Macaristan Yaponiya Munasibetleri - Wikipedia
Macarıstan–Yaponiya münasibətləri (mac. Magyar–japán kapcsolatok; yap. 日本とハンガリーの関係) – Macarıstan ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. Yaponiya Vişeqrad qrupu ilə əməkdaşlıq edir.[1]
Macarıstan–Yaponiya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktəYaponiya ilə Macarıstan arasında diplomatik əlaqələr 1869-cu ildə Avstriya-Macarıstan impersiyası ilə bağlanmış "Dostluq və ticarət müqaviləsi" ilə qurulmuşdur.[1] 1938-ci ildə Yaponiya ilə Macarıstan arasında mədəniyyət müqaviləsi imzalanmışdır. Bu, Yaponiyanın hansısa xarici ölkə ilə ilk belə mədəniyyət mübadiləsi olmuşdur.[2]
İkinci dünya müharibəsindən sonra Soyuq müharibə səbəbilə iki ölkə arasındakı münasibətlər kəsilmişdir, lakin 1959-cu ilin avqustunda ölkələr arasındakı diplomatik əlaqələr bərpa olunmuşdur. 1960-cı ildə hər iki ölkədə qarşılıqlı nümayəndəliklər yaradılmışdır. 1964-cü ilin iyununda bu nümayəndəliklər səfirlik səviyəsinə yüksəldilmişdir.[1] 1989-cu ildə Macarıstanda rejimin dəyişməsindən sonra Yaponiya hökuməti ölkədəki yeni iqtisadi islahatı dəstəkləməyə başlamışdır.[3]
2019-cu ildə münasibətlərin qurulmasının 150 illiyi münasibətilə Yaponiya şahzadəsi Kako Macarıstan, eləcə də, Avstriyaya rəsmi səfər etmişdir.[1]
Macarıstan prezidentlərindən Arpad Gents 2000-ci ilin aprelində, Laslo Şoyom 2009-cu ilin dekabrında, Yanoş Ader 2019-cu ilin oktyabrında Yaponiyaya səfər etmişdir. İmperator Akihito və İmperatriça Miçiko 2002-ci ilin iyulunda Macarıstanda olmuşdurlar.[1]
Mədəniyyət
redaktə1965-ci ildən etibarən Yaponiya hökuməti Macarıstan tələbələri üçün təqaüdlər elan edir. Hər il 50-ə yaxın macar tələbə Yaponiya hökumətinin dəstəyi ilə Yaponiyada təhsil alır. Macarıstan isə 1966-cı ildən sonra Yaponiya tələbələrini qəbul etməyə başlamışdır. 1991-ci ildə Yaponiya Fondunun Budapeşt ofisi açılmışdır.[1]
Yaponiya və Macarıstan milli futbol komandaları 1968-ci ildə keçirilmiş Yay Olimpiya Oyunlarının yarımfinalında qarşılaşmışdırlar. Oyun Macarıstanın 5:0 hesablı qələbəsi ilə başa çatmışdır.[4]
İqtisadiyyat
redaktəYaponiya Macarıstana əsasən elektrik avadanlıqları, avtomobil hissələri, güc generatorları, kameralar, yarımkeçiricilər ixrac edir.[1] Macarıstan isə Yaponiyaya qarğıdalı, qaz qaraciyəri, akasiya balı, şərab kimi qida məhsulları, eləcə də, dərman məhsulları ixrac edir.[3]
2019-cu ildə Yaponiyanın Macarıstandakı birbaşa kapital qoyuluşu 1,3 milyard avro olmuşdur.[1] Magyar Suzuki Macarıstanda fəaliyyət göstərməyə başlayan ilk Yaponiya şirkətlərindən biri olmuşdur.[3] Son illərdə Macarıstanda 160-dan çox Yaponiya şirkəti 34 mindən çox şəxsi işlə təmin etmişdir.[1] Macarıstan Nissin Foods şirkətinin qlobal əməliyyatlarında əhəmiyyətli yerə malikdir.[3]
Demoqrafiya
redaktə2020-ci ilin sentyabrına olan məlumata əsasən Macarıstanda 1691 Yaponiya vətəndaşı, 2019-cu ilin dekabrına olan məlumata əsasən Yaponiyada 753 Macarıstan vətəndaşı yaşayır.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 "Japan-Hungary Relations (Overview)". Xarici İşlər Nazirliyi (Yaponiya) (ingilis). 20 noyabr 2020. 2022-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 aprel 2023.
- ↑ Kodansha Encyclopedia of Japan (ingiliscə). II cild (Const–F). Tokio: Kodansha. 1983. səh. 142. ISBN 0-87011-622-3. 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 aprel 2023.
- ↑ 1 2 3 4 "Hungary and Japan display a close affinity for one another". The Japan Times (ingiliscə). 24 noyabr 2021. 2021-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 aprel 2023.
- ↑ "Olympic Football Tournament Mexico City 1968". FİFA (ingiliscə). 2023-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 aprel 2023.