Litvada Vetendas Muharibesi 1389 1392 - Wikipedia
1389–1392-ci illər Litvada vətəndaş müharibəsi — əmi oğlanları – Polşa kralı və Böyük Litva knyazlığı hersoqu Yaqaylo ilə hersoq Vitovt arasında hakimiyyət uğrunda gedən ikinci müharibə. Onların ilk qarşıdurması barışıq ilə nəticələnsə də, əsas ziddiyyətlər aradan qaldırılmadı. Yadviqa ilə nikahından sonra Yaqaylo 1386-cı ildə II Vladislav adı ilə Polşa taxtına çıxdı və yerinə qardaşı Skirqaylonu hersoqluğun qubernatoru təyin etdi. Skirqaylonun əhali arasında populyar olmamasından istifadə edən, Vitovt Litva taxtı uğrunda mübarizəni davam etdirmək qərarına gəldi. Böyük Vilnüs hersoqluğunun paytaxtını ələ keçirmək üçün uğursuz cəhddən sonra Vitovt Tevton ordeninin cəngavərləri ilə ittifaqa girdi. Orden Litvanın yeganə düşməni idi, lakin öz maraqlarına görə bir çox Litva knyazları, xüsusən də, Vitovt və Yaqaylo onunla müttəfiqlik münasibətləri qurmağa can atırdılar.
Litva vətəndaş müharibəsi (1389-1392) | |||
---|---|---|---|
Böyük Litva knyazlığında hakimiyyət uğrunda Vitovt və Yaqaylonun münaqişəsinin bir hissəsi | |||
| |||
Tarix | 1389–1392 | ||
Yeri | Böyük Litva knyazlığı, Prussiya | ||
Səbəbi | Böyük Litva knyazlığında hakimiyyət uğrunda Vitovt və Yaqaylonun mübarizəsi, Krev İttifaqının bağlanması. | ||
Nəticəsi | tərəflərin razılaşması nəticəsində, Vitovt Böyük Litva knyazlığının hersoqu oldu, Yaqaylo da onun hökmdarı kimi tanıdı. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
Qarşıdurmada qalib müəyyən edilmədiyindən, bu da tərəfləri güzəştə getməyə vadar etdi. 1392-ci ildə bağlanmış Ostrov müqaviləsinin şərtlərinə görə Vitovt Yaqaylonu Litvanın ali hökmdarı kimi tanıdı və özü də Böyük Litva knyazlığının hersoqu oldu.
Arxa fon
redaktəVitovt və Yaqaylo arasındakı qarşıdurmanın tarixi 1377-ci ilə dayanır. Otuz ildən çox kiçik qardaşı Keystut ilə birlikdə Litvanı idarə edən Böyük hersoq Olgerdin ölümündən sonra, Keystut və oğlu Vitovt və Yaqaylonu Litvanın Böyük hersoqları kimi tanısalar da, Yaqaylo hakimiyyəti heç kimlə bölüşmək fikrində deyildi.[1] 1380-ci ildə Tevton ordeni ilə gizli danışıqlara başlandı. 31 may 1380-ci ildə Yaqaylo və Tevton ordeninin Böyük magistrı Vinrix fon Kniprod, Keystut əleyhinə yönəlmiş gizli Dovidişkovski müqaviləsini bağladılar. Müqavilənin bağlanma səbəbləri tam aydın deyildi: bəzi tarixçilər hesab edirlər ki, müqavilənin bağlanması təşəbbüsü Yaqaylonun anası Ulyana Tverskayadan və ya onun müşaviri Vaidila tərəfindən gəlib.[2] Digərləri isə qeyd edirlər ki, Keystut təxminən 80 yaşında idi və o, qətiyyətlə xristianlığı qəbul etmirdi, Yaqaylo isə otuz yaşına çatmışdı, o isə ölkəni modernləşdirməyin yollarını axtarırdı.[3]
Keystut və Vitovt öncə uğur qazansalar da,[3] Yaqaylonun ordenlə sui-qəsdindən xəbər tutan Keystut Vilnaya hücum edərək, şəhəri tutub, Yaqaylonun özünü də ələ keçirdi.[4] Məhkumla yumşaq rəftar edildi: Keystut qardaşı oğlundan onun Böyük hersoq kimi yazılı şəkildə tanınmasını tələb etdi və sonra ata-baba torpaqlarını (Krevo və Vitebsk) qaytararaq onu azad etdi.[1] Gediminidlərin qalanları da Keystuta and içdilər. Qocalmış şahzadə Velau, Tapiau və digər şəhərlərin ətrafını viran qoyaraq səlibçilərə qarşı uğurlu mübarizəyə başladı.[5] Ordenin əks hücumu Vitovt tərəfindən dəf edildi.[5]
