Krasnoarmeyski Rayonu - Wikipedia
Krasnoarmeyski rayonu (rus. Красноармейский район) — Rusiya Federasiyası, Krasnodar diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Poltavskaya kəndidir.
Krasnoarmeyski rayonu | |||||
---|---|---|---|---|---|
|
|||||
45°20′ şm. e. 38°13′ ş. u.HGYO |
|||||
Ölkə | |||||
Tarixi və coğrafiyası | |||||
Yaradılıb | 1934 | ||||
Sahəsi |
|
||||
Əhalisi | |||||
Əhalisi |
|
||||
Vikianbarda əlaqəli mediafayllar |
Coğrafiyası
redaktəRayonun ərazisi 1.899 km²-dir. Krasnodar diyarının qərb hissəsində, regional mərkəzə - Krasnodar şəhərinə yaxın ərazidə yerləşir. Kuban və Protoka çayları rayonu Azov dənizi ilə birləşdirir.
Tarix
redaktə1934-cü il dekabrın sonunda Kubanın dairəsinin bir sıra əraziləri bölünür. 31 dekabr 1934-cü ildə İvanovski, Krasnoarmeyski və Çernoerkovski rayonları Slavyanski rayonundan ayrılır. Müasir Krasnoarmeyski rayonunun yaşayış məntəqələri aşağıdakı rayonlara daxil edilir: Mərkəsi Starocerelievskaya kəndi olan (İvanovski, Qrişkovski, Novomışastovski, Staronizesteblievski kənd sovetləri) İvanovski rayonu, Krasnoarmeyskaya mərkəzi ilə (Krasnoarmeyski, Qriki kənd Sovetləri) Krasnoarmeyski, mərkəzi Krasnodarda (Maryanskiy kənd məclisi) olan Krasnodar rayonu.
2 avqust 1953-cü ildə İvanovski rayonu ləğv edilir. Ərazisi Krasnoarmeyski rayonuna verilir. 1 fevral 1963-cü ildə Krasnoarmeyski rayonu ləğv edilir və ərazisi Slavyanski kənd rayonuna daxil olur.
Rayon 30 dekabr 1966-cı ildə yenidən qurulur.
1978-ci ildə Kalininski rayonunun qurulması ilə əlaqədar bir sıra yaşayış məntəqələri Krasnoarmeyskidən yeni rayona köçürülür: Novonikolaevskaya, Qrivenskaya, Qrişkovskoye kəndi və s.
1993-cü ildə kənd sovetlərinin fəaliyyətinə son verilir. Kənd idarələrinin əraziləri kənd dairələrinə çevrilir.
2005-ci ildə rayonda 10 inzibati vahidlik qurulur. 1 şəhər və 9 kənd inzibati vahidliyi.
Əhali
redaktə1 yanvar 2006-cı il tarixinə rayon əhalisi 104 181 nəfər təşkil etmişdir. Ümumi əhalinin 31 117 nəfəri pensiyaçılardır[3].
İnzibati-ətazi vahidləri
redaktəKanevski rayonunda 1 şəhər və 9 kənd inzivati vahidliyinə 43 yaşayış məntəqəsi daxildir.
İqtisadiyyat
redaktəKənd təsərrüfatı
redaktəKrasnoarmeyski rayonu iqtisadiyyatının əsas sektoru aqrar-sənaye kompleksidir. Əkin sahələrinin ümumi sahəsi 143 min hektardır. Kənd təsərrüfatı məhsullarının becərilməsi ilə 38 kənd təsərrüfatı müəssisəsi və 140 kəndli təsərrüfatı məşğul olur.
Rayonda buğda, arpa, günəbaxan, tərəvəz əkilir. Lakin ən əsası düyü istehsalında ixtisaslaşmışdır.
Rayonda heyvandarlıq sənayesi də dinamik inkişaf edir. Hər il burada 50 tondan çox süd, 134 min tona qədər ət və 100 milyon yumurta istehsal olunur.
Sənaye
redaktəBölgənin sənaye potensialı 40 müəssisə ilə təmsil olunur ki, bunların arasında lider olan Poltava və Anqelinski liftləri, Poltava konserv zavodu, Raypişekombinat, Krasnoarmeyski çörək kombinatı və «Dar Kubani» ticarət evidir.
Nəqliyyat
redaktəRayonu Şimali Qafqazın və Rusiyanın cənubundakı əsas mərkəzlərlə birləşdirən Moskva magistral Temryuk-Krasnodar-Kropotkin magistral yolu, həmçinin Moskva-Novorossiysk dəmir yolu xətti keçir.
İstinadlar
redaktə- ↑ 1 2 ОКТМО. 185/2016. Southern FD.
- ↑ https://rosstat.gov.ru/compendium/document/13282 (rus.). Росстат, 2023.
- ↑ "Красноармейский район Краснодарского края". 2020-09-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-02.
Mənbə
redaktə- Сайт станицы Полтавской — административный центр Красноармейского района Краснодарского края
- Муниципальное образование Красноармейский район
- Официальный сайт администрации МО Красноармейский район[ölü keçid]
- Красноармейский район на портале исполнительных органов власти края
- Информационный сайт Красноармейского района
- Справочник почтовых индексов / кодов ОКАТО /налоговых инспекций ФНС / адресов
- Poçt indeksi: