Konstantin Abxazi - Wikipedia
Konstantin (Kote) Nikolaeviç Abxazi (gürc. კონსტანტინე (კოტე) ნიკოლოზის ძე აფხაზი; 25 sentyabr 1867, Kardaxani[d], Tiflis quberniyası – 20 may 1923, Tiflis Rusiyada Abxazov[1]) — Gürcüstan hərbi və siyasi lideri, Rusiya imperator Ordusunun (1916) və Gürcüstan Demokratik Respublikasının Milli Ordusunun (1918) general-mayoru, Tiflis əyalətinin zadəganlarının lideri.
Konstantin Abxazi | |
---|---|
gürc. კონსტანტინე (კოტე) ნიკოლოზის ძე აფხაზი | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 sentyabr 1867 |
Doğum yeri |
|
Vəfat tarixi | 20 may 1923 (55 yaşında) |
Vəfat yeri |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Rütbəsi | general |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəKnyaz Konstantin (Kote) Abxazi 1867-ci il sentyabrın 25-də Kaxeti bölgəsinin Kardenaxı kəndində varlı və zadəgan ailəsində anadan olub. O, knyaz Nikoloz Abxazinin və görkəmli gürcü yazıçısı və ictimai xadimi İlya Çavçavadzenin bacısı knyaginya Nino Çavçavadzenin oğlu idi.
Hərbi xidmət
redaktəKonstantin Abxazi Tbilisi Kadet Korpusu və Sankt-Peterburqdakı 1-ci Pavlovsk Hərbi Məktəbini (1886) bitirib. Hərbi məktəbi bitirdkdən sonra 1890-cı ildə Rusiya imperiyası ordusuna xidmətə qəbul edilmişdir.
- Polkovnik -leytenant (1908). Qafqaz Qrenadyorr Topçu Briqadasının 4-cü batareyasının komandiri.
- 21 mart 1911-ci ildə polkovnik rütbəsi verilərək istefaya göndərildi.
- Xidmətini başa vurduqdan sonra bir çox sosial və iqtisadi layihələrdə, o cümlədən Gürcüstanda dəmir yolunun çəkilişində iştirak etmişdir.
- 13 yanvar 1913-cü ildə Tiflis əyalətinin zadəganlarının lideri seçildi.
- Birinci Dünya müharibəsinin başlaması ilə yenidən polkovnik-leytenant rütbəsi ilə hərbi xidmətəqəbul olundu (VP 09/15/1914). Yeni qurulan Qafqaz artilleriya briqadasının komandiri təyin edildi. Eyni zamanda Tiflis əyalətinin zadəganlarının lideri vəzifəsini qorudu.
- 1915-ci ilin aprelində Qərb Cəbhəsinə göndərildi və burada 1915-ci ilin dekabrına qədər döyüşlərdə iştirak etdi.
- 1916-cı ildə general-mayor rütbəsi aldı. Qafqazın yeni qubernatoru Böyük Knyaz Nikolay Nikolaeviçin əmri ilə zadəganların lideri vəzifəsini yerinə yetirmək üçün Tiflisə göndərildi.
- 4 iyun 1916-cı ildə üç il müddətinə (1916–1918) zadəganların əyalət lideri olaraq yenidən seçildi. Qafqaz Cəbhəsi Ali Baş Komandanının sərəncamına verildi.
- 25 oktyabr 1916-cı ildə Tiflis əyalətinin zadəganlarından Dövlət Şurasına seçildi (5 illik müddətə).
- 21 fevral 1918-ci ildə təqaüdə çıxdı.
Müstəqil Gürcüstanda
redaktəGürcüstana qayıdaraq, Gürcüstan ordusunun generalı (1918) rütbəsini aldı və Gürcüstan Milli Demokrat Partiyasının (1917) qurucularından biri oldu. Onun iştirakı ilə 1918-ci ilin fevralında Tbilisi Dövlət Universiteti quruldu.
26 may 1918-ci ildə Gürcüstanın İstiqlal Bəyannaməsini imzalayan şəxslərdən biri oldu.[2]
1917–1919-cu illərdə Gürcüstan Milli Şurasının üzvü, 1921-ci ildə Gürcüstan Milli Demokrat Partiyasının sədri (Mərkəzi Komitənin rəhbəri) seçildi.
Sovet Gürcüstanında
redaktə1921-ci ilin əvvəlində Sovet Rusiyasının XI Qırmızı Ordusunun dəstəyi ilə Gürcüstanda Sovet hakimiyyəti quruldu və bu səbəbdən Gürcüstanın menşevik hökuməti ölkəni tərk etməyə məcbur oldu. Lakin Abxazi Gürcüstanda qaldı və Hərbi Mərkəzə rəhbərlik etdiyi Gürcüstan Azadlıq Komitəsinə qoşuldu. Xevsureti və Kaxetidə partizan dəstələrinin təşkilinə rəhbərlik etmişdir (1921–1923). 1923-cü ilin martında Abxazi və Hərbi Mərkəzin digər 14 üzvü (Aleksandr Andronikaşvili, Varden Sulukidze, Polkovnik Georgi Ximşiaşvili, Rostom Musxelişvili, Mixail Zandukeli, Simon Bagration-Muxranski, Parnaoz Karalaşvili, İason Kereselidze, İvanon Levadilelize, İvane Kutateladze) Siyasi İdarə tərəfindən həbs edildi. 1923-cü il mayın 19-da Zaqafqaziya və Gürcüstan Fövqəladə Komissiyasının İdarə Heyətinin qərarı ilə Gürcüstanda silahlı antisovet üsyanı hazırlayan "Hərbi Mərkəzə" rəhbərlik etmək ittihamı ilə edam cəzasına məhkum edildi. Qərar Zaqafqaziya və Gürcüstan Fövqəladə Komissiyalarının 19 may 1923-cü il tarixli genişləndirilmiş iclasında verilmişdir.
