Ksamil Adalari - Wikipedia
Ksamil adaları (alb. Ishuj të Ksamilit) və ya Tetran adaları (alb. Ishuj të Tetranisit) — Albaniyanın cənubunda, İon dənizi suları ilə əhatələnmiş 4 adadan ibarət olan qrup. Bəzən ədəbiyyatda üç adadan ibart olması bildirilir. İki ada bir-biri ilə dar və dayaz qumluqla birləşir. Arxipelaqın adı onun ərazisində yerləşən Ksamil adasının adınfan götürülmüşdür. Arxipelaqın şərqində Albaniyanın ən iri kurort turizm bölgəsi yerləşir. Bölgə çoxlu sayda turist qəbul edir. Adalarda elə də böyük olmayan restoranlar vardır ki, onlarada qayıqlarla getmək mümkündür. Ksamil çimərlikləri bölgənin ən böyük turistik zonası kimi tanınır.
Ksamil adaları | |
---|---|
| |
Ümumi məlumatlar | |
Adaların sayı | 4 |
Ümumi sahəsi | 0,071 km² |
Hündür nöqtəsi | 15 m |
Əhalisi |
|
Yerləşməsi | |
39°40′30″ şm. e. 19°59′42″ ş. u.HGYO | |
Ölkə | Albaniya |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adaların sahillərini Ksamil körfəzinin suları yuyur. Arxipelaq materikdən Korfu boğazı ilə ayrılır. Dörd adadan ibarət olan arxipelaq 7,1 ha (0,071 km²) əraziyə sahibdir. Adaların maksimal hündürlüyü 15 metrdir. Adaların ərazisi Butrint Milli Parkı ərazisinə[1] daxildir. İnzibati cəhətdən adalar Vlyera vilayəti, Saranda dairəsi, Ksamil kommunasına daxildir. Tipik ilə qayalı adalar Aralıq dənizi regionunda yayılmış bitki bitki örtüyünə sahibdir. Burada Daş palıd (Quercus Ilex), Adi qızılağac (Alnus glutinosa), qarağac (Ulmus campestris), nəcib dəfnə (Laurus nobilis) və adi mərsin (Myrtus communis) kimi bitkilər yayılmışdır. Qanunsuz kultivasiya eroziya səbəb olmuşdur. Üstəlik yanğın adalardan birinin bir hissəsini məhv etmişdir. Avropa Birliyinin dəstəyi ilə 2016/17 illərin qışı yerli konservasiya təşkilatları adalarda yaşıllaşdırma işləri aparmışdır.
Qalereya
redaktəMənbə
redaktə- Ksamil Beach - Islands - Ishujt e Ksamilit - Albania (HD) — YouTube platformasında
İstinadlar
redaktə- ↑ National Tourism Agency. "Albanian Nature and Active Holidays" (PDF). Albaniya Respublikası. 2009-07-31 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-03-04.