Kamal Soltanov - Wikipedia
Kamal Nəsir oğlu Soltanov (19 mart 1949, Kürdəmir) — azərbaycanlı riyaziyyatçı alim, riyaziyyat elmləri doktoru, professor. Azərbaycan Milli Elmlər Akademiyasının üzvü. O, xüsusilə qeyri-xətti "Navye-Stoks" tənliklərinin həlli sahəsində əldə etdiyi nailiyyətlərlə tanınır.[1]
Kamal Soltanov | |
---|---|
Doğum tarixi | 19 mart 1949 (75 yaş) |
Doğum yeri | |
Elm sahəsi | riyaziyyat |
Elmi dərəcəsi | |
İş yerləri |
|
Təhsili |
|
Tanınır | "Navye-Stoks" tənliklərinin həllinin tapılması |
Üzvlüyü |
Həyatı
redaktəKamal Soltanov 19 mart 1949-cu ildə Kürdəmirdə anadan olmuşdur. 1966-cı ildə Göyçay şəhər 1 saylı onbirillik məktəbi bitirib. 1966–1971-ci illərdə Bakı Dövlət Universitetində təhsil almışdır. Universiteti bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda fəaliyyətə başlamışdır. 1972-ci ildə Moskva Dövlət Energetika İnstitutunun aspiranturasına qəbul olmuş və 1975-ci ildə aspiranturanı uğurla başa vuraraq Azərbaycana qayıtmışdır. Daha sonra elmi fəaliyyətini Riyaziyyat və Mexanika İnstitutunda davam etdirmiş, namizədlik və doktorluq dissertasiyalarını müdafiə etmişdir.
Elmi fəaliyyəti
redaktəKamal Soltanov 120-dən çox elmi məqalənin müəllifidir. 1972-ci ilin noyabr ayında Moskva Dövlət Energetika İnstitutunun (MEİ) aspiranturasına daxil olub. 1971-ci ildə aspirantura səviyyəsini bitirib, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutuna qayıdıb.1976-cı ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alaraq 2003-cü ilə qədər Azərbaycan Milli Elmlər Akademiyasıda işləyib. 1992-ci ilin yanvar ayında yeni dissertasiya işini Lomonosov adına Moskva Dövlət Universitetinin Elmi Şurasına təqdim edib və 1993-cü ildə müdafiə edib. 1996–2003-cü illərdə yeni açılmış "Qeyri-xətti Analiz" şöbəsinin müdiri işləyib. 1994–1997-ci illər arasında İNTAS-ın üçillik layihəsində Cənubi Qafqaz dövlətləri üzrə rəhbər vəzifəsində çalışıb. 2000-ci ildə professor elmi dərəcəsini alıb. 2003–2016-cı illərdə Hacettepe Universiteti də (Ankara, Türkiyə) Prof. Dr. işləyib. 2011–2014-cü illərdə Türkiyə–Ukrayna üçillik birgə çalışma layihəsində layihə rəhbəri kimi işləyib. 2018–2020-ci illərdə İğdır Universitetində (İğdır, Türkiyə) Prof. Dr. işləyib. Onun ən böyük nailiyyətlərindən biri hidrodinamika və digər sahələrdə geniş tətbiq olunan "Navye-Stoks" tənliklərinin həllini tapmasıdır.[2] Bu tənliklər uzun illər ərzində riyaziyyat dünyasında həll edilməmiş problemlərdən biri olaraq qalırdı. Soltanov bu sahədə apardığı araşdırmalarla riyaziyyat elminə mühüm töhfə vermişdir.
Riyaziyyatçı kimi əldə etdiyi yeniliklər
redaktə- Yeni bir qeyri-xətti metrik fəzalar sinfi müəyyən edilməsi, onların xassələri, Lebeq, Sobolev və Orliç-Sobolev fəzaları ilə əlaqələrinin araşdırılması. Bu sinif fəzaların qeyri-xətti diferensial tənliklərin həllər sinfi olduğu göstərilməsi və s. Prandtl-von Mizes tənliyinin həllinin varlığı və sinfinin göstərilməsi.
- Yeni sabit nöqtə teoremlərinin isbatlanması və onlarin bilinən bu tip nəticələrdən daha geniş operatorlar sinifləri üçün tətbiq edilə biləcəyinin göstərilməsi və s.
- Qeyri-xətti tənliklərin normal həll oluna bilməsini öyrənmək üçün yeni yöntəmin verilməsi və tətbiqi.
- Navier-Stokes tənliyinin zəif həllinin nə zaman tək olacağını göstərən yetərli şərtlərin əldə edilməsi və onlardan istifadə edərək təklik teoreminin isbat edilməsi.
- Neuro-net və Rimann problemi ilə bağlı bir neçə problemin araşdırılması.
- Xərçəng xəstəliyinin yayılması ilə bağlı yeni riyazi model verib onun davranışının araşdırılması və s.[3]
Beynəlxalq fəaliyyəti
redaktə2003-cü ildə Kamal Soltanov Türkiyənin Hacettepe Universitetinə dəvət edilmiş və burada 13 il çalışmışdır.[4] Daha sonra, 2018–2020-ci illərdə Türkiyənin İğdır Universitetində tədqiqatlarını davam etdirmişdir.[5]
Əsas nailiyyətlər
redaktə- 120-dən çox elmi məqalənin müəllifi.
- "Navye-Stoks" tənliklərinin həllini tapması, bu problemin riyaziyyat elminin tarixinə düşməsinə səbəb olmuşdur.[6]
- Azərbaycan Respublikasının Fəxri Fərmanı ilə təltif edilmişdir.
İstinadlar
redaktə- ↑ "Azərbaycanlı riyaziyyatçı Kamal Soltanov "Navye-Stoks bərabərliyi" problemini həll etdi". Milli.Az. İstifadə tarixi: 2024-12-11.
- ↑ Azərbaycanlı professordan böyük uğur: Riyazi tənliyi həll etdi
- ↑ Goychay Ensiklopediyası. "Soltanov, Kamal Nəsir oğlu." Əldə edilib: https://goychay-encyclopedia.az/soltanov-kamal-n%C9%99sir-oglu/ (12 dekabr 2024).
- ↑ Kamal Soltanov — Hacettepe Universiteti Akademik Profil
- ↑ Əməkdar müəllimimiz Soltanov min illərdir həll olunmayan tənliyi həll edərək universitetimizi qürurlandırdı
- ↑ Kamal Soltanov dünya alimlərinin minillərdir tapa bilmədiyi Navye-Stoks bərabərliyini həll edib