Mehemmed Ebdul Moneim - Wikipedia
Məhəmməd Əbdül Moneim (ərəb. الأمير محمد عبد المنعم; 20 fevral 1899, İsgəndəriyyə – 1 dekabr 1979, İstanbul) — Misirin son xidivi II Abbas Hilmi Paşanın oğullarından biri, Misir şahzadəsi.
Məhəmməd Əbdül Moneim | |
---|---|
26 iyul 1952 – 18 iyun 1953 | |
Monarx | II Fuad |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 fevral 1899 |
Doğum yeri | |
Vəfat tarixi | 1 dekabr 1979 (80 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | II Abbas |
Anası | Ikbal Khanum Effendi |
Həyat yoldaşı | |
Ailəsi | Kavalalı ailəsi |
Vikianbarda əlaqəli mediafayllar |
20 fevral 1899-cu ildə İsgəndəriyyədə dünyaya gəldi. Atası xidiv II Abbas Hilmi Paşa, anası isə onun ilk xanımı İqbal xanımdır. Atasının ən böyük oğlu olduğu üçün doğuşdan vəliəhd ünvanı aldı. İsveçrənin Friburq şəhərində təhsil aldı. Atası Birinci Dünya Müharibəsində Osmanlıları dəstəklədiyi üçün ingilislər tərəfindən 1914-cü ildə taxtdan endirildi. Taxt sırası onda olsa da, ingilis tərəfdarı olan yaşca böyük əmisi Hüseyn Kamil taxta çıxarıldı.
1927-ci ildə Misir krallığına qayıtdı[1] və 1933-cü ildə ABŞ və Kanadaya rəsmi səfərlərə qatıldı.[2] 1934-1938-ci illərdə Misir Olimpiada komitəsinin rəhbəri kimi fəaliyyət göstərdi. 1952-ci ildə kral I Faruk taxtdan çəkildi və 6 aylıq oğlu II Fuad taxta çıxarıldı. Məhəmməd Əbdül Moneim isə körpə-kralın naibi təyin edildi. Naibliyi ertəsi il Misirdə respublikanın elan edilməsiylə başa çatdı. Beləliklə, Misirdə Kavalalı ailəsinin hakimiyyətinə son qoyuldu. 1957-ci ilin dekabrında Camal Əbdül Nasiri devrimək və monarxiyanı bərpa etməklə ittiham edilərək qısa müddətliyinə həbs olundu.[3] Ardından azad edildi və ailəsiylə birlikdə İstanbula getdi. 1979-cu ildə burada vəfat etdi və cənazəsi Qahirəyə aparılaraq dəfn olundu.
Ailəsi
redaktə26 sentyabr 1940-cı ildə Qahirədə son Osmanlı sultanı Sultan Vahidəddinin nəvəsi Fatma Nəslişah Sultanla evləndirildi. Cütlüyün bu nigahdan 2 övladı dünyaya gəldi.
- Sultanzadə Abbas Hilmi bəy (16 oktyabr 1941-), 1 iyun 1969-cu ildə İstanbulda Mədiha Mümtazla (12 may 1945-) evləndi və cütlüyün 2 övladı dünyaya gəldi.
- Sabiha Fatimə Hilmi xanım (28 sentyabr 1974-)
- Davud Əbdül Moneim Hilmi bəy (23 iyul 1979-)
- İqbal Hilmi xanım Sultan (22 dekabr 1944-), heç vaxt evlənmədi və övladı olmadı.