Koronas Foton - Wikipedia
Koronas-Foton - Haqqında Məlumat
Koronas-Foton (rus. Коронас-Фотон), CORONAS-Photon (Complex Orbital Observations Near-Earth of Activity of the Sun)[1][2] —Rusiyanın süni peyki.
Rusiyanın "Koronas-Foton" peyki Günəşin şəklini çəkib.
Rusiya Elmlər Akademiyasının Lebedev adına Fizika institutunun Günəşin rentgen astronomiyası laboratoriyasının saytında bildirilib.
Şəkillər 2009-cu il fevralın 20-də peykdəki cihazların sınaq yoxlanışı zamanı alınıb. TESİS teleskopları Günəşin aşağı tacını, keçid təbəqəsini və yuxarı tacını çəkiblər. Bütün şəkillər rentgen diapazonunda alınıb.
Belə şəkillər Yerdən çəkmək mümkün deyil. Çünki rentgen şüaları atmosfer tərəfindən udulur. Mütəxəssislər bildirirlər ki, Günəşin şəkli bu planetdə hərarətin necə dəyişdiyini öyrənmək üçün lazımdır.
İstinadlar
redaktə- ↑ http://space.skyrocket.de/index_frame.htm Arxivləşdirilib 2022-09-01 at the Wayback Machine?
- ↑ "Arxivlənmiş surət". 2008-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-02-28.
Xarici keçidlər
redaktə- http://www.lent.az/news.php?id=18514 Arxivləşdirilib 2009-03-04 at the Wayback Machine