Növbəti mərhələdə uğur Yaqaylonun tərəfində oldu. Bir çox Gediminidlər öz vəziyyətlərindən narazı idilər.[1] İlk üsyanı Novqorod-Severski knyazı Koribut (vəftiz olunmuş Dmitri) qaldırdı. Keystut kiçik bir dəstə ilə ona qarşı yürüş etdi, lakin məğlub oldu. Bu zaman Vilnanın özündə Böyük knyaz və oğlunun (Vytautas o vaxt Trokidə hökmranlıq edirdi) yoxluğundan istifadə edən Yaqaylo tərəfdarlarının üsyanı baş qaldırdı. Tacir Qanulun başçılıq etdiyi üsyançılar Vilna qarnizonunu darmadağın etdilər.[1] 12 iyun 1382-ci ildə Yaqaylo paytaxta daxil oldu. İyulun 6-da o, Brajuol ordeni ilə barışıq bağladı və tezliklə Trokini mühasirəyə aldı və şəhəri təslim olmağa məcbur etdi.[6] Yaqaylonun qardaşı Skirqaylo Olgerdoviç Trokidə qubernator olaraq qaldı. Keystut buna baxmayaraq təslim olmadı.[7] Tezliklə o, ona hərbi yardım göstərməyə razılaşan Jemaytiyalıları qazanmağı bacardı.[5]
Avqustun 3-də Keystut, oğlu, Vitovt və qardaşı Lubartın qoşunları Trokda Yaqaylonun müttəfiq qoşunlarına və Livoniya ordeninin magistrı Vilhelm von Frimerşeymlə qarşı-qarşıya gəldilər. Keystutun qalib gəlmək şansı az idi: Yaqaylonun qoşunları sayca daha çox idi və üstəlik, Jemaytiyalılar döyüşdə iştirak etməyə can atmırdılar. Döyüş baş tutmadı: Keystut və Vitovt düşərgəsinə gələn Skirqaylo onları sülh danışıqlarına başlamağa inandırdı.[1] Krevo qalasına gəldikdən sonra Keystut və Vitovt dərhal tutuldu və avqustun 15-də isə Keystut ölü tapıldı.[2] Yaqaylo, Keystutun özünü asdığını açıqlasa da, lakin çoxları onun Yaqaylonun əmri ilə boğulduğuna inanırdı.[8] Vitovt, ərinə qadın paltarı verərək, həyat yoldaşı Annanın köməyi ilə əsirlikdən qaça bildi - Vitovt diqqətdən kənarda qalaraq, qaladan çıxmağı bacara bildi.[9]
Mübarizə bununla da bitmədi. Vitovt, ordenin magistrı Konrad Zöllner ilə müqavilə bağladı.[10] Səlibçilər, Yaqaylo və Vitovtu öz aralarında sıxışdırmağa ümid edirdilər. 1383-cü il sentyabrın 11-də Orden Cəngavərləri, Böyük Litva hersoqluğuna hücum etdilər və tezliklə Vitovt da, 3000 nəfərlik Samogit ordusu ilə onlara qoşuldu.[10] 30 yanvar 1384-cü ildə knyaz, Trokskinin qanuni knyazı kimi ordenə vassal and içdi, Nevejis çayı və Kaunas bölgəsinə qədər Samogitiyanı mülkiyyətinə keçirdi.[11] Bu zaman Yaqaylo vəftiz olunmağı və Dmitri Donskoyun qızı ilə evlənməyi planlaşdırırdı, lakin hər şeyin yaxşı getməsi üçün ona Vitovt ilə sülh lazım idi.[7] Gizli danışıqlar başladı: Yaqaylo Lubart və oğlu Fyodor sülaləsinin sona çatdığı yerdə, əmisi öğlu Volını, Lutskiyə verəcəyini vəd etdi. Yaqaylo da Polotskini, Andrey Olgerdoviçdən alan kimi Vitovta Trok knyazlığını qaytaracağına söz verdi.[7] Vitovt razılaşdı, atəşkəs bağlandı və artıq noyabrın 6-da onların birləşmiş qoşunları Tevton ordeni qalası Yeni Marienverderi yandırdılar.[4]
Müharibələr arasındakı dövr
redaktə1385-ci ildə Polşa taxtının varisi, Angevinlər sülaləsinin nümayəndəsi Yadviqa ilə Böyük Litva hersoqu Yaqaylonun evlənməsi üçün hazırlıqlara başlandı. Yepiskop Pyotr Vış 14 yaşlı kraliçanı (rəsmi adı "Polşa kralı" (rex Poloniae)) bu evliliyə girməklə bütün bir xalqın xristianlığı qəbul edəcəyinə inandırdı. Qatı dindar olan kraliça bununla razılaşdı. 1386-cı il fevralın 15-də evlilik baş tutdu və Yaqaylo Polşa taxtına oturdu.[12]
Bundan sonra Litvanın mövqeyi dəyişdi. İndi Yaqaylo hər iki dövləti Krakovdan idarə edirdi, Polşa kralı və Böyük Litva hersoq titulunu almışdı. Baxmayaraq ki, çoxları bundan narazı idi, o, qardaşı Skirqaylonu Litvaya öz naibi olaraq təyin etmişdi.[13][14] Litvada məcburi katolikləşməyə və Krevo İttifaqına qarşı çıxan Krakov hakimiyyətinə qarşı müxalifət yarandı.[15]
