Maqulonun Binasi - Wikipedia
Maqulonun binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində iki mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bunun haqqında № 124 qərar 31 dekabr 2002-ci ildə qəbul olunmuşdur. Bina Dmitri Feodoroviç Kulpinə mənsub olmuşdur.
Maqulonun binası | |
---|---|
rus. Дом Магуло | |
47°12′47″ şm. e. 38°55′59″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Taqanroq |
Yerləşir | Petrovskaya küçəsi (Taqanroq) |
Vikianbarda əlaqəli mediafayllar |
Adres: Taqanroq ş, Petrovskaya küçəsi, 70[1].
Tarixi
redaktəXIХ əsrin əvvəllərində iqtisadi məsləhətçi Mark Spiridonoviç Maqulo qardaşı ilə birlikdə Petrovski küçəsi ev 46 (hazırda 70) ünvanında bina işşa etdirmişlər. Binanın tavanı italiyalı rəssamlar tərəfindən işlənmişdir. 1825-ci ildə binanı imperator I Aleksadr ziyarət etmişdir. Varlı yunanlar onun şərəfinə Maqulonun binasında yığıncaq yeçirmişdir. Gecədə hətta imperator I Aleksadr belə çıxış etmişdir.
1872-ci ildə binanın birinci mərtəbəsində mağaza vardı. Burada müxtəlif mallar satılırdı. Bukaşinoviç qardaşlarının mağazasında xarici içkilər, araqlar və 98 % olan spirtləri belə almaq mümkün idi.
Mark Spiridonoviç Maqulov əsasən xaricə çörək məmulatlarının satışı ilə məşğul olurlar. Maqulonun qohumları binaya 1925-ci ilə qədər sahib olmuşlar. Ancaq onlardan dul qadın olan Virqiniya Spiridonovna (1838-ci il doğumlu) Mülk sahibsizləri cəmiyyətinin üzvü və direktoru olmuşdur. 1912-ci ilin dekabrında Virqiniya Spiridonovna Anna lentinə layiq görülmüşdür. Kasıblara yarım göstərməsi cəmiyyət arasında onun varlı olması təsəvvürü yaratmışdır. Bu isə onun ölümünə səbəb olmuşdur. 27 yanvar 1918-ci ildə oğrular tərəfindən Petrovskaya küçəsi 46 ünvanında boğularaq öldürülmüşdür. Oğrularvondan pul və qiymətli əşyalar istəsələrdə tapmadında sahibəni öldürmüşlər. Bundan sonra evdə axtarışa başlasalarda bir şey tapmamışlar.
Oktyabr inqilabından öncə binanın birinci mərtəbədində mağazalar yerləşirdi. N. Moznaimin universal mağazasında tikiş "Zinger" markalı tikiş maşınları və qrammofonlar satılırdı.
XX əsrin 20-ci illərində bina milliləşdirilmişdir. Burada müəyyən vaxtlarda 8 mart klubu, "Priboy" qəzetinin redaksiyası, "Molot" qəzetinin (1926) idarəsi yerləşirdi. 1930-cu illərdən isə yaşayış binasına çevrilmişdir. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir.
Ədəbiyyat
redaktəГаврюшкин О. П. Вдоль по Питерской (хроника обывательской жизни). Таганрог, 2000.
İstinadlar
redaktə- ↑ "Таганрог ул. Петровская, 70". 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-02.