Koreya Hava Yollarina Mexsus Ys 11 Teyyaresinin Qacirilmasi - Wikipedia
Koreya Hava Yollarına məxsus YS-11 təyyarəsinin qaçırılması (kor. 대한항공 YS-11기 납북 사건) — 1969-cu ilin 11 dekabr tarixində Koreya Hava Yollarına məxsus YS-11 tipli sərnişin təyyarəsinin qaçırılması hadisəsi. Cənubi Koreyanın şimal-şərqində yerləşən Qanvon əyalətindəki Qanqunenq aerodromundan havalanan təyyarənin ölkə paytaxtı Seul şəhərinə uçması planlaşdırılmışdı. Hava gəmisi səmaya qalxandan 10 dəqiqə sonra təyyarəyə gizli şəkildə daxil olmuş Şimali Koreya xüsusi xidmət orqanlarının əməkdaşı Cho Ch'ang-hŭi (조창희).[1][2] tərəfindən qaçırılmışdır.
Koreya Hava Yollarına məxsus YS-11 təyyarəsinin qaçırılması | |
---|---|
| |
Ümumi məlumatlar | |
Tarix |
|
Ölkə | Cənubi Koreya |
Sərnişin sayı | 47 |
Komanda | 4 |
Yaralı sayı | 0 (dəqiq deyil) |
Havayolu şirkəti | Koreya Hava Yolları |
İstiqamət | Seul, Cənubi Koreya |
Kabinə daxil olaraq hava gəmisini ələ keçirən Ço Çanq pilotlardan təyyarəni Şimali Koreyaya doğru istiqamətləndirməyi əmr edir. Yerli vaxtla saat günorta 1:18-də təyyarə Şimali Koreyanın şərq sahilində yerləşən liman şəhəri və hərbi dəniz bazası olan Vonsan şəhərinin hərbi aerodromuna endirilmişdir. Təyyarəni qaçıran Ço Çanqdan başqa təyyarə pilotlarda daxil olmaqla 46 nəfərdən ibarət idi.
Hadisədən 2 ay sonra 39 sərnişin Cənubi Koreyaya təhvil verilmişdir. YS-11 idarə edən 4 nəfərlik ekipaj və digər 7 sərnişinin talehləri bu günə qədər naməlum olaraq qalmaqdadır. Sözügedən 11 nəfərin hələ də Şimali Koreyada, sağ vəziyyətdə olduqları ehtimal edilir və bu ehtimalları zaman-zaman doğrulayan müəyyən sübutlar, faktlar ortaya çıxmışdır.
Koreya müharibəsindən sonra Şimali Koreyanın cənubluları oğurlaması geniş fürsət almışdır. 1953-cü ildə tərəflər arasında imzalanmış və Koreya müharibəsinin sona çatması ilə nəticələnən Panmuncom sülh müqaviləsinin imzalanmasından sonra 3.800-dən çox cənublu şimali ordu mənsubları və xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən qaçırılmışdır. 2006-cı ilə olan məlumata əsasən 486 nəfər cənublu hələ də Şimali Koreyanın müxtəlif yerlərində saxlanılmaqdadır.[3]
1969-cu ildə baş vermiş Koreya Hava Yollarına məxsus təyyarənin qaçırılması Şimali Koreyanın cənubluları oğurlaması konteksində baş vermiş ən önəmli hadisələrdən biri hesab olunur. Mövzu ilə bağlı açıqlama verməyən Şimali Koreyanın bu addımı hansı məqsədlə atması hələ də müəyyənləşdirilməyib.