Bu müxalif qrupun başında o dövrdə Qrodno və Podlyaşe knyazı Vitovt dayanırdı. Məsələ o idi ki, Yaqaylo öhdəliklərinin yerinə yetirilməsini gecikdirdi: Vitovta vəd edilən troklar, Skirqaylonun əlində qalmaqda davam edirdi. Onun hakimiyyəti həm xalqın, həm də Litva zadəganlarının narazılığına səbəb olsa da, əksinə Vitovt getdikcə populyarlaşırdı. Zadəganlar onun köməyi ilə Yaqaylonun hakimiyyətindən qurtulmağa və dövlətin müstəqilliyini bərpa etməyə ümid edirdilər.[16]
Əsas hadisələr
redaktəBirinci mərhələ (1389—1390)
redaktə1389-cu ildə Böyük HYersoqluqdakı iğtişaşlardan xəbərdar olan Yaqaylo Klemens Moskazevskini Litvanın paytaxtına Polşa qarnizonunu yerləşdirmək və vəziyyəti sabitləşdirmək üçün Vilnaya göndərdi ki, bu da məsələni daha da böyütmüş oldu.[17] Yaqaylo Vitovt və Skirqaylo arasında artan münaqişəni sülh yolu ilə həll etməyə çalışdı. Vitovt, Skirqayloya sadiq qalacağını və onu dəstəkləyəcəyi vədini verən müqaviləni imzalamağa məcbur oldu, lakin o, Volıniya şahzadəsi kimi təsdiqlənmədi.[18] Vitovt, qızı Sofiyanın Böyük Moskva knyazlığının dükü I Vasili ilə yaxınlaşan toyundan faydalanmağa qərar verərək hücum planı üzərində düşünməyə başladı. Vitovt toya hazırlıq adı altında mühafizəçilərin müşayiəti ilə ot, ət və digər mallarla bir konvoy göndərmək fikrindən istifadə edərək Vilna qalasını tutmalı olacaqdı. Lakin xəyanət ucbatından bu plan iflasa uğradı (bunu bir alman kəşfiyyatçısı aşkar etdi).[19][20] Nəticədə Vitovtun iki sadiq müttəfiqi, qardaşı Tovtivil və qaynı İvan Qolşanski mülklərini - Novoqrudok və Qolşanı itirdilər.[18]
Vitovt, əsir cəngavər Marquard von Saltsbaxı danışıqlara göndərərək yenidən kömək üçün ordenə müraciət etmək məcburiyyətində qaldı (Tezliklə məhbus kimi deyil, komissar kimi qayıdan Saltsbaxdan əlavə, Vitovt xoşməramlılıq nümayiş etdirmək üçün yüzdən çox əsir düşmüş zadəganı Prussiyaya buraxdı).[21] 19 yanvar 1390-cı ildə Skirgaylo və Yaqaylodan gizli olaraq, əvvəlki müharibə zamanı bağlanmış Köniqsberq müqaviləsinin əsas məqamlarını təsdiqləyən, Vitovt və Yaqaylo arasındakı döyüşdə ordenin köməyini təmin edən Lika müqaviləsi bağlandı.[18] Bunun müqabilində Vitovt Samogitiyanın Nevejisə qədər olan hissəsini Ordenə verəcəyini vəd etdi.[22] Ancaq bir dəfə Vitovt tərəfindən aldadılan səlibçilər bu dəfə girovları tələb etdilər. Onların çoxu: qardaşları Sigizmund və Tovtivil, həyat yoldaşı Anna, qızı Sofiya, bacısı Rimqayla, qaynı İvan Qolşanski və Vitovta rəğbət bəsləyən Litva zadəganlarının bəzi digər nümayəndələri Vitovtun yaxın adamları və qohumları idilər.[13]
30 və ya 31 yerli zadəgan nümayəndələrindən ibarət Samogitiya nümayəndə heyəti ilə 1390-cı ildə Vitovtun "Samogitiya kralı" kimi sədaqətlərinə zəmanət verən bir nümayəndə heyəti arasında imzalanmış Lik müqaviləsi Köniqsberq müqaviləsi ilə dəstəklənirdi.[18] Jemaytiyalılar həm Vitovt, həm də Ordeni dəstəkləyəcəklərini vəd etdilər.[21] Mübahisəli işlərə isə xüsusi komissiya baxmalı idi; əslində, Jemaytiyalılar Vitovt və Tevton ordeninin Jemaytada birgə idarəsini tanıdı.[23] Ordenin qoşunlarına əlavə olaraq, Avropa ölkələrindən: Fransa, İngiltərə, Müqəddəs Roma imperiyası, komandirlər arasında gələcək İngiltərə kralı IV Henri ilə (300 cəngavərə rəhbərlik edirdi) bir çox muzdlu Vitovt düşərgəsinə axın etdi.[21] İngilis səlibçiləri Prussiya və Litvada öz fəaliyyətləri haqqında ətraflı qeydlər qoydular ki, bu da Cefri Çoserin məşhur Kenterberi hekayələrinin əsasını təşkil edirdi. Yaqaylo da qoşunlarını gücləndirdi.[24] Podlyaşedə bir neçə qala tutduqdan sonra, qalalara Polşa qarnizonlarını yerləşdirdirib, 1390-cı ilin aprelində altı aylıq mühasirədən sonra Qrodno şəhərini də tutdu.[25]
