Mak Medro Bogazi - Wikipedia
Mak-Medro boğazı ing. McMurdo Sound - Antarktidada buzla örtülü olub, təqribi olaraq eni və uzunluğu 55 km təşkil edir. Boğaz Ross dənizi akvatoriyasında yerləşir. Qərb sahillərində hündürlüyü 4205 m olan Royal Sociely Range dağı yerləşir. Cənubunda Mak-Medro şelf buzlağı yerləşir, şərq sahili Ross adasını ilə əhatələnir. Adada Erebus vulkanı yerləşir. Hündürlüyü 3794 m təşkil edir. Cənubunda Antarktidanın ən böyük elmi-tədqiqat bazası olan Mak-Medro ABŞ, Skot-Beys Yeni Zellandiya bazalarıdır. Boğaz Cənub qütbündən 1300 km uzaqlıqda yerləşir. Boğazın sahilləri yayda cəmi 10% buzdan azad olur. Boğazın sularına Sakit okean və Atlantik okeandan gələr isti cərəyanlar qərb küləklərinin təsiri ilə sıfıra endirilir. Qütb gecələri zamanı burada temperatur -51 °C, yanvar və dekabr ayları zamanı isə -1 °C qalxır. Qışda buzlağın qalınlığı 3 m-ə çatır.
Mak-Medro boğazı | |
---|---|
ing. McMurdo Sound | |
Ümumi məlumatlar | |
Eni | minimum 55 km |
Uzunluğu | 55 km |
Yerləşməsi | |
77°30′00″ c. e. 165°00′00″ ş. u.HGYO | |
Ölkə | Antarktida |
Akvatoriyası | |
Ayırır | Ross adasını materikdən |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBoğaz 1841-ci ilin fevralında Ceyms Klars Ross tərəfindən kəşf edilir. Boğaza ad leytenant, ekspedisiya rəhbəri HMS Terror gəmisinin kapitanı Arcibolda Makmedronun şərəfinə verilmişdir. XX-əsrdə Ernest Şeklton və Robert Skott boğazın sahilində düşərgə salmışlar. Hədəf isə Cənub qütbünə çatmaq olmuşdur.
Əhəmiyyəti
redaktəBu yer XX əsrdən Antarktidaya təşkil edilən əsas turizm maşrutlarından bidir. Turistlər Antarktida yarımadasından sonra əsasən bu boğaza təşrif buyururlar. Burda Antraktidanın ən böyük hava limanı olan Vilyans buz çölü də yerləşir. Üstəlik burada daim fəaliyyət göstərən liman vardır. Əsasən bazalara gələnlər bu limanlardan istifadə edir.
Fauna
redaktəSahillərində suitilər, imperator və adeli pinqivinləri üstünlük təşkil edir. Burada kitlərə də rast gəlinir.
Mənbə
redaktə- Antarktida Yeni Zelland. Arxivləşdirilib 2009-06-02 at the Wayback Machine
- Antarctic Photo Library.
- Antarctic Sun.
- Australian Government Antarctic Division.
- British Antarctic Survey.
- International Association of Antarctic Tour Operators.
- International Ice Patrol Student Section. Arxivləşdirilib 2008-06-15 at the Wayback Machine
- National Science Foundation. Arxivləşdirilib 2006-12-05 at the Wayback Machine
- New Zealand Antarctic Heritage Trust. Arxivləşdirilib 2007-02-14 at the Wayback Machine