Konstantin Abxazi 20 may 1923-cü ildə Tiflisdə güllələndi.[3] O, edamdan əvvəl müraciətində söyləmişdir:
Mən sevinclə ölürəm, çünki Gürcüstan üçün qurban verdiyim üçün qürur duyuram. Mənim ölümüm Gürcüstana qələbə gətirəcək.[4] |
Eyni zamanda, Hərbi Mərkəzin digər üzvləri də güllələndi.
Abxazi və komitə fəallarının edam edilməsindən bir il sonra 1924-cü ilin 29 avqust tarixində avqust qiyamına start verilmişdir. Plana əsasən Gürcüstanın müxtəlif bölgələrində eyni anda qiyam hərəkatı başladılmalı və dövlət qrumlarının binalarına hücumlar təşkil edilməli idi. Üsyançılar arasındakı rabitə əlaqəsinin zəif olması və bütün ölkə əhalisinin üsyanlara dəstək verməməsi nəticəsində istənilən nəticə əldə olunmamışdır. Çiatura şəhərində üsyanın bir gün əvvəl, 28 avqust tarixində başlamasıda bu faktları bir daha sübut edir. Üsyan böyük amansızlıqla yatırıldı. Nəticədə 3500 üsyançı döyüşlərdə, qalan 10 min isə Zaqafqaziya və Gürcüstan Fövqəladə Komissiyalarının qərarı ilə edam edildi.
Varisləri
redaktəAbxazinin oğlu Nikolay 1987-ci ildə vəfat etmişdir. Onun həyat yoldaşı Şanxay əsilli Peggy Pemberton Carter 1994-cü ildə ölmüşdür. Abxazinin oğlu Kanadaya köçdü və 1946-cı ildə Vankuver adasında məşhur Abxazi Bağını salmışdır.[5]
Mükafatları
redaktəOrdenlər:
- "Müqəddəs Anna" ordeni 3-cü dərəcə (1906);
- "Müqəddəs Stanislav" ordeni 2-ci dərəcə (1910);
- Qılınc və yay ilə 4-cü dərəcəli Müqəddəs Vladimir (1915);
- 3-cü dərəcəli qılınclı Müqəddəs Vladimir (1916).
Xatirəsi
redaktəTiflisdə (keçmiş Leselidze) küçə Kote Abxazinin adını daşıyır.[6] Lado Asatiani küçəsi, 46 ünvanında xatirə lövhəsi qoyulub.[7][8]
İstinadlar
redaktə- ↑ В. В. Парцвания. Грузино-российские научно-культурные связи в истории Санкт-Петербурга. "Логос". 2003. 197.
- ↑ "Remix of "საქართველოს დამოუკიდებლობის დეკლარაცია" by Liza Buskhrikidze". 2019-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.
- ↑ "Восстание в Грузии. 1924 год". 2009-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-08-10.
- ↑ Ministry of Internal Affairs of Georgia (April 2008), The Archival Bulletin #1, p. 14 Arxivləşdirilib 2009-03-16 at the UK Government Web Archive Arxivləşdirilib 2009-03-16 at the UK Government Web Archive
- ↑ "Abkhazi Garden is Wednesday through Sunday". 2011-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.
- ↑ "Улица Константина Леселидзе. Эта улица в прошлом называлась Армянский Базар, потом её назвали в честь генерала Леселидзе, а в постсоветское время не очень удачно переименовали в честь генерала Коте Абхази, но название слабо прижилось". 2017-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.
- ↑ "Мемориальная доска". 2011-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.
- ↑ "Памятная доска в городе Тбилиси". 2018-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.
Xarici keçidlər
redaktə- Подвиг Котэ Абхази
- Mikaberidze, Alexander (ed., 2007). Abkhazi, Constantine. The Dictionary of Georgian National Biography.
- Ushangi Sidamonidze. Abkhazi, Konstantine. Encyclopedia "Sakartvelo", vol. I, Tbilisi, 1997: pp. 256–257
- Levan Urushadze. For the Biography of General Konstantine (Kote) Abkhazi. Bulletin of the Georgian National Museum, Series of Social Sciences, No 3 (48-B), Tbilisi, 2012, pp. 230–246.
- Journal "Samshoblo", No: 21–22, Paris, 1937
- Journal "Mkhedari", Paris, No: 2, 1929, pp. 22–23