Muqeddes Iohann Kilsesi Kaneo - Wikipedia
Müqəddəs Ruhani İohann kilsəsi (mak. Свети Јован Богослов црква) və ya sadəcə Müqəddəs İohann kilsəsi (mak. Црква Свети Јован) — Makedoniya Respublikasının Oxrid bələdiyyəsinin Kaneo sahilindəki dik qayalıq üzərində, Oxrid gölünə yaxın bir ərazidə yerləşən Makedon Şərqi-Pravoslav kilsəsi. Müqəddəs və Həvari İohanna [qeyd 2] həsr olunan kilsənin tikdirildiyi tarix barədə heç bir məlumat yoxdur, kilsə əsərlərinin yazıldığı tarix barədə araşdırma nəticəsində 1447-ci ilin əvvəllərində tikilmiş ola biləcəyi qənaətinə gəlinir. Arxeoloqlar kilsənin Osmanlı İmperiyasının yüksəliş dövründən qısa bir vaxt əvvəl (XIII əsr) inşa edilmiş ola biləcəyini də düşünürlər. 1964-ci ildə həyata keçirilən bərpa işləri zamanı qübbəsində yerləşən bəzi fresklər kəşf edilmişdir.
Pravoslav ortodoks | |
Müqəddəs İohann kilsəsi | |
---|---|
mak. Црква Свети Јован | |
Din | |
Yeparxiya | Oxrid yeparxiyası |
Həsr olunub | Həvari İoann |
Statusu | UNESCO Ümumdünya irsi (1980 [qeyd 1] |
Yerləşməsi | |
Ölkə | Şimali Makedoniya |
Bölgə | Oxrid |
Şəhər | Oxrid |
Yeri | Kanao sahili, Oxrid, Makedoniya |
Memarlıq | |
İnşa tarixi | XV əsr |
Üslubu | Bizans (Orta dövr) |
Materialı | kərpic |
Bərpası | 1964 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəÇarpaz-qübbəli-kilsə sxeminə malik olan kilsə, xaçvari bir formaya malikdir. Tikilinin memarı bilinmir. XX əsrdə taxta bir ikonostasis əlavə edilən kilsənin apsisi yenə eyni əsrdə 20 ayrı Müqəddəs ruhun təsvirlərini nümayiş etdirən bir şəkil cədvəli ilə bəzədilmişdir. Apsisin mərkəzində Bakirə Məryəmin təsviri var. Tikilinin qübbəsinə isə şərqi-pravoslav kilsələrində tez-tez təsvir edilən Məsih Pantokrator təsvir edilmişdir. Kilsədə həmçinin Oxridli Müqəddəs ruhların və dini xadimlərin (Məsələn: Müqəddəs Klement ; Müqəddəs Erasmus və dini xadim olan Konstantin Kabasilas)[1][2] təsvirləri də mövcuddur.[3]
Qalereya
redaktə-
Müqəddəs İohann kilsəsinin görünüşü
-
Kilsənin bağının girişi
-
Axşam vaxtı kilsə
-
Kilsənin qəbiristanlıqdan görünüşü
-
Kilsənin qəbiristanlığında yerləşən bir başdaşı
-
Müqəddəs İohann kilsəsi və Oxrid gölü
-
Üstündə Müqəddəs İohann kilsəsi və Oxrid gölü olan bir poçt kartoçkası
İstinadlar
redaktə- ↑ Oxrid bölgəsinin mədəni irsinin təsnifatı.
- ↑ İohannın şəxsiyyətinə aid müxtəlif görüşlər üçün İohannın İncili səhifəsinə baxın.
Ədəbiyyat
redaktə- Latouret, Kennet Skot, 1975. A History of Christianity (azərb. Xristianlığın Tarixi), I Cild, "Beginnings to 1500" (azərb. Yaranmadan 1500-cü illərə). Yenidən işlənmiş buraxılış. (San Fransisko: Harper Kollins)
- Kristofer Şönbörn, Lothar Kraux, 1994. God's Human Face: The Christ Icon (azərb. Tanrının İnsan Üzü: İsanın Simvolu). İlk olaraq Icôn du Christ: Fondements théologiques élaborés entre le Ie et IIe Conciles de Nicée (azərb. İsanın Simvolu: Birinci və İkinci İznik Şurası arasında qurulan nəzəri əsaslar) (Friburq) 1976
Mədəniyyətdə
redaktə- Kilsə və zəngin interyeri 1994-cü ilin əvvəllərində Venesiya Film Festivalında Qızıl Aslan ilə mükafatlanan Before the Rain (azərb. Yağışdan Əvvəl) adlı filmdə geniş şəkildə yerləşdirilmişdir.
Xarici keçidlər
redaktə- Teoloq Müqəddəs Con kilsəsi — Kaneo ( (maked.))
- ↑ The Saints of Ohrid Arxivləşdirilib 2016-10-11 at the Wayback Machine (azərb. Oxridin Müqəddəs ruhları) — ohrid.org.mk. ( (ing.))
- ↑ Church "St. John at Kaneo" Arxivləşdirilib 2021-09-25 at the Wayback Machine (azərb. Kilsə "Kaneodakı Müqəddəs İohann") exploringmacedonia.com Arxivləşdirilib 2007-03-23 at the Wayback Machine ( (ing.))
- ↑ Müqəddəs İohann - Kaneo Arxivləşdirilib 2012-02-05 at the Wayback Machine ( (maked.))