Kenquru Beynelxalq Riyaziyyat Musabiqesi - Wikipedia
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi[1] (ing. International Mathematical Kangaroo) — məktəblilər arasında riyaziyyat fənni üzrə keçirilən beynəlxalq müsabiqə[1].
Tarixi
redaktəKenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi 1994-cü ildən, ildə bir dəfə olmaqla keçirilir[1].
Məqsəd
redaktəMüsabiqənin keçirilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onların elmi potensiallarının inkişaf etdirilməsi və şagirdlərdə fənlərə olan marağın artırılmasına nail olmaqdan ibarətdir[1].
Dərsliklərdə verilmiş riyazi formulaların əzbərlənərək istifadə edilməsindən daha artığını, hər yaşa uyğun biliklərin məntiqi düşüncə sayəsində sınanması da qarşıya qoyulan əsas məqsədlərdəndir[2]. Yəni burada şagird hansısa əzbərlədiyi formulanı yada salmağa çalışmaqdan daha çox məsələyə fərqli yönlərdən baxmağa, beynini məşq etdirməyə, məntiqini işə salmağa məcburdur ki, sualları cavablasın[2].
Müsabiqə "Öyrənək, əylənək və həll edək!" şüarı ilə keçirilir[1].
İştirakçıları
redaktəBu müsabiqə müxtəlif səviyyələrdə riyazi biliyə malik olan 1-2-3-4-5-6-7-8
sinif şagirdlərini əhatə edir və şagirdlərin iştirakı qeydiyyat haqqını ödəməklə könüllülük prinsipi daşıyır.
2024-cü ildə müsabiqədə dünyanın 80-dən çox ölkəsindən 6 milyondan çox şagird iştirak etmişdir[1].
1-ci yer :
-Məhəmməd Fətullayev Rafis Oğlu
-Maksimal bal=120
-Topladığı bal=30
Təşkilatçılar
redaktəMüsabiqənin qurucu və idarəçilərindən bir neçəsi eyni zamanda Beynəlxalq Riyaziyyat Olimpiadasının təşkilatçı və idarəçiləri arasında da təmsil olunurlar[1].
Azərbaycanda ilk dəfə keçirilməsi 18 mart 2018-ci ildə pilot layihə kimi nəzərdə tutulan bu müsabiqə Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinin təşəbbüsü və mərkəzi Fransada olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə həyata keçirilir[1].
Format
redaktəMüsabiqənin idarə heyətinin müxtəlif ölkələrdən olan üzvləri ildə bir dəfə bir araya gələrək növbəti il üçün fərqli ölkələrdən təqdim edilən suallar arasından seçim edir və yekun sualları müəyyənləşdirirlər[1]. Qaydalara əsasən tapşırıqlar 2, 3–4, 5–6, 7–8, 9–10-cu sinif şagirdləri üçün 5 fərqli kateqoriya üzrə qapalı test formatında və 3 səviyyədə — asan, orta, çətin olmaqla tərtib edilir. Müsabiqə dünyanın bütün ölkələrində mart ayının üçüncü həftəsi təşkil edilir[1].
Müsabiqədə verilən suallar məntiq əsaslıdır[2].
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Azərbaycanda ilk dəfə beynəlxalq riyaziyyat müsabiqəsi keçiriləcək (arxiv linki). arti.edu.az, 05.03.2018 (az.)
- ↑ 1 2 3 Azərbaycanda Kenquru olimpiadası: İlk dəfə, özü də 5 manata… Arxivləşdirilib 2018-10-25 at the Wayback Machine virtualaz.org, 14.03.2018 (az.)
Xarici keçidlər
redaktə- mathkang.org — Rəsmi saytı
- Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (az.)