Vitovt koalisiyası Litva sərhədlərinə bir sıra yürüşlər etdi. Bü yürüşlərdən ən böyüyü isə 1390-cı ilin yayının sonundakı yürüş olub. Georgenburqun mühasirəsi zamanı Konrad Zöllner von Rothenşteyn öldü, bunun nəticəsində sentyabrın 11-də beş aylıq mühasirədən sonra qoşunlar şəhərdən geri çəkildilər.[25] Qısa müddətdən sonra Vilnaya yaxınlaşan qoşunlar sentyabrın 11-də şəhəri beş həftəlik mühasirəyə aldılar.[16] Vilna qalalarının müdafiəsinə Polşa-Litva-Rusiya birləşmiş ordusunun komandiri olan Skirqaylo rəhbərlik edirdi.[26] Cəngavərlər qala divarından kənarda demək olar ki, bütün şəhəri dağıtdılar,[27] sonradan heç vaxt bərpa olunmayan Əyri qalanı da dağıtmağa müvəffəq oldular.[23] Mühasirə zamanı Tovtivil Keystutoviç və Yaqaylonun qardaşı Kariqaylo həlak oldular. Başı kəsilən Kariqaylonun başı dirəyə sancılaraq, Yaqaylo tərəfdarlarına nümayiş etdirildi.[21] Bu zaman mühasirəçilər bir sıra: barıt tükənməsi, hava şəraitinin pisləşməsi, avropalı muzdluların xidmət müddətinin başa çatması kimi problemlərlə üzləşdilər.[28] Nəticədə mühasirə götürüldü və qoşunlar Prussiyaya qayıtdılar. Lakin Vitovt və Yaqaylo arasındakı mübarizə bununla bitmədi, əksinə, Yaqaylonun rəqiblərinin təsiri daha da gücləndi, yerli zadəganlardan ona dəstəyi getdikcə daha da azalmağa başladı.[16]
İkinci mərhələ (1391—1392)
redaktəQarşıdurmanın ikinci mərhələsi 1391-ci il yanvarın 21-də Vitovtun yeganə qızı Sofiyanın Moskvanın Böyük dükü Vasili Dmitryieviç ilə toyundan sonra başladı. Bu evlilik Vitovtun Rusiya torpaqlarında, xüsusən də Moskvadakı mövqeyini gücləndirdi və Yaqayloya qarşı mübarizədə Vitovtun potensial müttəfiqi kimi Vasili haqqında danışmağa imkan verdi.[17] Şəxsi möhüründə Vitovt özünü atlı kimi təsvirini verdi, o vaxta qədər bu səlahiyyət, yalnız böyük hersoqlara aid idi.[21] Təxminən eyni vaxtda Yaqaylonun qardaşı, Veliki Novqorodun knyazı Böyük Lunqveni Moskva knyazının təzyiqi altında Novqorodu tərk etmək məcburiyyətində qaldı.[29] Bu vaxt, Tevton ordeni cəngavərlər, Konrad fon Vallenrodun icma tərəfindən Ordenin yeni Böyük magistrı seçilməsi üçün uzanan prosedurla əlaqədar heç bir qəti addım atmadılar.[28] Bununla belə, onun özü də boş oturmaq niyyətində deyildi: 1391-ci ilin mayında Opole knyazı Vladislavdan strateji əhəmiyyətli Zlatoriya qalasını (Torun yaxınlığında) 6632 guldenə girov götürdü.[30][31] Bu, Opolçikin rəqibi olan və uzun müddət onun knyazlığını ələ keçirməyə çalışan Yaqaylonun kəskin reaksiyasına səbəb oldu. Polşa kralı Dobrzin torpağını tutsa da, məğlub oldu.[18]
Yeni Böyük magistr Konrad von Vallenrod yenidən Fransadan, İngiltərədən və Şotlandiyadan avropalı muzdlular çağırdı ki,[25] onlara da, qraf Arçibaldın qeyri-qanuni oğlu Fransanın məşhur cəngavər marşalı Jan II le Menger və Uilyam Duqlasın başçılıq edirdi. 1391-ci ilin payızında səlibçilər Vilnaya qarşı yeni yürüş təşkil etdilər.[32] Kaunasda qoşunlar üçün Adam Mitskeviç tərəfindən 1828-ci ildə nəşr olunan "Konrad Vallenrod" şeirində təsvir olunan kimi böyük bir ziyafət təşkil edildi.[13] Onlar yaxınlıqdakı Ukmerge və Mayşaqola şəhərlərini xarabalığa çevirdilər, sonuncu şəhərdəki qala isə yandırıldı və yenidən bərpa edilmədi. Noyabr ayında Vitovt Mereç və Qrodnoya hücum etdi və bununla da Yaqaylonun Vilnaya girişini əngəllədi. Vitovtun qoşunları Qrodno yaxınlığında peyda olanda orada olan litvalılar və ruslar özləri Polşa qarnizonunu qala qülləsinə bağladılar və qapıları açdılar. Yaqaylo Böyük Litva knyazlığında getdikcə populyarlığını itirirdi.[32] Bu arada, 1392-ci ilin əvvəlində Vitovt Koributanı məğlub edərək Novoqrudoku işğal etsə də, şərqdən Moskva təhlükəsi gücləndi.[21] Ryazan knyazı Oleq Böyük Litva knyazlığının sərhədlərinə hücum etdi, Novqorod Vitovtun qızı ilə evli olan I Vasilinin hakimiyyəti altına keçdi.[21]
