Koxanebi - Wikipedia
Koxanəbi — Azərbaycan Respublikasının Tovuz rayonunun Koxanəbi kənd inzibati ərazi dairəsində kənd.[2]
Koxanəbi | |
---|---|
40°52′16″ şm. e. 45°36′36″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Toponimikası
redaktəKənd keçmiş Ocaqlı kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin adı koxa (kovxa) və Nəbi (şəxs adı) sözlərindən ibarət olub, "kəndxuda Nəbiyə məxsus" mənasındadır. "Kəndxuda" sözünun sinonimi olan kovxa XVI-XIX əsrlərdə Azərbaycanda və qonşu ölkələrdə inzibati vəzifə olmuşdur. Kovxalar mahal bəyinə tabe idilər. Hər kəndin ayrıca kovxası olurdu. Bu kənd də tabeliyində olduğu kovxanın adını daşıyır.[3]
Tarixi
redaktəTarixi abidələri
redaktəKənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi
redaktəKənd Əsrikçay və Zəyəmçay arasında, dağlıq ərazidə, Ermənistan sərhəddinin yaxınlığında yerləşir.
Əhalisi
redaktəİl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | 226 | 97 | 129 |
2009[5] | ↗240 | ↗111 | =129 |
İqtisadiyyatı
redaktəMədəniyyəti
redaktəKənddə Koxanəbi kənd kitabxana filialı,[6] Koxanəbi kənd klubu[7] fəaliyyət göstərir.
Təhsil
redaktəKənddə təhsil müəssisəsi mövcud deyil.
Din
redaktəKənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
redaktəKənddə Koxanəbi kənd tibb məntəqəsi yerləşir.[8]
İstinadlar
redaktə- ↑ http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=108.
- ↑ "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 97" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-01.
- ↑ Koxanəbi // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 283-284. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 156.
- ↑ "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 212". 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
- ↑ ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 57" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
- ↑ ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 103" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
- ↑ "Tovuz rayon səhiyyə müəssisələri haqqında məlumat (tovuz-ih.gov.az)". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.