Muqeddes Nina Cemiyyeti - Wikipedia
Müqəddəs Nina Cəmiyyəti — XIX əsrdə Zaqafqaziyada fəaliyyət göstərmiş qadın xeyriyyə cəmiyyəti. Təşkilatın mərkəzi Tiflisdə idi.
Müqəddəs Nina Qadın Xeyriyyə Cəmiyyəti | |
---|---|
rus. Женского Благотворительного общества св. Нины | |
Yaranma tarixi | 5 may 1846 |
Fəaliyyət göstərdiyi yer | Zaqafqaziya |
Qurucusu | Yelizaveta Ksaveryevna Vorontsova |
Tarixi
redaktəQafqazda ilk xeyriyyə müəssisəsi olan Müqəddəs Nina cəmiyyəti 1846-cı il mayın 5-də Qafqaz canişini Mixail Vorontsovun yoldaşı Yelizaveta Vorontsova tərəfindən təsis edilmişdir.[1] Yeni yaradılan bu cəmiyyətin əsas məqsədi aztəminatlı ailələrdən olan qızların təhsil alması idi. 1846-cı ilin sonunda tərtib edilmiş "1847-ci il üçün Qafqaz təqvimi"nə daxil olan yazılarda cəmiyyətin ilk üzvlərinin adlarını görmək mümkündür. Cəmiyyət fəaliyyətinin əvvəlində imperator I Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnanın himayəsi altında idi.
1860-cı ilin 3 oktyabrında Vorontsov cəmiyyətin nizamnaməsini təsdiq edir. Sənəddə "onun işlərində iştirak etmək arzusunu bildirmiş" hər bir qadının cəmiyyətə üzv ola biləcəyi qeyd olunmuşdu. Cəmiyyətə sədr, sədr müavini, beş üzv və katibdən ibarət idarə heyəti rəhbərlik edirdi.[1]
1860-cı ilin 10 dekabrında İmperator II Aleksandr Müqəddəs Nina cəmiyyətinin yeni nizamnaməsini təsdiq edir. Nizamnamədə cəmiyyətin imperatriça Mariya Aleksandrovnanın himayəsi altında olduğu deyilir. Sənəddə qeyd olunmuşdu ki, cəmiyyət bu günə qədər Tiflis, Kutaisi və Bakıda təhsil müəssiləri açmışdır.[2] Nizamnamənin 5-ci bəndində cəmiyyətin maliyyə mənbələri qeyd olunurdu. 13-cü bənddə isə deyilirdi ki, Qafqaz canişinin həyat yoldaşı cəmiyyətin ömürlük sədri seçilir. Əgər o ölərsə, bu zaman onun yerinə canişin tərəfindən Tiflisin əsas xanımlardan birini seçilməli idi.[2]