Hadisə
redaktəGeri qaytarılmış sərnişinlərdən birinin verdiyi məlumata görə təyyarə havaya qalxdıqdan 10 dəqiqə sonra yerindən qalxan bir nəfər kabinəyə daxil olub və təyyarə uçuş istiqamətini dəyişib. Bir necə dəqiqə sonra Şimali Koreyanın Hərbi Hava Qüvvələrinə məxsus üç qırıcı təyyarə havada olan YS-11-i müşahidə etməyə başlayıblar.[4] Təyyarə yerli vaxtla saat 13:18-də Şimali Koreyanın şərq sahilində yerləşən liman şəhəri və hərbi dəniz bazası olan Vonsan şəhərinin Sondok hərbi aerodromuna endirilmişdir.[5] Təyyarəyə daxil olan Şimali Koreya ordusunun əsgərləri sərnişinlərin gözlərini bağlayıblar və onlara əmrlərə tabe olmaq və təyyarədən enmək barədə göstərişlər verilib.[4]
Şahid ifadələrinə görə təyyarə qəza enişi edib və ciddi formada zədələnib.[1] Bir digər məlumata görə ABŞ Hərbi Hava Qüvvələrinin Cənubi Koreyada yerləşən hərbi bazalarından birinin əməkdaşları da, bu uçuşla uçmalı idilər, ancaq uçuşa qısa müddət qaldığı zaman amerikalı hərbçilərin başqa təyyarə ilə getməsi qərarlaşdırılıb.[6] Şimali Koreya əvvəlcə belə bir hadisənin baş verməsini kökündən rədd etsə də, sonradan iddia etmişdir ki, sərnişinlər dönəmin Cənubi Koreya dövlət başçısı Pak Çon Hinin apardığı xarici və daxili siyasətə qarşı çıxdıqları üçün Şimali Koreyaya sıxındıqlarını iddia etmişdir. Ələ keçirilən cənublulara şimallar tərəfindən gündəlik 4 saat təbliğat aparılır və Şimali Koreyanın üstünlüklərindən danışılırdı.
Cənubi Koreya təyyarənin qaçırılmasında ikinci pilotun əlaqəli olmasından şübhələnmişdir.[7] Hadisə Cənubi Koreya cəmiyyətində böyük qəzəb yaratmışdır. Olayın növbəti günü axşam saatlarında Seul şəhərində 100 minə qədər iştirakçı mərkəzi meydanda baş vermiş hadisəyə görə mitinq keçirmiş və dönəmin Şimali Koreya dövlət başçısı Kim İr Senin müqəvva heykəlini yandırmışdılar.[8] 25 dekabr tarixində Şimali Koreya cənuba məsələ ilə bağlı danışıqlar aparmağı təklif etmişdir.[9]
1970-ci ilin yanvarında Şimali Koreya və Cənubi Koreya arasında 1969-cu ilin dekabr ayında qaçırılmış YS-11 tipli təyyarənin ekipaj və sərnişin heyətinin qaytarılması ilə bağlı danışıqlar başladı.[10] Hadisənin baş verməsindən 66 gün sonra Şimali Koreya 39 sərnişini qaytarmağa razılıq vermişdir. 14 fevral tarixində 39 nəfər Panmuncom kəndi yaxınlığında yerləşən eyniadlı birgə təhlükəsizlik bölgəsindən Cənubi Koreyaya təhvil verilmişdir. Cənubi Koreya şimallıların bütün heyəti və sərnişinləri qaytaracaqlarına güman etsə də, Şimali Koreya 4 ekipaj üzvünü və digər 7 sərnişin olmaqla ümumilikdə 11 Cənubi Koreya vətəndaşını təhvil verməkdən imtina etmişdir.[11]
Sərbəst buraxılmış sərnişinlər təyyarənin qaçırılmasında pilotların mümkün rolunu inkar etmişdir. Sərnişinlərin iddialarına görə təyyarənin salonunda olan bir nəfər şimallılarla əlbir olub və təyyarənin ələ keçirilməsində onlara köməklik edib. Ələ keçirilən təyyarədə gözləri bağlanan sərnişinlər sonradan qara sedanlara mindirilərək naməlum istiqamətlərə aparıldıqlarını qeyd ediblər. Sərbəst buraxılmış sərnişinlərin bəzilərində nitq sisteminin pozulması və ya itməsi kimi hallar müşahidə olunmuşdur.[4]
Aqibət
