Muqeddes Nikolay Kilsesi Buxarest - Wikipedia
Müqəddəs Nikolay Rus Kilsəsi (rum. Biserica Rusă) – Rumıniyanın paytaxtı olan Buxarest şəhərinin mərkəzində, Universitet Meydanının yanında yerləşən və hazırda fəaliyyət göstərən kilsə. Kilsə, Buxarest Universitetinin məbədidir və bu səbəblə qeyri-rəsmi olaraq "Tələbə Kilsəsi" (rum. Biserica studenţilor) adlandırılır.[1]
Pravoslav ortodoks | |
Müqəddəs Nikolay kilsəsi | |
---|---|
rum. Biserica Rusă | |
| |
Din | |
Yeparxiya | Buxarest yeparxiyası |
Statusu | Dövlət tərəfindən qorunur |
Yerləşməsi | |
Ölkə | Rumıniya |
Şəhər | Buxarest |
Memarlıq | |
İnşa tarixi | 1905 – 1909 |
Tikdirəni | II Nikolay |
Memarı | Mixail Timofeyeviç Preyobrazenski |
Üslubu | Rus-Bizans |
Materialı | kərpic |
Eni | 18,4 m |
Uzunluğu |
|
Hündürlüyü | 19 m |
Vəziyyəti | fəaliyyət göstərir |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəRumıniyanın paytaxtında bir kilsənin tikilməsi fikri, Rumıniyanın Rusiya imperiyası səfiri olan Mixail Nikolayeviç Qirs tərəfindən təqdim edildi[2]. Kilsənin tikilməsi 1905-ci ildə başlamışdır. İnşaatın xərci 600 min rubl olmuşdur. Layihə Mixail Timofeyeviç Preyobrazenski tərəfindən yaradıldı. Kilsə 1909-cu ilin Noyabr ayının 25-də təqdis edildi. Kilsə, birinci dünya müharibəsində Buxarestin ittifaq dövlətləri tərəfindən işğalından əvvəl bağlanıldı. Bütün əsərlər əvvəl Yaşa, sonra isə Petroqrada (İndiki Sankt-Peterburq) nəql edildi[qeyd 1]. Müharibədən sonra Rumıniyadakı rus icması kilsəni təmir etdirdi. Dini xidmətlər 1921-ci ildə yenidən başladı. 1934-cü ildə kilsə rumın şərqi-pravoslav kilsəsinin səlahiyyəti altına girdi və Buxarest Universitetinin tələbələrinə və işçilərinə verildi. Kilsə, 1947-ci ilin may ayının 5-də, 1948-ci ildə təmir edilən Moskva Patriarxlığına yenidən göndərilmişdir. Kilsə 1957-ci ildə Rumıniya şərqi-pravoslav kilsəsinin səlahiyyətinə keçdikdən sonra yenidən təmir edilmiş və 1967-ci ildə təqdis edilmişdir. 1977-ci ildəki zəlzələnin bir nəticəsi olaraq, kilsənin zəng qülləsində böyük bir çat əmələ gəlmişdir. Tikilidə möhkəmlətmə və təmir lazım idi. Bu işlər 2000-ci ildə başlamışdır[2]. 1992-ci ildən bu günə qədər yenə Buxarest Universitetinin məbədi olmuşdur.[1]
Arxitextura
redaktəDaşdan hazırlanmış olan kilsə, Rus üslubunda tikilmişdir. Kilsənin yeddi qübbəsi var, bu qübbələr əvvələr qızıl ilə örtülmüşdü. Kilsənin girişi, kilsənin şimal-qərbi küncündə yerləşir. Kilsə kvadrat şəklindədir. Kilsənin uzunluğu 19,6 metr, eni 18,4 metr, yüksəkliyi isə 19 metrdir. Daxili, rəssam Vasiliyev tərəfindən Bizans üslubunda və Müqəddəs Manastır üslübunda boyanmışdır. Boyamanın ümumi sahəsi 1500 kvadrat metrdir.[1][3]
Həmçinin Bax
redaktəXarici Keçidlər
redaktəQeydlər
redaktə- ↑ Əsərlərin indiki yeri məlum deyil.
İstinadlar
redaktə- ↑ 1 2 3 "Rumıniyadakı tarixi abidələr". 2010-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-12.
- ↑ 1 2 Rus kilsənin rumınlara ehtiyacı var! Arxivləşdirilib 2021-11-27 at the Wayback Machine (Rumın dilində)
- ↑ Radu Olteyanu, Bucureştii în date şi întâmplări ("Buxarestin faktları və hadisələri"), Editura Payideyiya, Buxarest 2002