Leyla Xalid - Wikipedia
Leyla Xalid (9 aprel 1944[1], Hayfa, Britaniya Fələstini[1]) —
Leyla Xalid | |
---|---|
ərəb. ليلى خالد | |
Doğum tarixi | 9 aprel 1944[1] (80 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | siyasətçi, siyasi fəal[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktə1944-cü ildə Britaniyanın idarəçiliyində olan Haifada anadan olmuşdur. 1947-ci ildə Ərəb ölkələri ilə İsrail arasında müharibə başladı. Leyla Xalidin ailəsi 1948-ci ildə Livana köçdülər. 15 yaşında olan zaman Corc Habaş tərəfindən qurulan Fələstin Xalq Qurtuluş Təşkilatına qatıldı. Daha sonar Beyrut Amerikan Universitetində tibb ixtisası üzrə təhsil almağa başladı. 1967-ci ildə Altı Günlük müharibədən sonar Fələstin Xalq Qurtuluş Təşkilatında özünü göstərməyə başladı.
Daha sonralar Küveytdə müəlliməlik fəaliyyəti ilə məşğul olmağa başladı.
Qara Sentyabr hadisəsinin baş verən il üçü eyni zaman olmaq üzərə 4 təyyarə qaçırılma əməliyyatında iştirak etmişdir. 1969 və 1970-ci illərdə iştirak etdiyi, liderləri Wadi Haddad tərəfindən planlanan əməliyyatlarda diqqətləri üzərinə çəkdi. 29 avqust 1969-cu ildə Amerikaya məxsus təyyarəni qaçırdaraq Şam şəhərinə endirdi. O vaxtkı İsrailin ABŞ-dakı səfirinin də olan İzak Rabinin də olunacağı düşündəkləri, Romadan Təl-Əvivə uçan, Ərəb olmalarından savayı, Təl-Əviv yerinə Afina transferində, ciblərində silah və bombalarla minərək təyarrənin kabinasına girmişlər, təyyarəni Fələstinin Haifa şəhəri üzərindən Suriyaya uçuraraq, Şama eniş etmişdilər. Təyyarə eniş etdikdən sonra uçuş qrupu və sərnişinləri boşaltdıqdan sonra Boeing 707 təyyarəsini partlatdıqdan Suriyalı səlahiyyətli şəxslərə təslim olmuşlar. 45 gün Suriyada həbsdə qaldıqdan sonra, 2 İsrailli pilot qarşılığında 31 Fələstinli məhbus ilə birlikdə sərbəst buraxıldılar. İlk əməliyyatından sonra yenidən təyyarə qaçırmaq üçün burnu və çənəsindən 6 plastik əməliyyat həyata keçirtdi. Eyni anda 3 fərqli yerdə gerçəkləştirilən ikinci təyyarə qaçırtma əməliyyatında digər 3 nəfər təşkilat üzvləri ilə birlikdə İsrailə məxsus Amsterdamdan New Yorka uçan 219 sərnişinlik El Al təyyarəsini qaçırtmaqla vəzifələndirilmişdir. Eyni zamanda olan digər iki hədəf isə, Almaniyadakı Fələstinlilər üçün TWA və İsveçrədəki Fələstinlilər üçün isə Swissair havayollarına məxsus təyyarələrdir. 6 sentyabr 1970-ci ildə digər iki təşkilat üzvünün təyyarəyə minə bilməməsi səbəbilə, bir bomba və Nikaraqualı Patrik Arquel ilə birlikdə, üəzrində iki əl bombasını istifadə edərək əməliyyatı həyata keçirərkən, Arquel o zaman təyyarədə İsrail hərbi kəşfiyyat şefinin 12 mühafizəçisi tərəfindən başından güllə ilə vurularaq öldürülmüşdür. Leyla isə sağ tutulmuşdur. Təyyarə Londona endikdən sonra həbs olunan Leyla 1 ay içində Dubayda işləyən Fələstinli işçinin qaçırdığı təyyarə üzərindən dəyişdirilmə nəticəsində 1 oktyabr 1970-ci il sərbəst buraxılmışdır. Cüneyt Özdemirə verdiyi müsahibəsində təyyarələri qaçırmaqda əsas səbəb kimi “ Fələstinlilərin yalnız qaçqın gözü ilə baxan dünyaya haqlı bir səbəbimiz olduğunu göstərmək və İsrail həbsxanalarında yatan Ərəb və Fələstinli məhbusların girovlar qarşılığında azadlığa çıxmalarını təmin etmək” olduğunu bildirmişdir.
Fələstin Milli Rəhbərliyi və Fələstin Xalq Qurtuluş Cəbhəsini təmsil edir hal hazırda. Tez-tez xarici ölkələrdə işğal altında olan bölgələrdə qadın olmaq və Orta Şərq məsələləri üzrə təşkil edilmiş konfranslara dəvət edilir. Əl Cəzirə telekanalına açıqlamasında Ərafat rejiminin demokratik olmamaqda tənqid etmişdir.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Leila Khaled // Interactive Encyclopedia of the Palestine Question, الموسوعة التفاعلية للقضية الفلسطينية.