1392-ci ilin mayında Konrad von Vallenrod Noymarkanı 500.000 guldena almaq üçün[33] Müqəddəs Roma imperatoru Sigizmund ilə danışıqlara başladı və həmçinin Dobrzin torpaqlarının alınması[33] üçün Vladislav Opolçikə 50.000 gulden ödəməyə razı oldu.[34] 1392-ci ildə Opolçik Polşanı Tevton ordeni, Müqəddəs Roma imperiyası, Sileziya və Macarıstan arasında bölmək planını təklif etdi, lakin bu plan rədd edildi.[35]
Həm Yaqaylo, həm də Vitovt üçün müharibə o qədər də yaxşı getmədi, Böyük Litva knyazlığının torpaqları getdikcə daha çox dağıldı.[14] Polşa zadəganları müharibədən getdikcə daha çox məyus oldular:[17] Krevo ittifaqı Qalisiya, Moldova və Valaxiyada öz təsirlərini gücləndirməli idi, lakin şimalda yeni problemlərə səbəb oldu.[33] Yaqaylo nə isə etməyə çalışsav da, Skirqaylonu kiçik qardaşı Kernav knyazı Viqand ilə əvəz etmək istədi, lakin o, 28 iyun 1392-ci ildə qeyri-müəyyən şəraitdə öldü.[33] Ola bilsin ki, o, zəhərlənmişdi və bu qətlin təşkilatçıları həm Skirqaylo, həm də Vitovt ola bilərdi.[33] Yaqaylo, Vilnadakı Polşa qarnizonunun komandiri vəzifəsində Moskajevdən olan Klemensi (Pilavanın gerbi) Yan Olesnitski (Dembno gerbi) ilə əvəz etdi[33] və sonra Vitovt ilə sülh danışıqlarına başlamaq qərarına gəldi.[13]
Müharibənin sonu
redaktəHələ 1392-ci ilin yazında Yaqaylo Plotsk yepiskopu Henri Mazovitskini, sülh şərtlərini müzakirə etmək üçün göndərdi. Müzakirələr səlibçilərin şübhələrini yayındırmaq üçün gizli gedirdi, Henri Vitovtun bacısı Rimqayla ilə görüşdü və hətta rütbəsindən imtina edərək onunla evləndi.[21] Yaqaylo onu Litvanın ali hökmdarı kimi tanıdığı təqdirdə, Böyük Litva hersoqu titulunu Vitovta verməyi təklif etdi.[13] Vitovt, yəqin ki, bir çox qohumlarının və tərəfdaşlarının ordendə girov saxlanması səbəbindən Yaqaylonun təklifini dərhal qəbul etmədi.[33] Vitovt müxtəlif bəhanələrlə onları öz yanına yığmağa başladı.[21] Gizli razılaşma əldə edildikdən sonra Vitovt Tevton cəngavərlərini öz iqamətgahında - Neman adasında yerləşən Rittersverder qalasında bayrama dəvət etdi.[13] Vitovtun şübhəsiz qonaqlarının əksəriyyəti əsir götürüldü, bundan sonra Litva knyazı bu qəsri, həmçinin Vilnaya qarşı yürüş zamanı cəngavərlər tərəfindən tikilmiş Mettenburq, Neuqarten (Qrodno yaxınlığında) və digər taxta qalaları yandırdı.[29][33] Bu yürüş zamanı 1398-ci ildə Salinski müqaviləsi imzalanana qədər Böyük magistrın sarayında olan Vitovtun qardaşı Sigizmund Tevton ordeni tərəfindən əsir götürüldü.[36]
4 iyul 1392-ci ildə Lida yaxınlığındakı Ostrov malikanəsində Yaqaylo ilə Vitovt arasında görüş oldu. Orada rəsmi danışıqlara başlanıldı və nəticədə müharibəni rəsmən başa çatdıran razılaşma əldə olundu. Vitovt Böyük Litva knyazı kimi tanındı və onun mirası Troki knyazlığı ona qaytarıldı. Skirqaylo 5 il sonra vəfat etdiyi Kiyev knyazlığını ələ keçirdi.[14] Vitovt, Litvanın Ali şahzadəsi titulunu daşıyan Yaqaylonu rəsmi olaraq özünün hökmdarı kimi tanıdı. Vitovt həmçinin, onun ölümündən sonra Böyük hersoqluğun torpaqlarının Polşa kralının mülkiyyətinə keçəcəyi vədini də verdi.
