Kosovo Milli Qalereyasi - Wikipedia
Kosovo Milli Qalereyası (alb. Galeria Kombëtare e Arteve e Kosovës, serb. Национална галерија Косова) — Kosovo Milli Kitabxanasının yan tərəfində Priştina Universitet şəhərciyində yerləşən sənət qalereyası.
Kosovo Milli Qalereyası | |
---|---|
alb. Galeria Kombëtare e Arteve e Kosovës, serb. Национална галерија Косова | |
Əsası qoyulub | 1979 |
Ölkə | Kosovo |
Yerləşir | Priştina |
Kolleksiyası | 896 |
Direktor | Arta Aqani |
42°39′17″ şm. e. 21°10′07″ ş. u.HGYO | |
galeriakombetare-rks.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Qalereya 1979-cu ilin fevralında yaradılmış,[1] ən məşhur Kosovalı müsəlman rəssamlardan biri Müslüm Mulikinin şərəfinə adlandırılmışdır. Qalereya Kosovo Respublikasının ən böyük təsviri incəsənət müəssisəsidir. Qalereyada yerli və beynəlxalq rəssamların müxtəlif sərgiləri üçün şərait yaradılmış, həmçinin kitab,kataloq və bukletlər nəşr edilir.[2]
Tarixi
redaktəBinası
redaktəKosovonun Milli Rəsm Qalereyasının binası təxminən 1935-ci ildə Yuqoslaviya ordusunun hərbi kazarmaları kimi tikilmişdir. 1955-1981-ci illərdə kitabxana orada yerləşirdi. 1982-1983-cü illərdə bina memar Aquş Bəkiri tərəfindən İnqilab Muzeyinin sərgi salonuna çevrilmişdir. 1995-ci ildə indiki rəsm qalereyası orada yerləşirdi.
Binanın fasadı Peç şəhərinin yaxınlığından daşla işlənmişdi.[3]
Kosovo Milli İncəsənət Qalereyası 1979-cu ildə təsviri sənət nümunələrinin nümayişi və qiymətli sənət əsərlərinin toplanması və qorunması üçün mədəniyyət müəssisəsi kimi yaradılmışdır. Bina, tanınmış görkəmli Kosovo rəssamlarından biri olan Müslüm Mulikinin şərəfinə adlandırılmışdır. Qalereya Kosovo mədəniyyətini əyani şəkildə nümayiş etdirmək zərurətindən yaranıb.
Müharibədən sonrakı on il ərzində Kosovo Milli Rəsm Qalereyası həm milli, həm də xarici rəssamların 200-dən çox kollektiv və fərdi sərgisini təşkil etmişdir. Arta Aqani 2013-cü ildən qalereyanın direktorudur.[4]
Qalereya
redaktə-
İbrahim Kodra, Yeni bütlər axtarır, 1968 oil on canvas, 80 × 100 cm
-
İbrahim Kodra, Dəniz, 1968 oil on canvas, 80x100 cm
-
İbrahim Kodra, Musiqi dərsi, 1997 oil on canvas, 80x100 cm
-
İbrahim Kodra, Tarix, 1987 oil on canvas, 80x100 cm
-
İbrahim Kodra, Bütün doğulması, 1971 oil on canvas, 80x100 cm
-
İbrahim Kodra, Sülh üçün müharibə, 1977 oil on canvas, 80x100 cm
Əməkdaşlıq
redaktəQalereyaya cavabdeh olan Priştinanın Mədəniyyət, Gənclər və İdman Nazirliyi ilə beynəlxalq təşkilatlar arasında əməkdaşlığın nəticəsi olaraq qalereya Albaniya və digər qonşu ölkələrdən çoxsaylı qonaqları qəbul edir.
Kosovo Milli İncəsənət Qalereyası aşağıdakı təşkilatlarla əməkdaşlıq edir:
İstinadlar
redaktə- ↑ "Komuna Prishtine - Qyteti". kk.rks-gov.net. 2014-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-02.
- ↑ "Galeria e Arteve e Kosovës | AKADEMIA EVOLUCION - Bachelor & Master". akademiaevolucion.com. 2014-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-02.
- ↑ "Southeast Europe: People and Culture: Kosovo Art Gallery". southeast-europe.eu. 2014-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-02.
- ↑ "Galeria Kombëtare e Kosovës zgjedh drejtorin e ri". 2017-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-23.
- ↑ "Dy ekspozita, në kuadër të bashkëpunimit kombëtar në artin pamor - KultPlus.com". kultplus.com. 2016-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-02.
- ↑ "Takimi i parë mes institucioneve të kulturës dhe artit të Republikës së Shqipërisë dhe Republikës së Kosovës". kultura.gov.al. 2014-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-02.
- ↑ "European Cultural Parliament – ECP | Europe needs a soul". kulturparlament.com. 2014-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-02.
- ↑ "Koha NET - Arkivi". koha.net. 2014-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-02.
- ↑ "CIMAM - International Committee for Museums and Collections of Modern Art- International Committee - ICOM". icom.museum. 2014-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-02.
- ↑ "Koha NET - Arkivi". koha.net. 2014-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-02.
- ↑ "Biennale de Venise 2013 - Arsenale - Image 9 sur 16 - 20minutes.fr". 20minutes.fr. 2014-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-02.
- ↑ "Koha NET - Arkivi". koha.net. 2014-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-02.
- ↑ "- Article detail OnWeb - Flash Art". flashartonline.com. 2014-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-02.
- ↑ "Koha NET - Arkivi". koha.net. 2014-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-02.
- ↑ "Koha NET - Arkivi". koha.net. 2014-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-02.
- ↑ "Kosovan Pavillion at the Venice Architecture Biennale/Preview on Vimeo". vimeo.com. 2016-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-02.