Kyoto Animation Qetliami - Wikipedia
Kioto Animation qətliamı (京都アニメーション放火殺人事件?) — 18 iyul 2019-cu ildə Yaponiyanın Kioto şəhərinin Fuşimi rayonunda Kyoto Animation anime studiyasında baş vermiş qətliam.[3] Qətliam hadisəsi Yaponiya Standart Vaxtı ilə saat 10:35-də 41 yaşlı Şinci Aoba tərəfindən törədilmişdir. O, əvvəlcə "Ölün!" və "Gəbərin!" deyə qışqırmış, ofislərə və işçilərin üstünə benzin tökmüş və alışqanla yandırmışdır.[4] İnsident nəticəsində azı 34 nəfər ölmüş, 35 nəfər yaralanmışdır. Studiyanın işçilərindən biri cinayətkarı evinə qədər təqib etmişdir və cinayətkar polis tərəfindən evində həbs edilmişdir.[5] Bu, 1945-ci ildən sonra Yaponiyada bir şəxs tərəfindən törədilmiş ən dəhşətli cinayət hadisəsi və 2001-ci ildəki Myojo 56 binası yanğınından sonra Yaponiyada baş vermiş ən dəhşətli bina yanğınıdır.[6]
Kyoto Animation qətliamı | |
---|---|
Hücum yeri |
Fuşimi, Kioto, Yaponiya |
Vaxt |
18 iyul 2019 10:31 (YSV) |
Hücum üsulu | qəsdən yanğın törətmə |
Silah | benzin (40 litr),[1] alışqan, 5 bıçaq (istifadə olunmamış), çəkic[2] |
Həlak olanlar | 34 |
Yaralılar | 35 |
Qatil sayı | 1 |
Vikianbarda əlaqəli mediafayllar |
Hadisədən sonra dünya liderləri tərəfindən dəstək mesajlarını bildirmiş, studiya üçün 1,7 milyon ABŞ dolları məbləğində ianə yığılmışdır. İnsidentə görə studiyanın bəzi işləri gecikməyə uğramışdır.
Arxaplan
redaktəKyoto Animation Yaponiyanın Kioto şəhərində yerləşən animasiya studiyası və ranobe nəşriyyatçısıdır. Birinci studiyası Fuşimidə yerləşir. İkinci studiya (əsas ofis), beşinci studiya birinci studiyadan 1 stansiyalıq uzaqlıqda Ucidə yerləşir. Birinci studiya şirkətin əsas işçiləri tərəfindən istifadə olunurdu və 2015-ci ildə tikilib.[7][8]
Hücumdan bir neçə il öncə Kyoto Animation ölüm təhdidi mesajları almışdır. Şirkətin prezidenti Hideaki Hatta bu təhdidlərin anonim göndərildiyini və insidentlə əlaqəsi haqqında məlumatının olmadığını bildirmişdir.[9] Lakin o, bu barədə vəkilləri və polisləri məlumatlandırmışdır. Hadisə günü studiya bağlı olsa da, səhər radələrində ziyarətçilər gözlənilirdi.[7]
Hadisədən öncə də cinayətkar bəzi cinayət əməlləri törətmişdir. 2012-ci ildə o, İbarakidə bir bıçaqla mağaza qarət etmişdir və 3,5 illik həbs cəzası almışdır.
İnsident
redaktəYanğın yerli vaxtla 10:31-də başlamışdır. Cinayətkar 40 litr benzinlə birinci studiyanın binasına gəlmişdir. "Ölün!" və "Gəbərin!" qışqıraraq binanı oda vurmuşdur. Hadisə zamanı binada başqa bir şirkətlə görüş keçirilirdi.[10] İki yanğın çıxışı da bağlı idi və cinayətkar tərəfindən alova verilmişdir. Bəzi insanlar əsas çıxışa gəlmək üçün nərdivanlara tərəf qaçanda cinayətkar onların üzərinə benzin tökmüşdür.[11] Cinayətkar dərhal ərazini tərk etmişdir. İşçilərdən biri onu evinə qədər təqib etmiş və polis onu həbs etmişdir.[5] Hadisə yerində bir çox istifadə olunmamış bıçaq tapılmışdır.[12] Binanın girişində yanğının böyüməsi nəticəsində insanlar binadan çıxa bilməmişdirlər. Üçüncü mərtəbənin nərdivanlarında 9 insan cəsədi tapılmışdır.
Həbs edildikdən sonra cinayətkar yüngül xəsarətlərlə xəstəxanaya aparılmışdır. Xəstəxanaya aparılarkən yanğını törətdiyini etiraf etmiş, studiyanı "dələduzluq" və "plaqiatlıq"la günahlandırmışdır.[5][13] Xəstəxanada müalicə olunarkən digər suallara cavab verməkdən imtina etmişdir.[14]
Yanğın yerli vaxtla saat 15:19-da söndürülmüşdür.[15] Yerli vaxtla saat 22:00-da Yanğın və Fəlakət Menecment Agentliyi yanğın nəticəsində binanın tamamilə məhv olduğunu açıqlamışdır.[1] Studiyanın bütün materialları və kompüterləri yanğında məhv olmuşdur.
Qurbanlar
redaktəİnsident nəticəsində azı 34 nəfər ölmüş,[16] 10-u ciddi olmaqla 35 nəfər yaralanmışdır.[1][17] Yanğın zamanı binada 74 nəfər var idi.[7]
"Amagi Brilliant Park" and "Miss Kobayashi's Dragon Maid" animelərinin rejissoru Yasuhiro Takemoto digər üç şəxslə itkin düşmüşdür. "Clannad" animesinin rejissoru İşihara Tatsuya, "Violet Evergarden" animesinin rejissoru İşidate Tayçi, "K-On!" və "Tamako Market" animelərinin rejissoru Naoko Yamada yanğından sağ çıxmışdırlar.