Ostrov müqaviləsi Polşa ilə Litva arasında bağlanmış bir sıra müqavilələr də, həmçinin Vitovtun arvadı Anna və Yaqaylonun arvadı Yadviqa tərəfindən imzalanmış bir sıra sənədlər də ratifikasiya edilmişdir. Müqavilə Litva dövlətində mərkəzləşdirilmiş hakimiyyətin güclənməsinə kömək etdi.[16]
Nəticəsi
redaktəVitovt formal olaraq asılı, reallıqda isə müstəqil hərəkət etdi. Üstəlik, Yaqaylo özü bir çox cəhətdən Vitovtdan asılı idi.[37] Vitovta Yaqaylo tərəfindən verilən vədlər, omagium deyil, sədaqət düsturu idi ki, bu da Avropa hüququnda daxili yox, xarici vassala daha çox uyğun gəlirdi. Krevo ittifaqının bağlanması zamanı qalan qeyri-müəyyənliklər aydınlaşdırıldı və düzəldildi.[21]
Vitovt hakimiyyətinin lap əvvəlindən təsir dairəsini genişləndirməyə, dövlətin beynəlxalq nüfuzunu yüksəltməyə və mərkəzi hakimiyyəti gücləndirməyə yönəlmiş siyasət yeritməyə başladı. 1398-ci ildə zadəganların yığıncağında Litva və Rus knyazları və boyarları Vitovtu dövlətin müstəqil hökmdarı elan etdilər.[14] Lakin 1399-cu ildə Vorskla döyüşündə Tatar xanı Timur Qutluq xan tərəfindən məğlubiyyətə uğraması, Vitovtun az qala boğulması və demək olar ki, bütün ordusunu itirməsi onun mövqeyini zəiflətdi. Bundan əlavə, Smolensk knyazlığında, eləcə də Novqorod və Pskov respublikalarında üsyanlar başladı.[38] Bu şərtlərdə Vitovt Vilna-Radom ittifaqını bağlayaraq Yaqaylonun ali gücünü təsdiqləməyə məcbur oldu.[39]
Lakin, Vitovtun dövləti gücləndirmək siyasəti davam etdi. Yerli knyazları qubernatorları ilə əvəz etdi, şərqdə uğur qazandı: Böyük Litva knyazlığının sərhədləri Oka və Mojayskın yuxarı axarlarına çatdı, Cənubi Podolyeni tatarlardan aldı və Tver, Ryazan və Pron knyazları ilə ittifaqa girdi. Vitovtun kürəkəni I Vasili 1423-cü ildə tərtib etdiyi vəsiyyətində, onu Moskvanın kazyaşlı Böyük hersoqu II Vasilinin regenti təyin etdi.[40]
Vitovt hakimiyyətinin güclənməsinə Qrünvald döyüşündəki qələbə və 1411-ci ildə Birinci Torun müqaviləsi şərtləri ilə Samogitiyanın geri qayıtması kömək etdi. Vitovtun siyasəti 1429-cu ilin yanvarında Lutskda keçirilən qurultayda Avropa hökmdarları tərəfindən yüksək qiymətləndirildi.[41] Lüksemburq imperatoru Sigizmund Vitovtu kral tacını qəbul etməyə dəvət etdi,o da bununla razılaşdı. Danışıqlar gizli şəkildə aparıldı, çünki polyaklar Vitovtun güclənməsinə qəti şəkildə qarşı idilər. Hətta Yaqaylo, Vitovtun ölümündən sonra tacın oğullarından birinə keçəcəyini bildirərək tacqoymaya razılıq verdi, çünki Vitovtun oğul varisləri yox idi.[41] Tacqoymadan bir müddət əvvəl, 27 oktyabr 1430-cu ildə Vitovt gözlənilmədən Trokidə vəfat etdi.[41] Varissiz qalan knyazın ölümündən sonra hakimiyyət bu titul uğrunda Vitovt ilə uzun müddət mübarizə aparmış Yaqaylonun kiçik qardaş, əmisi oğlu Svidriqaylo Olgerdoviçə keçdi.[21]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 (ing.) Kiaupa Z., Kiaupienė J., Kunevičius A. The History of Lithuania Before 1795 (English ed.). — Vilnius: Lithuanian Institute of History, 2000. — pp. 124—126. — ISBN 9986-810-13-2.
- ↑ 1 2 (ing.) Koncius J. B. Vytautas the Great, Grand Duke of Lithuania. — Miami: Franklin Press, 1964. — pp. 21-23.
- ↑ 1 2 (ing.) Jakštas J. Lithuania to World War I // Albertas Gerutis. Lithuania: 700 Years. translated by Algirdas Budreckis — 6th ed. — New York: Manyland Books, 1984. — pp. 57-58. — ISBN 0-87141-028-1.
- ↑ 1 2 (ing.) Christiansen E. The Northern Crusades. — London: Penguin Books, 1997. — pp. 164—165. — ISBN 0-14-026653-4.
- ↑ 1 2 3 (lit.) Ivinskis Z. Lietuvos istorija iki Vytauto Didžiojo mirties. — Rome: Lietuvių katalikų mokslo akademija, 1978. — pp. 271—273.
- ↑ (lit.) Kučinskas A. Kęstutis. — Vilnius: Mokslas, 1988. — p. 173. — ISBN 5-420-00623-5.