redaktəGeri qaytarılmayan sərnişinlərin sonrakı taleyi ilə bağlı dəqiq məlumat yoxdur. Şimali Koreyanın üst təbəqədən olan və nisbətən vəzifə sahibi insanları saxladığı, sıravi insanları isə azad etdiyi məlumdur. 2008-ci ildə cənublu xüsusi xidmət orqanı əməkdaşı Sonq-Yonq geri qaytarılmayan sərnişinlərin ailəsi üçün yaradılmış komitənin açılış nitqində, həmin 11 nəfərin təbliğat məqsədilə daha yararlı olduğu üçün geri qaytarılmadığını ehtimal etdiyini ifadə etmişdir.[12]
1986-cı ildə bir müddət Şimali Koreyada yaşamış Oh Kil-nam adlı şəxs 1969-cu ildə baş vermiş hadisə zamanı geri qaytarılmayan 11 nəfərin bəzilərini real həyatda gördüyünü iddia etmişdir. Belə ki, Oh Kil-namın iddialarına görə Munhwa Broadcasting Corporation şirkətinin əməkdaşı olan iki şəxs Cənubi Koreyaya qarşı aparılan təbliğat işlərinə cəlb edilmiş[13], qaçırılan təyyarəni idarə edən kapitan və köməkçi pilotun isə Şimali Koreya Hava Qüvvələrində öz sahələri üzrə işə cəlb edilmişdilər.[12]
Hadisə zamanı stüardessa kimi çalışan Seong Gyeong-huinin anasına öz qızını görmək üçün 2001-ci ildə Şimali Koreyanı ziyarət etməsinə icazə verilmişdir. Stüardessanın anası geri qayıtdıqdan sonra yerli mətbuata verdiyi açıqlamasında qızının sağ və salamat olduğunu bildirmişdir. Qadının ifadəsinə görə qızı ona deyib ki, hadisə zamanı təyyarədə onun kimi stüardessa olaraq çalışan Jeong Gyeong-sukda sağdır və onunla eyni şəhərin yaxın kvartallarında yaşayırlar.[5][12]
Geri qaytarılmamış sərnişlərdən Hvanq Wonun oğlu, qaçırılan zaman cəmi 2 yaşı olan Hvanq İn-Çol 2008-ci ildə Cənubi Koreya hökumətinə məsələni daha ciddi araşdırmağı və yaddan çıxarmamaq barədə tələblər irəli sürmüşür. Bu məqsədlə geri qaytarılmayan sərnişinlərin yaxınları tərəfindən 2008-ci ildə Koreya Hava Yolları YS-11 adlı ailə komitəsi yaradılmışdır. Komitənin əsas məqsədi hadisənin araşdırılmasını yerli hökumətdən tələb etmək və mövzu ilə bağlı cəmiyyətlə ən doğru və son məlumatları verməkdən ibarətdir.
Koreya Hava Yolları YS-11 adlı ailə komitəsi 2009-cu ildə oğurlanmış amerikalı jurnalistlərə nəzərən sözügedən hadisəyə marağın az olmasından şikayətlənmişdir.[14] Komitə 2010-cu ilin iyun ayında məsələ ilə bağlı BMT İnsan Hüquqları Şurasına müraciət ünvanlamış, məsələnin daha ciddi formada araşdırılmasını tələb etmişdilər. Geri qaytarılmayan Hvanq Wonun oğlu, Hvanq İn-Çol 2012-ci ilin fevral ayında atasını qaçıran Şimali Koreyalı cəsusa qarşı iddia ərizəsi ilə çıxış edib.[15]
Cənubi Koreyalı rəsmilərin bütün cəhdlərinə baxmayaraq sözügedən 11 nəfərin yekun taleyi haqqında dəqiq məlumat mövcud deyil. Əsas ehtimallar onların Şimali Koreyanın müxtəlif şəhərlərində öz ixtisaslarına uyğun yeni bir həyata başlamağa məcbur edilməsi istiqamətindədir. Təyyarənin uçuş nömrəsi olan HL5208 Koreya Hava Yolları tərəfindən əbədiləşdirilib və bir daha heç bir təyyarədə istifadə edilməməsi barədə qərar qəbul edilib.[16]
Geri qaytarılmamış sərnişinlərin və ekipaj üzvlərinin siyahısı
redaktəTəyyarə qaçırılan zaman YS-11-i idarə edən dörd ekipaj üzvü və eləcə də yeddi sərnişin Cənubi Koreyaya qaytarılmayıb.[17] Aşağıdakı siyahıda həmin şəxslərin adları və peşələri ilə yanaşı, hadisə baş verən zamankı yaşları da göstərilib[18];
- Yu Byeong-ha (유병하, 38) — Seuldan olan təyyarə kapitanı.
- Choe Seok-man (최석만, 37) — Seuldan olan birinci dərəcəli pilot.
