Mixli Baba Herekati - Wikipedia
Mıxlı baba hərəkatı və ya Mıxlı vardapet hərəkatı — 1625-ci ildə Azərbaycanda baş vermiş antifeodal hərəkat. Erməni və azərbaycanlıların iştirak etdiyi hərəkata Mıxlı baba başçılıq etmişdir.
Mıxlı baba hərəkatı | |||
---|---|---|---|
Tarix | 1625 | ||
Yeri | |||
Nəticəsi | Hərəkat yatırıldı | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
Zəmin
redaktəMıxlı baba Gəncədə anadan olmuşdur. Əsl adı məlum deyil. Milliyətcə udin olan Mıxlı babaya təqribən 1624-cü ildə arxidyakon, sonralar dyakon dini rütbələri verilmişdir. Gecə əbasının sinəsinə ürəyi səmtində İsanın çarmıxa çəkilməsi rəmzi kimi iki ədəd mıx bərkitdiyi üçün, onu azərbaycanlılar "Mıxlı baba", ermənilər isə "Mıxlı vardapet" adlandırmışdır.[1] Səfəvi hökmdarı I Şah Abbasın himayə etdiyi erməni kilsələrinin Gəncə-Qarabağ zonasında xeyli torpaq sahəsi var idi. Burada minlərlə kəndli işləyirdi.
Hərəkat
redaktəMıxlı baba Qarabağ və Gəncədə yaşayan azərbaycanlıları, erməni və udinləri kilsə və feodallar əleyhinə çıxmağa təbliğ edirdi. Erməni salnaməçisi Kanakerli Zəkəriyyənin məlumatına görə Qarabağ, Gəncə və Çuxursəəd də Mıxlı babanı 500 nəfərdən ibarət dəstə müşayiət edirdi. Mıxlı baba dəstəsi ilə kəndləri gəzir, kilsələrdən rahibləri qovurdu. Kilsəyə qarşı çıxdığına görə 1625-ci ildə alban katolikosu Hovannes Mıxlı babanı dyakon rütbəsindən məhrum etmişdir. İrəvan bəylərbəyi Əmirgünə xan Qacar erməni katolikosunun və digər kilsə xadimlərinin tələbi ilə hərəkat iştirakçılarını İrəvandan qovmuşdur.[2] Həmin ilin payızında Türkiyə ərazisinə keçən Mıxlı babanın sonrakı taleyi haqqında məlumat yoxdur.[1]
İstinadlar
redaktə- ↑ 1 2 Мыхлы баба // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 14.
- ↑ Мыхлы баба һәрәкаты // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 14.
Əlavə ədəbiyyat
redaktə- Azərbaycan tarixi (az.). I cild. Bakı. 1961.
- Петрушевский, И. П. Очерки по истории феодальных отклонений в Азербайджане и Армении в XVI-начале XIX вв (rus). Ленинград: Изд-во Ленинградского Государственного Ордена Ленина Университета им. А.А. Жданова. 1949.
- Каланкерци, Захария. Хроника (az.). Москва. 1969.