Kijebe - Wikipedia
Kijəbə, Kijoba — Azərbaycan Respublikasının Astara rayonunun Kijəbə qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[2]
Kijəbə | |
---|---|
38°32′00″ şm. e. 48°48′43″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Astara rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 24 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0715[1] |
Tarixi
redaktəLənkəran ovalığının Talış dağlarına qovuşduğu yerdədir. Əvvəllər burada eyniadlı kənd olmuş, sonralar subtropik bitkilər sovxozu salındıqdan və çay fabriki tikildikdən sonra kənd qəsəbəyə çevrilmışdır. Oykonimi Talış dilindəki kijə (cücə) və oba komponentlərindən düzəlmiş, "cücə obası" və ya kijə (quş) və bə (qapı) sözlərindən düzəlmiş "quş damı" mənası ilə bağlayırlar. Bu oykonimi Kijə ləqəbli tarixi Şəxsiyyətin adı ilə də əlaqələndirirlər.[3]
Adın mənşəyi və tarixi
redaktəAstara r. Yaşayış məntəqəsi adı talış dilindəki kijə "toyuq", "quş" və oba "kənd" komponentlərindən ibarətdir. Qəsəbə sakinlərinin dediklərinə görə isə adın əsas mənası "Quş qapısı" deməkdir.[mənbə göstərin]
Mədəniyyəti
redaktəOrta, səkkizillik və ibtidai məktəblər, 4 klub, 3 kitabxana, 3 kinoqurğu, xəstəxana, uşaq bağçası və rabitə şöbəsi var.
Coğrafiyası və iqlimi
redaktəRayon mərkəzindən 14 km şimal qərbdə, Ələt-Astara şosesindən 6 km qərbdə, Lənkəran ovalığındadır.
Əhalisi
redaktəTalışlar və azərbaycanlılardan ibarətdir.
İqtisadiyyatı
redaktəƏsasən əkinçiliklə məşğul olurlar. Əhalinin əsas becərdiyi sitrus meyvələrindən olan limon, naringi, portağal, düyü və feyxoa bitkiləri qəsəbənin iqtisadiyyatını əsasını təşkil etmişdir. Bu səbəbdən bazar iqtisadiyyatı geniş yayılmışdır.
Din
redaktəİstinadlar
redaktə- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ Kijəbə // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
Astara rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |