Krakov Muasir Incesenet Muzeyi - Wikipedia
Krakov Müasir İncəsənət Muzeyi (pol. Muzeum Sztuki Współczesnej) — Polşanın Krakov şəhərində yerləşən müasir incəsənət muzeyi. Muzey Lilov küçəsində keçmiş Şindler fabrikinin 4 istehsal binasından birində yerləşir. Muzeyin ilk direktoru sənətşünas Mariya Anna Potatskaya olmuşdur.
Krakov Müasir İncəsənət Muzeyi | |
---|---|
Museum of Contemporary Art in Kraków (MOCAK) | |
Əsası qoyulub | 19 may 2011 |
Mövzu | Müasir İncəsənət muzeyi |
Ölkə | |
Yerləşir | Krakov, Polşa |
50°02′52″ şm. e. 19°57′40″ ş. u.HGYO | |
Muzeyin rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəMüasir incəsənət muzeyinin yaradılması ideyası XXI əsrin əvvəllərində Krakov bədii cəmiyyətində geniş müzakirə olunmuşdur. 2005-ci ildə Krakov şəhər şurası Krakov şəhərində iflasa uğrayan "Unitra-Telpod" adlı elektrik istehsalı fabrikini satın alaraq öz mülkiyyətinə çevirdi. İkinci Dünya müharibəsi zamanı "Emailwarenfabrik (DEF)" adlanan bu müəssisə əvvəllər "Şindler fabriki" kimi də tanınırdı.
2005-ci ildə Krakov şəhərinin meri Yasek Mayxrovski Polşa Mədəniyyət Nazirliyinin yeni muzeyinin layihələşdirilməsinin maliyyələşdirilməsi barədə ərizə verdi. 2007-ci ildə fabrikin ərazisi iki hissəyə bölündü. Bu ərazinin bir hissəsi Krakov tarix muzeyinin sərəncamına verildi və burada "Krakov 1939-1945-ci illərdə işğal dövründə" adlı daimi sərgi təşkil olundu. Fabrikin ərazisinin ikinci hissəsi isə gələcək müasir incəsənət muzeyi üçün ayrıldı. 2007-ci ildə yeni muzey binasının tikintisi üçün müsabiqə keçirildi.
Muzeyin tikintisinə 2009-cu ilin dekabr ayında başlanıldı və tikinti işləri 2010-cu ilin noyabr ayında başa çatdırıldı. 19 may 2011-ci ildə Krakov Müasir İncəsənət Muzeyinin açılışı oldu. Elə həmin gün muzeydə "İncəsənətdə tarix", "Bibliofiliya", "Krakov Müasir İncəsənət Muzeyinin kolleksiyası", "Vordemberge-Gildewart fondunun mükafatçı laureatları", "Maurisiya Qomulitskinin yaradıcılığı", "Madelayn Santenin fotoqrafiyası", Meçislav Poremskinin kitabxanası" adlı daimi sərgilər nümayiş etdirildi.