mata Hari" mahnısı həm Azərbaycana, həm də Samirə Əfəndiyə böyük şöhrət gətirmişdir. Mahnı "Avroviziya Beynəlxalq Mahnı Müsabiqəsi"ndə final mərhələsinə yüksəlib. "Avroviziya Beynəlxalq Mahnı Müsabiqəsi"ndən sonra Samirə Əfəndi "Mata Hari" mahnısı ilə yenidən Azərbaycanı bir çox beynəlxalq tədbirlərdə, Avropadakı festivallarda və başqa müsabiqələrdə təmsil etmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Mata Hari // FemBio database (alm.).
- ↑ 1 2 Mata Hari // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Margaretha Geertruida Zelle. 2009.
- ↑ 1 2 3 4 Archivio Storico Ricordi. 1808.