- ↑ 1 2 3 (lit.) Ivinskis Z. Vytauto jaunystė ir jo veikimas iki 1392 m. // Paulius Šležas. Vytautas Didysis. — Vilnius: Vyriausioji enciklopedijų redakcija, 1988. — pp. 7-32.
- ↑ (ing.) Urban W. Samogitian Crusade. — Chicago: Lithuanian Research and Studies Center, 2006. — pp. 170—171. — ISBN 0-929700-56-2.
- ↑ (lit.) Jonynas I. Vytauto šeimyna. Istorijos baruose. — Vilnius: Mokslas, 1984. — pp. 35-38.
- ↑ 1 2 (ing.) Urban W. Samogitian Crusade. — Chicago: Lithuanian Research and Studies Center, 2006. — pp. 173—174. — ISBN 0-929700-56-2.
- ↑ (ing.) Sužiedėlis S. Vytautas the Great // Encyclopedia Lituanica. — VI. — Boston, Massachusetts: Juozas Kapočius, 1970—1978. — pp. 208—209.
- ↑ (ing.) Sruogienė-Sruoga V. Jogaila (1350—1434) Arxivləşdirilib 2020-09-20 at the Wayback Machine // Lituanus 4 (33), 1987. — ISSN 0024-5089.
- ↑ 1 2 3 4 5 6 (ing.) Koncius J. B. Vytautas the Great, Grand Duke of Lithuania. Miami: Franklin Press, 1964. pp. 40-44.
- ↑ 1 2 3 4 (ing.) Stone D. Z. The Polish-Lithuanian State, 1386—1795 Arxivləşdirilib 2014-08-17 at the Wayback Machine. — Seattle: University of Washington Press, 2001. — p. 18. — ISBN 0-295-98093-1.
- ↑ (ing.) Gieysztor A. The kingdom of Poland and the grand duchy of Lithuania, 1370—1506. — The New Cambridge Medieval History, c. 1415 — c. 1500. 7. Cambridge University Press, 1998. — p. 732. — ISBN 0-521-38296-3.
- ↑ 1 2 3 4 (lit.) Gudavičius E. Lietuvos istorija. Nuo seniausių laikų iki 1569 metų. — Vilnius: Lietuvos rašytojų sąjungos leidykla, 1999. — pp. 173—174. ISBN 9986-39-112-1.
- ↑ 1 2 3 (ing.) Kiaupa Z., Kiaupienė J., Kunevičius A. The History of Lithuania Before 1795 (English ed.). — Vilnius: Lithuanian Institute of History, 2000. — pp. 131—132. — ISBN 9986-810-13-2.
- ↑ 1 2 3 4 5 (lit.) Ivinskis Z. Lietuvos istorija iki Vytauto Didžiojo mirties. — Rome: Lietuvių katalikų mokslo akademija, 1978. — pp. 304—306.
- ↑ (lit.) Jonynas I. Vytauto šeimyna // Istorijos baruose. — Vilnius: Mokslas, 1984. — p. 60.
- ↑ (ing.) Urban W. Samogitian Crusade. — Chicago: Lithuanian Research and Studies Center, 2006. — pp. 193—194. — ISBN 0-929700-56-2.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 Гудавичюс Э. История Литвы с древнейших времен до 1569 года. М.: Фонд имени И. Д. Сытина BALTRUS. 2005.
- ↑ (ing.) Mickūnaitė G. From Pamphlet to Political Theory: The Establishment of Lithuanian Dynastic Tradition // The medieval chronicle II: proceedings of the 2nd International Conference on the Medieval Chronicle, Driebergen/Utrecht 16-21 July 1999 / Erik Kooper. Rodopi, 2002. — p. 157. — ISBN 90-420-0834-2.
- ↑ 1 2 (ing.) Turnbull S. Crusader Castles of the Teutonic Knights. — Vol. 2: The Stone Castles of Latvia and Estonia, 1185—1560. Osprey Publishing, 2004. — pp. 53-54. — ISBN 1-84176-712-3.
- ↑ Skeat W. W. The Complete Works of Geoffrey Chaucer. — 2nd ed. — Oxford: The Clarendon Press, 1990. — p. 7.
- ↑ 1 2 3 (ing.) Urban W. Samogitian Crusade. — Chicago: Lithuanian Research and Studies Center, 2006. — pp. 197—199. — ISBN 0-929700-56-2.
- ↑ (pol.) Jasienica P. Polska Jagiellonów. — Warsaw: Państwowy Instytut Wydawniczy, 199. — pp. 83-84. — ISBN 83-06-01796-X.
- ↑ (lit.) Jovaiša E. Vilniaus pilys Arxivləşdirilib 2011-09-28 at the Wayback Machine // Gimtoji istorija. Nuo 7 iki 12 klasės. — Vilnius: Elektroninės leidybos namai, 2002. — ISBN 9986-9216-9-4. http://mkp.emokykla.lt/gimtoji/?id=8106 Arxivləşdirilib 2011-09-28 at the Wayback Machine. Retrieved 2008-06-30.
