Letopis - Wikipedia
Lětopis — Almaniyada nəşr olunan elmi sorb jurnalı. Sorb İnstitutunun elmi nəşri və çap orqanı. Domovina nəşriyyatı tərəfindən nəşr edilmişdir.
Lětopis | |
---|---|
Nəşriyyat | Sorb İnstitutu |
Təsis tarixi | 1952 |
Ölkə | |
Dil | alman dili, Yuxarı sorb dili, Aşağı sorb dili |
ISSN | 0522-5086 |
OCLC nömrəsi | 185063057 |
lětopis.de |
Tarixi
redaktəNəşrin tarixi sələfi 1848-1937-ci illərdə sorb Macica Serbska cəmiyyəti tərəfindən nəşr olunan "Časopis Maćicy Serbskeje" sosial-mədəni və ədəbi jurnalı hesab olunur. Modern jurnalın ilk nömrəsi 1952-ci ildə işıq üzü görüb. Jurnalda məqalələr daha çox Yuxarı sorb, Aşağı sorb və Alman dillərində dərc olunur. Bəzən rus, polyak və çex dillərində məqalələr dərc olunur. GDR dövründə jurnal hər il A, B, C və D hərfləri ilə təsnif edilən xüsusi məzmunlu 4 ayrı cild nəşr etdirirdi. A cildində sorb dilçiliyi mövzusunda məqalələr yer alırdı. B cildində sorb tarixi, siyasi-ictimai həyatı və alman əhalisi ilə münasibətləri haqqında məqalələr dərc edilmişdir. C cild sorb etnologiyasına həsr olunmuş, D cildində isə sorb mədəniyyəti, etnoqrafiyası və folkloruna dair məqalələr dərc edilmişdir.[1]
Ədəbiyyat
redaktə- Ein kleines Lexikon — Sorben/Serbja Domowina-Verlag, Bautzen, ISBN 3-7420-0405-0