Reaksiya
redaktəAvropa anime lisenziya şirkəti Sentai Filmworks GoFundMe kampaniyası başladaraq ilk 4 saatda 250.000,[18] ilk 12 saatda isə 850.000 ABŞ dollarından çox məbləğ yığmışdır.
Anime rejissoru Makoto Şinkay və anime sənayesindən bir çox insan öz narahatçılıqlarını ifadə etmişdirlər.[19]
Yaponiya baş naziri Şinzo Abe,[20] Kanada baş naziri Castin Trüdo,[21] Tayvan prezidenti Tsay İnven,[22] Çin[23], Fransa,[24] Filippin və Belçikanın Yaponiyadakı səfirlikləri insidentlə bağlı başsağlığı veriblər.
İstinadlar
redaktə- ↑ 1 2 3 "京都府京都市伏見区で発生した爆発火災(第5報)" (PDF). FDMA. 2019-07-18. 2019-07-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-07-18.
- ↑ "京アニ火災、死者33人に 身柄確保された男は意識不明". Asahi Shimbun. 2019-07-18. 2019-07-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-18. (#invalid_param_val)
- ↑ "Kyoto Animation fire: Arson attack at Japan anime studio kills 33". BBC News. 2019-07-18. 2019-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-18.
- ↑ Giordano, Chiara. "Kyoto Animation fire: At least 33 dead in arson attack by man yelling 'you die'". The Independent. 2019-07-18. 2019-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-18.
- ↑ 1 2 3 "京アニ火災 「パクリやがって」「死ね」液体まいた男が叫ぶ ズボンには火がついたまま…" (yapon). 2019-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-18.
- ↑ "Kyoto Animation studio fire: at least 25 dead after arson attack in Japan" (ingilis). The Guardian. 2019-07-18. 2019-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-18.
- ↑ 1 2 3 "京アニ火災 33人の死亡確認 平成以降最悪 第1スタジオ、18日朝はセキュリティー解除". Mainichi Shimbun (yapon). 2019-07-18. 2019-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-18.
- ↑ "ANIME CRAFT WEEKLY #33: KYOTO ANIMATION STUDIO TOUR". Sakuga Booru (ingilis). 2019-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-18.
- ↑ ""Death threats had been sent" says company president at animation company arson". NHK News (yapon). 2019-07-18. 2019-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-18.
- ↑ "京アニ火災 33人の死亡確認 平成以降最悪 第1スタジオ、18日朝はセキュリティー解除". Mainichi Shimbun (yapon). 2019-07-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-18. (#invalid_param_val)
- ↑ "【現場速報】「焼けただれ、逃げていく人も」 京アニ火災、窓から炎と黒煙". Kyoto Shimbun (yapon). 2019-07-18. 2019-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-18.
- ↑ "現場に複数の刃物" (yapon). NHK. 2019-07-18. 2019-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-18.
- ↑ "身柄確保の男「パクりやがって!」 京アニに恨みか". Asahi Shimbun (yapon). 2019-07-18. 2019-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-18.
- ↑ "At least 24 dead, dozens injured in suspected arson at Japan animation studio". channelnewsasia.com (ingilis). 2019-07-18. 2019-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-18.
- ↑ "Fire Department Confirms 33 Dead In Arson Attack". NHK News (yapon). 2019-07-18. 2019-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-18.
- ↑ "Fire Department Confirms 33 Dead In Arson Attack". NHK News (yapon). 2019-07-18. 2019-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-18.
- ↑ Tokyo Reporter Staff. "More than 20 feared dead in suspected arson attack at Kyoto Animation". Tokyo Reporter. 2019-07-18. 2019-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-18.
- ↑ Dassanayake, Dion. "Kyoto Animation fire: Fundraiser started after deadly anime studio 'arson attack'". Daily Express. 18 July 2019. 18 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 July 2019. (#apostrophe_markup)
- ↑ shinkaimakoto. "京都アニメーションの皆さま、どうかどうかご無事で。" (Tweet). 2019-07-18.
- ↑ AbeShinzo. "本日、京都で発生した放火殺人事件では、多数の死傷者が出ており、あまりの凄惨さに言葉を失います。お亡くなりになられた方のご冥福をお祈りいたします。負傷された皆様にお見舞いを申し上げるとともに、一日も早い回復をお祈りしています。" (Tweet). 2019-07-18.
- ↑ Trudeau, Justin. "Canadians send our deepest condolences to the families of those killed in the arson attack in Kyoto that has taken so many innocent lives. To the people of Japan – we're mourning these tragic losses with you, and wishing a quick recovery to everyone who was injured". @JustinTrudeau (ingilis). 2019-07-18. 2019-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-18.
- ↑ Ing-wen, 蔡英文 Tsai. "外遊先で京都アニメーション放火殺人事件の消息を知り、驚くと共に心を痛めています。さきほど安倍首相のお見舞いのツイートも拝見しました。京都アニメーションは台湾の多くの人にとって、青春の思い出でもあります。亡くなられた方のご冥福と、負傷された方の一日も早い回復をお祈りしています。". @iingwen (yapon). 2019-07-18. 2019-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-18.
- ↑ ChnEmbassy_jp. "京都で発生した悲惨な事件で、お亡くなりになられた方のご冥福をお祈りし、負傷された皆様にお見舞いを申し上げます。" (Tweet). 2019-07-18.
- ↑ ambafrancejp. "Le Mot de l'Ambassadeur : Message de condoléances à la suite de l'incendie des studios de Kyoto Animation" (Tweet). 2019-07-18.