Kirmansah Zelzelesi 2017 - Wikipedia
Kirmanşah zəlzələsi — 2017-ci ilin 12 noyabr tarixində yerli vaxtla saat 18:18-də İran–İraq sərhəd bölgəsinə yaxın ərazidə baş vermiş 7.3 bal gücündə zəlzələ. Zəlzələ İranın Kirmanşah ostanında dağıdıcı fəsadlara yol açıb.[3][4] Zəlzələnin episentri İraqın Hələbcə şəhərindən 32 km cənub və cənubqərbdə yerləşməkdədir. Təkanlar Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və İsraildə də hiss edilmişdir.[5][6] Kirmanşah zəlzələsi nəticəsində azı 452 nəfər həlak olub, 7.100-dən çoxu yaralanıb.[7]
Kirmanşah zəlzələsi | |
---|---|
| |
Tarix | |
Maqnituda | 7.3 |
Hiposentrin dərinliyi | 23.2 km |
Episentrin yeri | |
Əhatəsi | |
Ölənlər |
|
Xəsarət alanlar |
|
Xəritədə yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Zəlzələ
redaktəZəlzələ, İran–İraq sərhədinə yaxın, Bağdad şəhərindən 220 km şimal-şərqdə, Ərəb və Avrasiya tektonik platasının yaxınlığında baş vermişdir. Amerika Birləşmiş Ştatlarının Geologiya Araşdırmaları mərkəzi tərəfindən verilən məlumata görə zəlzənin gücü 7.3 bal olmuşdur. Hadisə 1967-ci ilin yanvar ayında baş vermiş 6.1 bal gücündəki zəlzədən sonra ən güclü yeraltı təkan hesab olunur.[3] İran Seysmologiya Mərkəzi, zəlzələdən dərhal sonra müxtəlif güclərdə olan 50-dən çox afterşok qeydə almışdır.
Xəsarət
redaktəSon məlumatlara görə hadisə nəticəsində azı 452 nəfər həlak olmuş, 7.100-dən çoxu müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. İran tərəfi xəsarət alan vətəndaşların sayının 2.500 civarında olduğunu bildirmişdir. Zəlzələnin ən çox ziyan vurduğu bölgə Kirmanşah ostanıdır.[8] İranın Kirmanşah ostanının şəhərlərindən və Sərpol Zəhab şəhristanının mərkəzi olan Sərpol Zəhab şəhərindəki xəstəxananın dağılması nəticəsində azı 142 nəfər həlak olub.[9][10] İraq tərəfində olan itkilərin sayı 7 nəfərin həlak olması, 500 nəfərə yaxının isə yaralanması ilə bağlıdır.[7][11]
İran hökuməti ən azı 70 min vətəndaşının sığınacaq və ilkin yardımlara ehtiyacı olduğunu bildirmişdir. Hadisədən sonra İrana ilk yardım göstərən ölkə Türkiyə olmuşdur. Türkiyə Afət və Təcili Yardım Şöbəsi 92 xilasetmə personalı, 4 min çadır və 7 min ədyal ilə birlikdə hadisə yerinə yollanmışdır. İranın ILNA xəbər agentliyinin yarı rəsmi məlumatına görə, İranın ən azı 14 əyalətində zələzələ baş verib. Bir digər məlumata görə bazar ertəsi günü Kirmanşah ostanı və İlam ostanıında məktəblər yaralıların müalicə edilməsi məqsədi ilə bağlı olacaqdır.[7]
Qalereya
redaktəİstinadlar
redaktə- ↑ "More than 300 dead as 7.3 magnitude earthquake strikes near border of Iraq and Iran". The Daily Telegraph. 13 November 2017. 13 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 November 2017.
- ↑ زلزال يهز العراق.. 450 قتيلا في إيران و6500 جريح.
- ↑ 1 2 "M 7.3 – 32km S of Halabjah, Iraq". United States Geological Survey. 19 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 November 2017.
- ↑ "Northern Iraq rocked by 7.2 magnitude earthquake". Al Jazeera English. 5 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 November 2017.
- ↑ "Iraq-Iran earthquake: Deadly tremor hits border region" (ingilis). BBC News. 12 November 2017. 13 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 November 2017.
- ↑ "At least sixty dead and 300 injured as 7.3 magnitude earthquake hits Iraq border". The National (ingilis). 12 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 November 2017.
- ↑ 1 2 3 "Powerful earthquake strike the Iraq-Iran border, at least 123 dead" (ingilis). BNO News. 12 November 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 November 2017.
- ↑ "زلزله در استان کرمانشاه باعث مرگ دهها نفر شده است" (Persian). BBC News. 12 November 2017. 13 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 November 2017.
- ↑ "Iran-Iraq earthquake: Deadly tremor hits border region". BBC News. 12 November 2017. 13 December 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 November 2017.
- ↑ Jalabi, Raya; Hafezi, Parisa. "Strong earthquake hits Iraq and Iran, killing at least 210". Reuters. 12 November 2017. 23 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 November 2017.
- ↑ "Iran-Iraq earthquake: What happened and why". www.aljazeera.com. 2017-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-13.