Melikler Sisyan - Wikipedia
Məliklər - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd.[1]
Kənd | |
Məliklər | |
---|---|
Ölkə | Ermənistan |
Region | [[Zəngəzur mahalı]] |
Rayon | [[Sisyan rayonu]] |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Tarixi
redaktəKəndin digər adı Məlikli olmuşdur.
Toponim məliklər (məlikli) etnonimindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Erm. SSR AS RH-nin 4. V. 1939-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Spandaryan qoyulmuşdur.
1906-cı il iyulun 5-də köç yolunun üstündə yerləşən Qalaçıq erməni kəndinin silahlı dəstəsi ilə Şahsevən və Qarafındıqlı elatları arasında toqquşma baş verir. Ermənilər 20 nəfər, türklər isə 30 nəfər itki verir. Bundan sonra erməni silahlı dəstələri türklər yaşayan Pul (Sisyan), Ərikli, Şükar və Məliklər kəndlərinə hücum edərək onları viran qoymuş, əhalisini qaçqın düşməyə məcbur etmişdilər. 150 türk ailəsi didərgin vəziyyətdə, açıq səma altında yaşamağa məcbur qalmışdı. (A-do, s. 288).[2]
Əhalisi
redaktəKənddə 1831-ci ildə 22 nəfər, 1873 - cü ildə 112 nəfər, 1886-cı ildə 209 nəfər, 1897-ci ildə 230 nəfər, 1908-ci ildə 318 nəfər, 1914 - cü ildə 249 nəfər azərbaycanlı yaşamışdır[3].
1918-ci ildə azərbaycanlılar qırğınlarla qovulmuşlar[4] və 1923 - cü ildən sonra kəndə ermənilər köçürülərək yerləşdirilmişdir. İndi ermənilər yaşayır.
İstinadlar
redaktə- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-28.
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.76-77, 146-147
- ↑ История Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.205