Kolloidler - Wikipedia
Kolloidlər (kolloid sistemləri) — ən yüksək dərəcəli parçalanma həddinə çatmış ikifazalı dispers sistemlərdir. Yapışqanaoxşar deməkdir və 1861-ci ildə Qrem tərəfindən bu ad təklif edilmişdir.
Qrupları
redaktəKolloid məhlullar liofob (hidrofob) və liofil (hidrofil) olmaqla iki qrupa ayrılır. Liofob kolloid məhlulda dispers mühit ilə dispers faza arasında qarşılıqlı təsir (solvatlaşma, hidratlaşma) ya heç olmur və ya çox zəif olur. Göstərilən qarşılıqlı təsir güclü olanda kolloid məhlul liofil adlanır. liofob təbiətli məhlulun xarakterik misalı kükürdün suda əmələ gətirdiyi kolloid məhlul ola bilər.Bu parçalanmada heterogenlik hələ mühafizə olunub qalır, başqa sözlə, dispersiya fazası ilə dispersiya mühitinin arasında ayrılma səthi olur (dispersiya fazası hissəciklərinin ölçüləri 10-5-10-7 sm, yaxud 0,0001 mm-dək). Kolloidlər molekulyar dispers (həqiqi məhlullar) və kobuddispers (suspenziya-emulsiya) arasında aralıq vəziyyəti tutur. Kolloidlər dayanıqlılıq dərəcəsini müəyyən edən mühüm əlamət fazaların ayrılma sərhədində sərbəst səthi enerjinin miqdarıdır. Sərbəst səthi enerjinin miqdarı kəmiyyətinin azalması sistemin termodinamik dayanıqlığının yüksək olmasını göstərir. Uyğun olaraq dispers fazası ilə dispersiya mühiti arasında çox sıx əlaqələrlə səciyyələnən (s<0.1 erq/sm2) liofil kolloidlər və koaqulyasiyaya meyil edən (s>0.1erq/sm2) liofob kolloidlər ayırılır. Dayanıqlıq dərəcəsindən asılı olmayaraq, kolloid sistemlərinin xüsusiyyətlərindən ən əsası onların mitselyar strukturudur: sərbəst yerdəyişən mitsellaları olan kül və bir-birilə bağlı mitsellalı gel tipləri ayrılır. Kolloidlər iki yolla əmələ gəlir: dispersion (hissəciklərin xırdalanması) və kondensasion (dispersion hissəciklərin molekulyar aqreqasiyası). İkifazalı (mikroheterogen) sistemlər olmaqla, kolloidlər bəzi hallarda birfazalı (homogen) sistemlərə keçid təşkil edirlər. Məsələn: bir çox bərk cismlər, o cümlədən hissəcikləri, yaxud aqreqatları kolloid ölçülü olan bəzi metal xəlitələr, minerallar, şüşə. Bir komponentli kolloidlər izokolloid adlanır. Kolloidlər varlığı biosferin tipik xüsusiyyəti olub, canlı maddənin quruluşunda və Yer səthinin mineral maddəsində (gillər, silikagellər, üzvi gellər və b.) geniş yayılmış və geoloji proseslərdə (sedimentogenez, diagenez, miqrasiya prosesləri və b.) böyük rol oynayır.
Liofil kolloidlər
redaktəLiofil kolloidlər aqreqat halında dayanıqlı kolloid sistemləri. Dispers faza ilə dispers mühit arasında əlaqənin möhkəmliyi ilə səciyyələnir. Liofil kolloidlər üçün dispers hissəciklərin həlledicinin (dispers mühitin) çoxsaylı molekullarını solvat qılaf şəklində toplayıb saxlamaq qabiliyyəti səciyyəvidir. Kolloidin liofillilik dərəcəsi yüksəklidikcə, qılaf daha çox inkişaf etmiş olur.
Tətbiqi
redaktəKolloid məhlullar təbiətdə geniş yayılmışdır. Onlar heyvan və bitki toxumalarını, həmçinin bir çox mineral və təbii məhlulları əmələ gətirir. Məsələn, canlı orqanizmlərin protoplazması kolloid sistemdir.
Dərman preparatlarından bir çoxu kolloid məhlullardan ibarət olur. Belə preparatların davamlılığını artırmaq məqsədilə onlara adətən stablizator əlavə edilir.
İstinadlar
redaktəMənbə
redaktə- Z.Qarayev "Qeyri-üzvi kimya", Maarif-1975.
- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.