Kriptobiya Borelli - Wikipedia
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Cryptobia borelli (lat. Cryptobia borelli )-Mastigophora tipinə aid olan növ.
Kriptobiya borelli | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Xarici quruluşu
redaktəBədən oraqvari əyri formadadır, öndən genişlənmiş, arxadan müəyyən qədər sıxılmışdır. Ön qamçı uzundur, arxa qamçı bir az qısadır. Nüvə müxtəlif dərəcədə uzunsovdur, adətən bədənin dorzal şişkin hissəsində yerləşir, arxaya yaxındır, bir qayda olaraq kinetoplasta paraleldir. Kinetoplast nisbətən kiçik ölçülü, çubuq formasındadır. Bədənin uzunluğu 12.6-24.5, eni 2.5-7.5, ön qamçının uzunluğu 6.5-18.0, arxa qamçının uzunluğu 5.6-15.0, nüvənin uzunluğu 3.0-5.5, kinetoplastın uzunluğu 2.0-9.0 mkmdir.
Yayılması
redaktəCryptobia borelli Kür çayı, Araz çayıDəvəçi limanı, Kiçik Qızılağaç körfəzi, Ağgöl, Naxalıqçala gölü, Çınqıl karxanası, Şəmkir və Yekəxana su anbarlarında yayılmışdır.
Həyat tərzi
redaktə- Kriptobilər içərisində Azərbaycan su tutarlarında balıqların qanında parazitlik edən ən geniş yayılmış növdür. Sahiblər: mursa, qızılüzgəc, çapaq, daban, lil, çəki balıqlarıdır.