Mehemmed Ibn Ebu Bekr - Wikipedia
Məhəmməd ibn Əbu Bəkr (631, Mədinə – 658, ərəb. محمد بن أبي بكر) — Xəlifə Əbu Bəkr və Əsma binti Umeysin oğlu. Xəlifə Əlinin Misirdəki naibi.
Məhəmməd ibn Əbu Bəkr | |
---|---|
ərəb. محمد بن أبي بكر | |
Doğum tarixi | 631 |
Doğum yeri | |
Vəfat tarixi | 658 |
Atası | Əbu Bəkr |
Anası | Əsma binti Umeys |
Fəaliyyəti | hərbi lider[d], vali[d] |
Bioqrafiya
redaktəƏbu Bəkrin vəfatından sonra dul qalmış həyat yoldaşı, Məhəmmədin anası Əsma binti Umeys Əli ibn Əbu Taliblə evlənir. Əli sonralar onun ən sadiq tərəfdarlarından birinə çevrilən Məhəmməd ibn Əbu Bəkri oğlu kimi böyüdür.
Məhəmmədin Qasım adlı oğlu var idi. Qasımın həyat yoldaşı Əsma Əbu Bəkrin digər oğlu Əbdürrəhmanın qızı idi. Qasım və Əsmənin Fatimə (Ummu Fərvə) adlı bir qızı doğulmuşdu.
Məhəmməd ibn Əbu Bəkr Misirdə xeyli vaxt keçirir və Misir hakimi İbn Əbu Sərhin fəaliyyətindən üçüncü xəlifə Osman ibn Əffana şikayət edən bir heyətin tərkibində idi. Xəlifə Misir valisini dərhal işdən çıxaracağını və onun yerinə Məhəmməd ibn Əbu Bəkri təyin edəcəyini vəd edir. Misirə qayıdan nümayəndə heyətinin üzvləri İbn Əbu Sərhdən Osmanın adından göndərilən məktubundan xəbər tutdular və orada Osman Məhəmməd ibn Əbu Bəkr və dostlarının edam edilməsini əmr etmişdi.
Heyət üzvləri Mədinəyə qayıdıb Xəlifənin evini mühasirəyə aldılar. Məhəmməd ibn Əbu Bəkr də Osman ibn Əffana qarşı qiyamda iştirak edirdi. Osmanın evinə daxil olan bir qrup üsyançıya rəhbərlik etmişdir[1]. Osmanın ölümündən sonra meydana gələn qarışıqlıqlarda Əlini dəstəkləyir. Cəməl döyüşündə böyük bacısı Aişənin rəhbərlik etdiyi orduya Əli ilə birlikdə vuruşur. Siffeyn döyüşündən sonra Əli Məhəmmədi Misirə vali təyin edir. 658-ci ildə Suriya valisi Müaviyə ibn Əbu Süfyan Əmr ibn Ası 6000 nəfərlik ordunun başında Məhəmməd ibn Əbu Bəkrə qarşı göndərir. Məhəmməd xəlifə Əlidən kömək istəyir. Əli ən yaxın köməkçilərindən Malik Əştəri Misirə göndərir[2]. Malik Əştər Misir yolunda vəfat edir. Şiələr Malikin Müaviyə tərəfindən zəhərləndiyinə inanırlar[3].
Əmr ibn Asın ordusu misirliləri məğlub edir və Məhəmməd ibn Əbu Bəkr əsir götürülür və əsgərlərdən biri tərəfindən həbsdə öldürülür. Şiə mənbələri Müaviyənin həm də Məhəmmədin qatili olduğunu iddia edir.
Qahirədə məscidlərdən birində dəfn olunmuşdur.
İstinadlar
redaktə- ↑ Hajj Gibril. "Muhammad ibn Abi Bakr al-Siddiq". living Islam – Islamic Tradition. 2014-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-23.
- ↑ The Succession to Muhammad pp. 268
- ↑ Middle East & Africa to 1875 632-661 Arxivləşdirilib 2009-08-13 at the Wayback Machine