- Jeong Gyeong-suk (정경숙, 24) — Seuldan olan stüardessa. Sağ olması haqda müxtəlif məlumatlar mövcuddur.
- Seong Gyeong-hui (성경희, 23) — Seuldan olan stüardessa. Sağ olması sübut edilib.[19]
- Yi Dong-gi (이동기, 49) — Miryanqdan olan çap şirkətinin meneceri.
- Hwang Won (황원, 32) — Qanqunenqdən olan (ing. Munhwa Broadcasting Corporation) şirkətinin (MBC) proqram direktoru.
- Gim Bongju (김봉주, 27) — Qanqunenqdən olan MBC şirkətinin video-operatoru. 1986-cı ildə alınmış məlumata əsasən sağ idi.
- Chae Heon-deok (채헌덕, 37) — Qanquenqdən olan həkim.
- Im Cheol-su (임철수, 49) — Yanqqu bölgəsindən olan ofis əməkdaşı.
- Jang Ki-yeong (장기영, 40) — Uijeongbudan olan qida sənayesi üzrə iş adamı.
- Choe Jeong-ung (최정웅, 28) — Vonjudan olan, (ing. Hankook Slate Company) şirkətinin işçisi.
İstinadlar
redaktə- ↑ 1 2 Hijacking description, Aviation Safety Network, 23 October 2012 tarixində arxivləşdirilib, İstifadə tarixi: 20 February 2009
- ↑ Gim, Su-yeol, "39년전 대한민국은 국민 11명을 北에 버렸다", Daily NK, 2008-12-12, 2017-11-10 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2007-07-06
- ↑ "Son of NK Kidnap Victim Seeks UN's Help", The Dong-a Ilbo, 2010-06-10, 2010-06-13 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2010-07-07
- ↑ 1 2 3 "Freed Koreans Retell Hijacking", Milwaukee Sentinel, 1970-02-16, January 25, 2013 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2010-07-07
- ↑ 1 2 KAL기피랍사건 // Doosan Encyclopedia, 2010, İstifadə tarixi: 2010-07-07[daimi ölü keçid]
- ↑ "Piracy act charged by South Korea", The Bryan Times, 1969-12-11, 2017-05-12 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2010-07-07
- ↑ "Copilot suspected in Korean hijacking", Los Angeles Times, 1969-12-15, 2012-11-02 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2010-07-07
- ↑ "Hijacking Hit", Spokane Daily Chronicle, 1969-12-12, 2017-05-12 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2010-07-07
- ↑ "Talks on Hijacking Proposed by North To South Koreans", The New York Times, 1969-12-16, 2019-07-15 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2010-07-07
- ↑ "2 Sides Meet in Korea", The New York Times, 1970-01-27, 2019-07-15 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2010-07-07
- ↑ "North Korea Releases 39 in Hijacking", The New York Times, 1970-02-15, 2019-07-15 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2010-07-07
- ↑ 1 2 3 Um, Han-Ah, "Fate of Abducted Korean Airlines Passengers Still Unclear", Open Radio for North Korea, 2007-10-05, 2011-07-27 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2017-12-29
- ↑ "The terrible price of a Korean defection". BBC News. 2012-04-24. 2016-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-01.
- ↑ Kim, Tae-Hong, "141 Days of Hell, What about 40 Years?", The Daily NK, 2009-08-07, 2011-07-16 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2017-12-29
- ↑ "S. Korean files suit against alleged NK spy over his abducted father". The Korea Times. 14 February 2012. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-29.
Paid copy as "S. Korean files suit against alleged N. Korean spy over his abducted father". Yonhap News Agency. 14 February 2012. 2015-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-29. (abunə tələb olunur) - ↑ Kim, Rahn, "Planes Have Retired Numbers", The Korea Times, 2009-09-10, 2012-09-26 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2010-07-06
- ↑ "41년 만에 유엔서 재조명되는 북한의 국제범죄", Dongrip Shinmun, 2010-06-18, 2011-07-22 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 2010-07-07
- ↑ "KAL납북사건: 강릉→서울 비행중 고정간첩이 납치". The Chosun Ilbo. 27 February 2002. 11 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 January 2016.
- ↑ "Arxivlənmiş surət". 2023-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-01.