Kamen Vulkan - Wikipedia
Kamen — Rusiyanın Kamçatka yarımadasında yerləşən sönmüş stratovulkan. Vulkan Şərqi vulkan qurşağında yerləşir. Konus formalı olub ən qədim vulkanlardan biri hesab olunur.
Kamen vulkanı | |
---|---|
rus. Камень | |
Ümumi məlumatlar | |
Dağ sistemi | Kamçatka vulkanlar qrupu |
Növü | Startovulkan |
Əmələgəlmə dövrü | Holosen |
Tərkibi | andezit, bazalt |
Mütləq hündürlüyü | 4585[1] |
Yerləşməsi | |
56°01′00″ şm. e. 160°35′36″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | Kamçatka |
|
Ümumi məlumat
redaktəKamen vulkanı Kamçatka yarımadasının mərkəzində, Klyoçevskaya Sopka və Bezımyannıy vulkanlarını arasında yerləşir. Kamen vulkanı yaxınlığında Şmidt və Boqdanoviş buzlaqları var. Ümumən vulkan Klyoçevskaya vulkan qrupuna daxildir. Dəniz səviyyəsindən 4585 metr yüksəkliyi olan Kamen Kamçatkanın ikinci ən hündür vulkan hesab olunur.[2] Vulkan yamacı dikdir. Cənub-şərq hissəsində dərin sirk mövcuddur. Sirk 1000-1200 il əvvəl, uçqun nəticəsində meydana gəlmiş. Ümumən vulkanın düzgün konus forması baş vermiş partlayışlar nəticəsində parçalanmış və böyük qaymalar fırmasında ətəklərə doğru yuvarlanmış. Bəzilərinin ölçüləri 5-10 metrə çatır. Ancaq daha böyükləridə müşahidə olunur: Vulkandan 10 km uzaqlıqda, Xapis çayı yatağında Ambon qayması yerləşir. Eni ölçüsü 50 metr, həcmi isə 16 000 kub metrdir. Çəkisi 40-45 min ton, hündürlüyü beş mərtəbəli evdən böyük olan bu dağ parçası geoloji abidə hesab edilir və UNESCO-nun Ümumdünya irsinə daxil edilmiş. Bu ərazidə yamacın meyilliyi 45–70°-dir. Şimal və qərb yamaclarının meyilliyi 35–40°-dir. Yamaclar buz və fırnlə örtülüdür. Dağın ətəyində aplpinistlər üçün baza yerləşir. Alpinistlər qərb yamacı ilə zirvəyə yürüş edirlər.
Vulkanologiyada Kamenin sonuncu püskürmə tarixi dəqiqləşdirilməyib. Ehtimal edilir ki, vulkan Pleystosen epoxasının sonunda sönmüş[3]. Sonuncu püskürmədən sonra vulkan yamacları güclü aşınmaya, uçquna məruz qalmış[4][5]. Vulkan sönmüş lavanın andezit-bazalt , eləcədə piroksen və plaqiolkz tərkiblidir. 11 min əvvəl Kamen vulkanın cənub yamacı tərəfində Bezımyannıy vulkanı, 7 min əvvəl isə şimal yamacı tərəfində Klyoçevskaya vulkanı püskürmüş.[6]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Вулкан Камень (Kamen Volcano)". 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-20.
- ↑ John Seach. "Kamen Volcano". Vocano Live. 2016-03-04 tarixində arxivləşdirilib.
- ↑ "Камень". 2014-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-20.
- ↑ Камень Амбон Arxivləşdirilib 2018-01-09 at the Wayback Machine // Заповедная Россия
- ↑ Вулканы Камчатки. Вулкан Камень. Arxivləşdirilib 2012-08-17 at the Wayback Machine Краеведческий сайт о Камчатке
- ↑ "IVS FEB RAS Geoportal". 2014-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-20.