Kolumbari - Wikipedia
Kolumbari - Haqqında Məlumat
Kolumbari (ing. Columbarium) - Qədim Roma adətlərinə xas olan ölülərin yandırıldıqdan sonra küllərinin saxlanılması üçün nəzərdə tutulmuş xüsusi məzar otaqları. Kolumbarilərdə cəsəd küllərinin saxlanıldığı xüsusi qablar, urna adlanır. Qədim Romada geniş yayılmış bu tip məzar formaları əsasən kasıb və orta təbəqə tərəfindən istifadə olunmuşdur. Günümüzdə, kolumbari tipli məzarlardan dünyanın müxtəlif ölkələrində hələ də, istifadə olunmaqdadır və burada əsasən bir-biri ilə qan qohumluğu olan və ya ailə fərdlərinin külləri saxlanılır.
Xüsusiyyətlər
redaktəQalereya
redaktə-
Kolumbari məzarının üzərində çiçəklər və yeni urnelər üçün oyuqlar.
-
Paris şəhərində yerləşənt Per-Laşez məzarlığında kolumbari.
-
Almaniyada müasir formada inşa olunmuş kolumbari.
-
Oaklənd şəhərində Zəngkər Kilsəsinin daxilində yerləşən kitabxana formalı kolumbari.
-
ABŞ-nin Virciniya ştatındakı Arlinqton milli qəbiristanlığında yerləşən kolumbari. Hər bir məzarın üzərinə mərmər lövhə əlavə olunmuşdur.
-
Etrusklardan qalma kolumbari. Blera, İtaliya.
-
Avstraliyanın Vollonqonq bölgəsində yerləşən buddist məbəd kompleksi Nan Tiyendə yerləşən və ənənəvi Çin üslubunda inşa olunmuş kolumbari.