Ken Duken - Wikipedia
Ken Duken (alm. Ken Duken; doğ. 17 aprel 1979) - Almaniyalı kino aktyor.
Ken Duken | |
---|---|
alm. Ken Duken | |
| |
Doğum tarixi | |
Doğum yeri | Haydelberq, Qərbi Almaniya |
Vətəndaşlığı | Almaniya |
Həyat yoldaşı | Marisa Leoni Bax (2000–ci ildən) |
Fəaliyyəti | Aktyor |
Fəaliyyət illəri | 1999— Bu günə kimi |
IMDb | ID0241222 |
kenduken.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktəKen Duken keçmiş AFR-ın Haydelberq şəhərində anadan olmuşdu. O film və teatr aktrisası Kristiane Löbün üçüncü uşağıdır; onun atası həkimdir. Duken heç vaxt drama məktəbində iştirak etmirdi, lakin buna baxmayaraq, o Ceyms Reynolds da daxil olmaqla bir sıra drama kurslarını keçmişdir. Aktyor başlanğıcda "Der Besuch der Alten Dame" (Yaşlı xanımın səfəri), "Montevideo Das Haus" (Montevideo evi) kimi pyes və o cümlədən Uilyam Şekspirin müxtəlif teatr rollarında oynamışdır. Televiziyada aktyor qismində Ken, Nadya Ul və Daniel Brül ilə yanaşı Blutiger Ernst adlı cinayət filmində debüt rol almışdır.
Karyera
redaktəKen Dukenin film ekranlarında ilk böyük rolu Franka Potente və Hayner Lauterbax ilə birlikdə rejissor Fridemann Frommun 1999-cu ildə çəkdiyi Schlaraffenland (Süd və Bal diyarı) filmində oynamışdır. Həmin il o alman Film mükafatı üçün namizəd olan Migel Aleksandrenin Gran Paradiso dram filmində oynayır. Filmdə Mark adında təkərli kürsüdə oturan baş qəhrəmanı daha realistik canlandırmaq məqsədilə, Ken 3 aya təkərli kürsüdə məşq işlərini tamamladı. 2003-cü ildə o Kurt Faudon tərəfindən ekranlaşdırılan Tödlicher Umweg (Ölümcül dolayı yol) filmində əsas rolu oynadı. Ken 2005-ci ildə Eine Andere Liga (Başqa Liqa) filminə görə Buket Alakus mükafatını qazanadıqdan sonra, kino karyerasını davam etmək qərarına gəlir.
2002-ci ildə Ken rejissor Lars Bekker tərəfindən ekranlaşdırılan Night Shif adlı polis drama seriyalında gənc müvəkkil Teddi Şrayder rolunu ifa edir.
O həmçinin "Karol - Papa olmuş bir adam" filmində canlandırdığı Kommunist casus rolu ilə də tanınır.
2006-cı ilin payız aylarında o Lev Tolstoyun “Hərb və Sülh” romanının qəhrəmanı Anatol Kuraginin rolunu oynamaq üçün Rusiya və Litvada olmuşdur. 2007-ci ilin dekabr ayının ortalarında SWR-də yayımlanan Welcome home teletamaşasında Ken müharibədən geri qayıdan Ben Vinteri canlandırır.
2003-cü ildə Ken o cümlədən Bernd Katzmarçik və Norbert Knayssl ilə birlikdə "Grand Hôtel Pictures" istehsal şirkətində işləmişdir. Onların ilk əsəri sayılan - "Digər nöqteyi-nəzər" filmində, Ken öz həyat yoldaşı Marisa Leoni Bax və Dominik Pinonun yanında oynayır. 2009-cu ildə o, psixo-triller janrındakı "Məsafə" filminin istehsalını davam etdi.
Aktyor qismində öz işinə bir əlavə olaraq, Dukeni indi getdikcə daha çox kamera arxasında görmək olar. O hətta özünün "Digər nöqteyi-nəzər" filmi, həmçinin Oomph! Rapper və Curse musiqi qruplarının kliplərinə belə rejissorluq etmişdi.
2008-ci ildə Duken rejissor Maks Manusun Norveç döyüşçülərinin müqaviməti dövründə, yəni 1945-ci ildə Oslo Gestaposunun müdiri və SS kapitanı Ziqfrid Femer haqqında bəhs edən filmdə baş rolu oynayır. Kenin oynadığı ağıllı arvadbaz və qəddar zalım Femer rolu, daha sonralar Kventin Tarantinonun İkinci Dünya müharibəsi zamanı bir qrup insanın nasistlərə qarşı, eyni vəhşiliklə, mübarizə aparması haqqda bəhs edən Şərəfsiz əclaflar filmində çıxışı üçün yaxşı bir hazırlıq oldu. Dukeni Şərəfsiz əclaflar filminin 4-cü fəslində alman əsgərlərinin biri olaraq görmək olar. Filmdə onun alnındakı kartı Almaniya kəşfiyyatçısı Mata Hari oxuyur[1].
2009-cu ildə Duken Til Şvaygerin İki qulaqlı cücə filmində Ralf personajını canlandırır. O, həmçinin 2011-ci ildə Böyük Britaniyanın "Şale qızları" filmində baş rol alır.
2013-cü ildə Ken Duken digər məşhur aktyor Kostya Ullmann ilə birlikdə Almaniyanın GQ jurnalı tərəfindən təsis edilən "Mundpropaganda" (dodaqdan dodağa) adlı homofobiya ilə mübarizəyə istiqamətləndirilən geniş kampaniyaya qoşulmuşdurlar. Homoseksualları dəstəkləmək məqsədilə, onlar dodaq-dodağa öpüşür və jurnal üçün fotosesiyalar düzənləyirlər[2][3].
Şəxsi həyatı
redaktə2000-ci ilin oktyabr ayından Duken bəstəkar İohann Sebastyan Baxın birbaşa nəslindən olan alman aktrisası Marisa Leoni Bax ilə evlənmişdi. Cütlüyün Viqqo adında bir oğlu var (2009-cu ilin oktyabr ayında anadan olmuşdu).
Filmoqrafiya
redaktə
Kinoredaktə
|
Qısametrajlı filmlərredaktə
|
Musiqi videoları/Rejissorluqredaktə |
Mükafatlar
redaktə- 2004: Ölümcül dolayı yol filmində canlandırdığı rola görə NEO və Undina Mükafatı.
- 2008: Digər Liqa filmində oynadığı rola görə Adolf Qrimme mükafatı
- 2008: Saarbrükken Film evindən Frans Hoferin Fəxri Mükafatı.
- 2009: "Evə xoş gəlmisiniz" filmində Ən Yaxşı Kişi Oyunçu kateqoriyası üzrə Bavariya Televiziya Mükafatı (ARD/SWR)
İstinadlar
redaktə- ↑ Carl & Bertha Arxivləşdirilib 2022-04-07 at the Wayback Machine, IMDb
- ↑ Anna Blume. "German Celebs Kiss For Gay Rights". ohnotheydidnt. 12 November 2013. 4 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 May 2014.
- ↑ "Actors Ken Duken (Inglorious Basterds) and Kostja Ullmann (Summerstorm) kiss for GQ Germany's project "Mundpropaganda" (word of mouth) against homophobia". imgur. January 2014. 2013-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-21.
Xarici keçidlər
redaktə- Agenturprofil und Fotos
- Der Marathon-Mann – Porträt von Katja Hübner bei tagesspiegel.de, 22. Juli 2009
- Porträt bei prisma.de