- ↑ 1 2 (ing.) Urban W. Samogitian Crusade. — Chicago: Lithuanian Research and Studies Center, 2006. — pp. 200—201. — ISBN 0-929700-56-2.
- ↑ 1 2 (lit.) Ivinskis Z. Lietuvos istorija iki Vytauto Didžiojo mirties. — Rome: Lietuvių katalikų mokslo akademija, 1978. — pp. 307—308.
- ↑ (alm.) Herder-Institut J. G. Zeitschrift für Ostmitteleuropa-forschung. Marburg: J.G. Herder-Institut, 1997. — p. 7.
- ↑ (lat.) Codex diplomaticus Poloniae quo continentur privilegia regum Poloniae Arxivləşdirilib 2016-10-16 at the Wayback Machine / Red. L. Rzyszczewski, M. Bobowski, A. Muczkowski, J. Bartoszewicz Varsaviae, 1852. — s. xi.
- ↑ 1 2 (ing.) Urban W. Samogitian Crusade. — Chicago: Lithuanian Research and Studies Center, 2006. — pp. 202—204. — ISBN 0-929700-56-2.
- ↑ 1 2 3 4 5 6 7 8 (ing.) Urban W. Vytautas and Jagiello, I // Tannenberg and After. Chicago: Lithuanian Research and Studies Center. 2003. 1–50. ISBN 0-929700-25-2.
- ↑ (ing.) Urban W. Samogitian Crusade. — Chicago: Lithuanian Research and Studies Center, 2006. — p. 206. — ISBN 0-929700-56-2.
- ↑ (ing.) Lukowski J., Zawadzki H. A Concise History of Poland Arxivləşdirilib 2016-10-17 at the Wayback Machine. Cambridge University Press, 206. — p. 44. — ISBN 0-521-85332-X.
- ↑ (ing.) Maroszek J. Evidence of a stormy history Arxiv surəti 10 sentyabr 2008 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2008-09-10 at the Wayback Machine. My Little Europe (Cross-border Centre for Civil Education and Information in Białystok). — 4: 32.
- ↑ Барбашев А. И. Витовт и его политика до Грюнвальдской битвы (1410 г.) — Санкт-Петербург: Типография Н. Н. Скороходова, 1885. — С. 10. — 166 с.
- ↑ (lit.) Ivinskis Z. Lietuvos istorija iki Vytauto Didžiojo mirties. — Rome: Lietuvių katalikų mokslo akademija, 1978. — pp. 319.
- ↑ (ing.) Kiaupa Z., Kiaupienė J., Kunevičius A. The History of Lithuania Before 1795 (English ed.). — Vilnius: Lithuanian Institute of History, 2000. — pp. 135—137. — ISBN 9986-810-13-2.
- ↑ Зимин, Александр Александрович Витязь на распутье: феодальная война в России XV в. Arxivləşdirilib 2008-02-13 at the Wayback Machine — Москва: Мысль, 1991. — С. 30. — 286 с. — ISBN 5-244-00518-9.
- ↑ 1 2 3 Барбашев А. И. Очерки литовско-русской истории XV века. Витовт. Последние двадцать лет княжения (1410—1430). — Санкт-Петербург: Типография Н. Н. Скороходова, 1891. — С. 239—261. — 341 с.
Ədəbiyyat
redaktə- Барбашев, Александр Ипполитович Витовт и его политика до Грюнвальденской битвы (1410 г.) — СПб.: Типография Н. Н. Скороходова, 1885.
- Грушевский, Михаил Сергеевич. Історія України-Руси. — Т. 4: ХІV-ХVІ віки — відносини політичні. — Розділ II. — Київ: Наукова думка, 1993. — 544 с. — ISBN 5-12-003208-7.
- Гудавичюс Э. История Литвы с древнейших времен до 1569 года / Перевод Г. И. Ефромова. — Том I. — Москва: Фонд имени И. Д. Сытина, 2005. — 679 с. — ISBN 5-94953-029-2.
- Любавский, Матвей Кузьмич. Очерк истории Литовско-Русского государства до Люблинской унии включительно. — 2-е издание — Москва. Московская Художественная Печатня, 1915. — 409 c.
- Koncius J. B. Vytautas the Great: Grand Duke of Lithuania. — Vol. 1. — Maiami: Franklin Press, 1964. — 211 p.
- Kosman M. Wielki książę Witold. — Warszawa: Ksiąźka i Wiedza, 1967. — 279 s.
- Łowmiański H. Witold, wielki księze litewski. — Wilno: Wydawnictwo Komitetu obchodu pięćsetnej rocznicy zgonu wielkiego księcia Witolda, 1930. — 121 s.
- Mickūnaitė G. Making a great ruler: Grand Duke Vytautas of Lithuania. — Budapest: Central European University Press, 2006. — 337 p. — ISBN 963-7326-58-8.
- Prochaska A. Dzieje Witolda Wielkiego Księcia Litwy. — Wilno, 1914. — 420 s.
- Tęgowski J. Pierwsze pokolenia Giedyminowiczów. — Poznań, Wrocław: Wydawnictwo Historyczne, 1999. — 319 s. — ISBN 83-913563-1-0.