Ledi Qodiva - Wikipedia
Ledi Qodiva (ing. Godiva, latınlaşmış qədim ingiliscə Godgyfu, Godgifu sözündən — "Tanrının bəxş etdiyi"; 980–1067) — Mersiya qrafı Leofrikin həyat yoldaşı olmuş anqlosakson qrafinyası. Əfsanəyə görə, ərinin öz təbəələri üzərinə qoyulan hədsiz sayda vergiləri azaltması üçün Böyük Britaniyada yerləşən Koventri şəhərinin küçələrini at üstündə çılpaq şəkildə gəzmişdir.
Əfsanə
redaktəƏfsanəyə görə, Qodiva Leofrikin həyat yoldaşı olub. Ledi Qodiva qrafın təbəələrinin vergilərin çoxluğundan əziyyət çəkdiyini görüb, ərini vergilərin sayını azaltmaq üçün razı salmağa çalışmışdır. Bir dəfə növbəti məclislərin birində hədsiz sərxoş olan Leofrik öz həyat yoldaşının Koventri şəhərinin küçələrini çılpaq keçəcəyi təqdirdə vergilərin sayını azaldacağını bildirir. O əmin idi ki, bu cür şərt Qodiva üçün qəbuledilməzdir. Amma Qodiva bu addımı atır. Onu çox sevən və hörmət bəsləyən şəhərin bütün sakinləri təyin olunmuş gündə evlərinin bütün qapı və pəncərələrini bağlamışdılar. Bu cür nəzərə çarpmayan şəkildə Qodiva bütün şəhərdən keçir.
Qraf Qodivanın fədakarlığına heyran qalır və söz verdiyi kimi vergiləri azaldır. Əfsanənin bəzi versiyalarına görə, şəhərin Tom adlı bir sakini (Tom Peeping) pəncərədən baxmaq istəyəndə gözləri o an kor olmuşdur.
Real personajlar
redaktəYəqin ki, bu hadisə real hadisələrlə az bağlıdır. Leofrik və Qodivanın həyatı təfsilatı ilə İngiltərədə qorunub saxlanılmış salnamələrdə təsvir edilmişdir. Məlumdur ki, 1040-ci ildə Leofrik benedikt monastırı tikdirmişdir. Leofrik monastır torpaqlarını bölərək bu torpaqları 24 kəndin himayəsinə vermişdir. Qodiva isə bu monastıra çoxlu sayda qızıl, gümüş və qiymətli daşlar hədiyyə bağışlamışdır. Qraf Leofrik və Ledi Qodiva bu monastırda dəfn olunmuşdur.
Sonralar XIII əsrdə kral I Eduard bu əfsanə haqda həqiqəti öyrənmək qərarına gəlir. Salnamələrin tədqiqatı nəticəsində, Koventridə həqiqətən də 1057-ci ildən başlayaraq vergilərin yığılmaması aydınlaşdırıldı. Amma bu müddətin 17 il olması əfsanədə təsvir edilən hadisələrin reallığına şübhə yaradır.
Əlavə
redaktəKoventrinin keçmiş kafedral kilsəsinin yaxınlığında at üstündə saçları yana tökülmüş Ledi Qodivanın heykəli ucaldılıb.
1678-ci ildə şəhərin sakinləri Ledi Qodivanın şərəfinə bu günə qədər də saxlanılan və hər il keçirilən festivalı qeyd etməyə başladılar.
Kinoda
redaktə1955-ci ildə amerikalı rejissor Artur Lyubin əfsanənin motivləri əsasında "Koventrili Ledi Qodiva" (ing. Lady Godiva of Coventry) filmini çəkir. Bu filmdə baş rolu 1950-ci illərdə populyar olan irland aktrisası Morin Oxara ifa etmişdir.
Xarici keçidlər
redaktə- Vikianbarda Ledi Qodiva ilə əlaqəli mediafayllar var.