Muqeddes Georgi Kilsesi Tbilisi - Wikipedia
Müqəddəs Georgi kilsəsi (erm. Սուրբ Գևորգ եկեղեցի; gürc. სურფგევორქი) — Gürcüstanın paytaxtı Tbilisinin qədimi hissəsində yerləşən XIII əsrə aid erməni kilsəsi.[2] Tbilisidə fəaliyyət göstərən iki erməni kilsəsindən biridir və Erməni Apostol Kilsəsinin Gürcüstan Yeparxiyasının kafedralıdır.[3] O, Vaxtanq Qorqasali meydanının cənub-qərb küncündə yerləşir və Narikala qalasının xarabalıqlarına baxır.[4]
Müqəddəs Georgi kilsəsi | |
---|---|
41°41′21″ şm. e. 44°48′32″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Tbilisi |
Tikilmə tarixi | 1251 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəTbilisi bələdiyyəsinin saytındakı məlumata görə, kilsənin yerləşdiyi ərazi orta əsrlərdə həbsxanaya aid olub, buna görə də bəzən gürcücə "Tsixisdidi" (gürc. ციხის დიდი) adlanır.[4]
Erməni tarixçiləri İosif Orbeli və Levon Melikset-Bek hesab edirlər ki, kilsənin əsası 1251-ci ildə qoyulub. Tarix kilsənin həyətinin qərb qapısı üzərindəki xaçkarın üzərində ərəbcə yazıya əsasən təklif edilib. XIII əsr salnaməçisi Ovanis Erznkatsinin yazdığına görə, kilsə Karin (Ərzurum) şahzadəsi Umek tərəfindən tikilmişdir.[3]
İstinadlar
redaktə- ↑ 1 2 GeoNames (ing.). 2005.
- ↑ Steffen, James. The Cinema of Sergei Parajanov. University of Wisconsin Press. 2013. səh. 120. ISBN 9780299296537.
Today Sayat-Nova's tomb stands next to the entrance of the Saint George (Surb Gevorg) Cathedral, Tbilisi's main Armenian church, located in the old city center.
- ↑ 1 2 "SURB GEVORG LEADER CHURCH". armenianchurch.ge. Diocese of Armenian Apostolic Orthodox Holy Church in Georgia. 15 July 2021 tarixində arxivləşdirilib.
- ↑ 1 2 "Surfgevork St. George Armenian Church, Samghebro Street". tbilisi.gov.ge. Tbilisi City Hall. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-21.