Mark Antokolski - Wikipedia
Mark Antokolski (rus. Антокольский, Марк Матвеевич; 2 (14) noyabr 1840, Vilnüs[2] – 26 iyun (9 iyul) 1902[1], Bad-Xomburq[d], Hessen[3][1][…]) — rus heykəltaraş. 1871-ci ildən akademik.
Mark Antokolski | |
---|---|
rus. Марк Антокольский | |
Doğum tarixi | 2 (14) noyabr 1840 |
Doğum yeri |
|
Vəfat tarixi | 26 iyun (9 iyul) 1902[1] (61 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | heykəltaraş |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1862-1866-cı illərdə Sankt-peterburq Rəssamlıq Akademiyasında təhsil almışdır. Realist sənətkar kimi yetişməsində İ.Y.Repin, V.V.Stasov və İ.N.Kramskoyun təsiri olmuşdur. 1871-ci ildən İtaliyada, 1877-ci ildən Parisdə yaşamışdır. Yaradıcılığının ilk illərində yəhudi məhəlləsindən seçdiyi tipajların obrazlarını incə yumorla Dərzi (1864) və Xəsis (1865) əsərlərində yaratmışdır. Milli-tarixi mövzularda yaratdığı əsərlər Antokolskinın yaradıcılığında əhəmiyyətli yer tutur. Obrazın psixoloji aləminə dərin nüfuz, tarixi detalların düzgün əksi onun İvan Qroznı (1871), I Pyotr (1872) əsərlərində daha qabarıqdır. Yaradıcılığının sonrakı dövrlərində əsərlərini psixoloji səpkidə işləmişdir. Mark Antokolski eyni zamanda bir çox qəbirüstü abidələrin müəllifidir.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 RKDartists (nid.).
- ↑ 1 2 Антокольский Марк Матвеевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Library of Congress Authorities (ing.). Library of Congress.
Mənbə
redaktə- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 533. ISBN 978-9952-441-02-4.