Komarov Itburnusu - Wikipedia
Komarov itburnusu (lat. Rosa komarovii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Komarov itburnusu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Komarov itburnusu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Ümumi yayılması
redaktəRusiyada (Dağıstan) təbii halda rast gəlinir.
Azərbaycanda yayılması
redaktəQuba-Qusar (Laza kəndi), İsmayıllı (Balahəmzə, Kəlfərəc k.) və Füzuli rayonu ərazilərində rast gəlinir.
Statusu
redaktəAzərbaycanın nadir bitkisidir. NT.
Bitdiyi yer
redaktəOrta dağ və yuxarı dağ qurşaqlarında daşlı qayalı yamaclarda, meşənin açıq quru yerlərində çəmənliklərdə yayılmışdır.
Təbii ehtiyatı
redaktəAzərbaycanda dar bir arealda yayılmışdır.
Bioloji xüsusiyyətləri
redaktəTəbiətdə 0,6-0,8 m hündürlüyü olan koldur. Birillik budaqlar tünd-qırmızı rəngdə, çılpaqdır. Qopartikan 1 mm-ə qədər uzunluqda və bir qədər arxaya doğru əyilməklə, qaidəsi nisbətən enliləşmişdir. Yarpaqları 2,2-4,5 sm uzunluqda, 1,2-2,8 sm enində, enli lanset şəkilli və ya enli ellipsvarı, aşağısı pazvarı, uca doğru daralmış, bir qədər küt, kənarı ikiqat mişardişlidir.
Yarpaqaltığı 3–4 mm uzunluqda, ensiz, xətvarı uzunsov, yumşaq tüklüdür. Çiçəkləri 3–4 mm uzunluqda, ensiz, xətvarı uzunsov, yumşaq tüklərlə örtülüdür. Meyvəsi 18 mm uzunluqda, 10 mm enində uzunsov ellips şəkilli, üzəri vəziciklərə örtülüdür. Iyun və iyul aylarında çiçək açır.
Çoxalması
redaktəTəbiətdə generativ və vegetativ yolla çoxalır.
Təbii ehtiyatının dəyişilməsi səbəbləri
redaktəBaşlıca olaraq insan fəaliyyətidir.
Becərilməsi
redaktəMəlumat yoxdur.
Qəbul edilmiş qoruma tədbirləri
redaktəXüsusi qəbul edilmiş qoruma tədbiri yoxdur.
Zəruri qoruma tədbirləri
redaktəAzərbaycanın "Qırmızı Kitabı"na daxil edilməsi zəruridir.
İstinadlar
redaktə- ↑ The Plant List (ing.). 2010.