Kara Kul - Wikipedia
Kara-Kul ya da Qara-Göl (qırğız dilində:Кара-Көл) — Qırğızıstanın Cəlalabad vilayətində şəhər. Qırğız dilindən tərcümədə "Kara" — qara, "Kul" — göl sözlərindən yaranaraq "Qara göl" mənasında izah olunur.
Şəhər | |
Kara-Kul | |
---|---|
41°38′ şm. e. 72°40′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 930 ± 1 m |
Əhalisi | |
Əhalisi |
|
Digər | |
karakulgov.kg | |
Əhalisi
redaktə2009-cu ildə Qırğızıstanda aparılmış əhalinin siyahıya alınmasına görə şəhərin əhalisi 22 502 nəfərdir. Onlardan 21 217 nəfərini (94,3 %) qırğızlar, 771 nəfərini (3,4 %) ruslar, 143 nəfərini (0,7 %) özbəklər, 141 nəfərini (0,7 %) tatarlar təşkil edirlər[2].
Coğrafiyası
redaktəKara-Kul şəhəri Narın çayının Kara Suu çayına töküldüyü yerin yaxınlığında, Bişkek — Oş avtomobil yolu üzərində, Taş-Kumır dəmiryol stansiyasından (Uçkurqan dəmiryol xəttinin son stansiyası) 78 km aralıda yerləşir.
Tarixi
redaktəKara-Kul şəhəri 16 iyun 1962-ci ildə Orta Asiyada ən iri su-elektrik stansiyası olan Toktoqul SES-nın inşası ilə əlaqədar yaşayış qəsəbəsi kimi meydana gəlmişdir[3]. 26 oktyabr 1962-ci ildə Qırğızıstan SSR Ali Sovetinin Rəyasət Heyətinin Fərmanına əsasən Kara-Kul şəhər tipli yaşayış məntəqəsi yaradıldı. Qırğızıstan SSR Ali Sovetinin Rəyasət Heyətinin 7 yanvar 1977-ci il tarixli Fərmannı ilə Kara-Kul qəsəbəsinə vilayət tabeli şəhər statusu verildi.
Coğrafiyası
redaktəŞimaldan və cənubdan şəhər hündür dağlarla əhatə olunmuşdur. Şəhərdə balıqçılıq təsərrüfatlarına aid su anbarları, 3 süni göl vardır. Kara-Kul şəhərinin yaxınlığında Toktoqul SES-nın istinad divarları yerləşir.
Şəhərin ərazisində iri sənaye müəssisələri, Bişkek Politexnik İnstitutunun filialı və inşaat texnikumu yerləşir.
İqtisadiyyatı
redaktəSSRİ dağıldıqdan sonra su-elektrik stansiyalarının tikintisində işlər dayandırılmış, sənaye müəssisələrinin bir hissəsi bağlanmışdır. 1990-cı illərdə işsizlik problemi ilə əlaqədar əhalinin bir hissəsi Kara-Kul şəhərini tərk etmişdir.
Müasir dövrdə şəhərdə stabil fəaliyyət göstərən 3 iri sənaye müəssisəsi vardır. Əhalinin əsas məşğuliyyət sahəsi energetika ilə bağlıdır. Hazırda Qırğızıstanda istehsal edilən elektrik enerjisinin 80 faizi Kara-Kul şəhərində fəaliyyət göstərən su-elektrik stansiyalarının payına düşür.
İstinadlar
redaktə- ↑ census of Kyrgyzstan 2009.
- ↑ "Перепись населения Киргизии 2009. Джалал-Абадская область" (PDF). 2011-08-10 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2021-01-19.
- ↑ http://bse.sci-lib.com/article058976.html Arxivləşdirilib 2021-12-01 at the Wayback Machine | tytuł = Кара-Куль (пос. гор. типа в Киргизской ССР) | opublikowany = Большая Советская Энциклопедия. 2011–11-19