Latviya Yaponiya Munasibetleri - Wikipedia
Latviya–Yaponiya münasibətləri (latış. Japānas un Latvijas attiecības; yap. 日本とラトビアの関係) – Latviya ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. Ölkələr arasında diplomatik əlaqələr ilk dəfə 1921-ci ildə qurulmuş, 1991-ci ildə bərpa olunmuşdur.
Latviya–Yaponiya münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarix
redaktə1918–1940
redaktəLatviyanın müstəqilliyini (1918) tanıyan ilk ölkələrdən biri Yaponiya olmuşdur: 4 yanvar 1919-cu ildə de fakto, 26 yanvar 1921-ci ildə de yure şəkildə Latviyanı tanımışdır. 1923-cü ildə Yaponiya Riqaya diplomatik nümayəndələr göndərməyə başlamışdır. 1925-ci ildə ölkələr arasında ticarət və nəqliyyat haqqında müqavilə imzalanmışdır. 1926-cı ilin mayında Tokioda Latviyanın konsulluğu, 1929-cu ilin oktyabrında Riqada Yaponiyanın nümayəndəliyi açılmışdır.[1]
1920 və 1930-cu illərdə Latviya Yaponiya hökuməti üçün ən vacib Baltikyanı ölkə idi. Belə ki, Riqa şəhəri Yaponiyanın Baltika regionundakı kəşfiyyat mərkəzi idi. Gənc Yaponiya diplomatları rus dillərini təkmilləşdirmək üçün Riqaya göndərilirdilər. Riqada fəaliyyət göstərən diplomat Şin Sakuma Baltika regionu haqqında topladığı kəşfiyyat xarakterli məlumatları Yaponiyaya göndərirdi. Riqaya təyin olunmuş hərbi ateşe Makoto Onoderanın eston agentlərlə əlaqələri var idi və Tokioya məlumat ötürürdü.[1]
Latviyanın SSRİ tərəfindən işğal edilməsi zamanı Yaponiyanın Riqadakı nünaməyəndliyi bir sıra latış siyasətçilərinin ölkədən qaçmasına kömək etmişdir.[2] İşğal zamanı Yaponiyanın Latviyadakı səfiri Şociro Otaka idi. 1939–1940-cı illərdə səfirlikdə işləmiş Akira Şiqemitsu işğal dövrünü təsvir edən gündəlik tutmuş və SSRİ-nin dağılmasından sonra 1993-cü ildə nəşr etmişdir. Riqa nümayəndliyi rəsmi olaraq 23 sentyabr 1940-cı ildə bağlanmışdır.[1]
1991–hazırda
redaktəLatviyanın SSRİ-nin tərkibindən çıxmasından sonra 10 oktyabr 1991-ci ildə ölkələr arasında diplomatik əlaqələr bərpa olunmuşdur. 1996-cı ilin fevralında Latviya–Yaponiya Parlamentlərarası Dostluq Qrupu yaradılmışdır. Yaponiyanın Latviya səfirliyi 2000-ci ilin yanvarında Riqada, Latviyanın Yaponiya səfirliyi 2006-cı ilin aprelində Tokioda açılmışdır.[3]
2007-ci ilin mayında İmperator Akihito və İmperatriça Miçiko Latviyaya rəsmi səfər etmişdir. Yaponiya baş naziri Şinzo Abe 2018-ci ildə Latviyanı ziyarət etmişdir. Latviya baş nazirlərindən Ayqars Kalvitis 2006-cı ildə, İvars Qodmanis 2009-cu ildə, Valdis Dombrovskis 2013-cü ildə, Maris Kuçinskis isə 2017-ci ildə Yaponiyada olmuşdur.[3] Latviya prezidenti Eqils Levits 2019-cu ilin oktyabrında Yaponiyaya səfər edərək Yaponiyadakı latış icması ilə görüşmüşdür.[2]
2021-ci ildə ölkələr arasında münasibətlərin qurulmasının 100 illiyi qeyd olunmuşdur.[3]
Mədəniyyət
redaktəLatviyanın müstəqilliyi uğrunda ölən şəxslərə həsr olunmuş Müqəddərat bağının dizaynı üçün 2005-ci ildə müsabiqə elan olunmuş və müsabiqənin qalibi yaponiyalı memar Şunmyuo Masuno olmuşdur. 2008-ci ildə Latviya prezidenti Valdis Zatlersə təqdim olunmuş və Hiroşima faciəsini simvolizə edən Sülh daşı bu bağda saxlanılır.[4]
Yaponiyanın Kobe və Hiqaşikava şəhərləri, müvafiq olaraq, Latviyanın Riqa şəhəri (1974-cü ildə) və Ruyyena bələdiyyəsi (2008-ci ildə) ilə qardaşlaşmışdır.[5]
Latviya və Yaponiya milli futbol komandaları ancaq yoldaşlıq oyunlarında qarşılaşıblar. 2005-ci ildəki oyun 2:2 hesabı ilə, 2013-cü ildəki oyun Yaponiya 3:0 hesablı qələbəsi ilə başa çatmışdır.[6]
İqtisadiyyat
redaktəYaponiya Latviyaya əsasən rezin məhsulları, avtomobillər, elektrik avadanlıqları, Latviya isə Yaponiyaya əsasən taxta-şalban, minerallar, mexanika, elektrotexnika və tibb avadanlıqları ixrac edir.[3]
Demoqrafiya
redaktə2020-ci ilin dekabrına olan məlumata əsasən Yaponiyada 137 Latviya vətəndaşı, 2021-ci ilin dekabrına olan məlumata əsasən Latviyada 75 Yaponiya vətəndaşı yaşayır.[3]
İstinadlar
redaktə- ↑ 1 2 3 Onaka, Makoto. "The Relationship between the Baltic States and Japan during the Interwar Period" (PDF). Journal of Baltic Studies (ingiliscə). Taylor & Francis, Ltd. 36 (4). 2005: 408–422. İstifadə tarixi: 28 mart 2023.
- ↑ 1 2 "President of Latvia meets with Latvian diaspora of Japan". President.lv (ingiliscə). 21 oktyabr 2019. 2023-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2023.
- ↑ 1 2 3 4 5 "Japan-Latvia Relations (Basic Data)" (ingiliscə). Xarici İşlər Nazirliyi (Yaponiya). 21 yanvar 2022. 28 mart 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2023.
- ↑ "Latvia and Japan: Past, present and future" (PDF). The Japan Times (ingiliscə). 2023-03-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 28 mart 2023.
- ↑ "President of Latvia: Japan and Latvia are like-minded partners". President.lv (ingiliscə). 24 oktyabr 2019. 2023-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2023.
- ↑ "Japan national football team: record v Latvia". 11v11 (ingiliscə). 2023-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2023.