Musteqillik Ordusu - Wikipedia
Müstəqillik ordusu (erm. Անկախության բանակ) — 1989-cu ildə Ermənistanda təsis edilmiş silahlı dəstə. Bu, Aşot Navasardyan, Movses Qorqisyan, Azad Arşakyan və Razmik Markosyan da daxil olmaqla, Milli Öz Müqəddəratını Təyin Etmə İttifaqının üzvləri tərəfindən yaradılmışdır. Silahlı dəstə Ermənistanın 1991-ci ildə müstəqil dövlət olması ərəfəsində fəaliyyət göstərmişdir.[1]
Müstəqillik ordusu | |
---|---|
erm. Անկախության բանակ | |
Növü | silahlı dəstə |
Yaranma tarixi | 1989–1990 |
Ölkə | Ermənistan |
Müharibələr | Birinci Qarabağ müharibəsi |
Komandanlıq | |
Məşhur komandirləri | Aşot Navasardyan, Leonid Azqaldyan |
Müstəqillik Ordusunun elan etdiyi məqsəd "Ermənistanın müstəqil ölkəyə çevrilməsi prosesini qorumaq" idi və bu məqsədlə Ermənistandakı sovet hakimiyyəti ilə, eləcə də Azərbaycan–Ermənistan sərhədində və Dağlıq Qarabağda Azərbaycan qüvvələri ilə toqquşmalara başlamışdır. Qrupun yaradılmasından az sonra onun yaradıcılarından biri Movses Qorqisyan Arazdəyən yaxınlığında Azərbaycan qüvvələri ilə döyüş zamanı öldürülmüşdür. 1990-cı ilin fevralında Müstəqillik Ordusu Ermənistandakı müxtəlif silahlı birləşmələrin fəaliyyətini əlaqələndirmək üçün nəzərdə tutulmuş müdafiə koordinasiya komitəsinin yaradılmasında iştirak etmişdir.[1]
23 mart 1990-cı ildə Müstəqillik Ordusu Milli Öz Müqəddəratını Təyin Etmə İttifaqı ilə əlaqələri kəsərək müstəqil qrupa çevrilmişdir. Müstəqillik Ordusunun bir neçə lideri 2 aprel 1990-cı ildə Aşot Navasardyan tərəfindən yaradılan Ermənistan Respublika Partiyasının sıralarına qoşulmuşdur. Müstəqillik Ordusu yeni hərbi şura yaratmış, Navasardyan ali komandan, Leonid Azqaldyan isə baş komandan olmuşdur. 1989-cu ilin dekabrına qədər qrupun İrəvan, Üçkilsə, Artaşat, Sərdarabad, Ararat, Uluxanlı, Çarentsavan, Kəvər, Basarkeçər, Böyük Qarakilsə, İcevan, Taşir və Dağlıq Qarabağda bölmələri var idi.[1]
27 may 1990-cı ildə Müstəqillik Ordusu İrəvan dəmir yolu vağzalında Sovet Ordusunun İrəvana daxil olmasına mane olmuşdur. Müstəqillik Ordusu 1990-cı ilin avqustunda fəaliyyətini dayandırmışdır. Onun üzvlərinin əksəriyyəti Birinci Qarabağ müharibəsində döyüşmüş və Ermənistanın siyasi həyatında iştirak etmişdir.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Hakobyan, L. Ayvazyan, H. M. (redaktor). Անկախության բանակ. Ղարաբաղյան ազատագրական պատերազմ հանրագիտարան [Encyclopedia of the Karabakh Liberation War]. Yerevan: Armenian Encyclopedia Publishing House. 2004. 64–65. 2023-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.