Kuveytin Dovlet Qurulusu - Wikipedia
Küveytin dövlət quruluşu - 1962-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi.
Küveyt | |||||
---|---|---|---|---|---|
Küveyt | |||||
| |||||
Himn: النشيد الوطني |
|||||
Paytaxt | Küveyt-2 million sakin (2008-ci il) | ||||
İdarəetmə forması | Monarxiya | ||||
əmir | Sabah əl-Əhməd əl-Cabir əs-Sabah [29.I.2006 ~] | ||||
baş nazir | Cabir əl-Mübarək əl-Həməd əs-Sabah | ||||
Sahəsi | Dünyada 158-ci | ||||
• Ümumi | 17818 km² | ||||
Əhalisi | |||||
• Əhali | 3 020 min nəfər (140-cı) | ||||
• Siyahıyaalma (20.IV.2005) | 2 193 651 nəf. | ||||
• Sıxlıq | 169 nəf./km² | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 165,8 milliard dollar (61-ci) | ||||
• Adambaşına | 43 000 dollar (23-cü) |
Dövlət quruluşu
redaktəKüveyt mütləq formalı idarəetmə üsuluna malik konstitusiyalı monarxiyadır [1]. Milli bayram günü olan milli gün (1950) 25 fevralda qeyd olunur.
İnzibati bölgüsü
redaktəKüveyt ərazisi inzibati cəhətdən 6 vilayətə (Əl-Əhmədi, Əl-Fərvaniyyə, Əl-Asima, Əl-Cəhra, Həvalli, Mübarək Əl-Kəbir) bölünür.
Dövlət başçısı
redaktəMövcud Konstitusiyaya görə Hökumətin başçısını təyin etmək, Parlamenti buraxmaq, qanun layihələrini imzalamaq və ya onları yenidən işlənilməsi üçün Məclisə (Parlament) qaytarmaq və s. mühüm səlahiyyətlərə malik olan Əmir - dövlətin başçısı və Küveyt silahlı qüvvələrinin ali baş komandanıdır.
Ölkənin idarə edilməsində de-yure müstəsna və şəriksiz hüquqlara malik olan, de-fakto isə ölkəni təkbaşına idarə edən Əmirin toxunulmazlıq hüququ vardır, bununla belə Küveyt Əmirliyinin kütləvi informasiya vasitələrində onun tənqid edilməsinə qadağa mövcud deyil.
Əmir taxt-tac vəliəhdini təyin etmək hüququna malikdir. Vəliəhdin namizədliyi hakim ailənin üzvləri tərəfindən bəyənilməli və ölkə Parlamenti tərəfindən təsdiq edilməlidir. Əgər Parlament təklif olunan namizədin əleyhinə səs verərsə, Əmir Parlamentə hakim ailədən olan üç nəfərin namizədliyini təqdim etməli, Parlament isə onlardan birini təsdiq etməlidir.
Qanunvericilik hakimiyyəti
redaktəBirpalatalı Milli Məclisdir. Parlamentin 50 üzvü var və onlar ümumxalq seçkiləri yolu ilə 4 il müddətinə seçilirlər. Konstitusiyaya görə, Məclis Əmir tərəfindən çağırılır və dövlət başçısının yeni çağırış məqsədilə Parlamenti qısa müddətə buraxmaq səlahiyyəti vardır.
Ölkədə siyasi partiyalar yoxdur və mövcud qanunvericiliyə görə siyasi partiyaların yaradılması qadağandır.
Küveytdə qadınlar kişilərlə bərabər seçki hüququna malikdirlər [2].
İcraedici hakimiyyət
redaktəÜzvləri Baş nazir tərəfindən təyin olunan və dövlət başçısı (Əmir) tərəfindən təsdiq edilən Nazirlər Şurası, ölkədə icra hakimiyyətini Əmirlə birlikdə həyata keçirir. Küveytin ikinci ali vəzifəli şəxsi (Əmirdən sonra) sayılan və Hökumətə başçılıq edən Baş nazir və onun müavini, habelə Hökumətin digər ali yetkililəri dövlət başçısı tərəfindən təyin olunur. Kifayət qədər geniş səlahiyyətlərə malik olan Nazirlər Şurası Milli Məclis qarşısında heç bir məsuliyyət daşımır.
Məhkəmə hakimiyyəti
redaktəÖlkədə məhkəmə-hüquq sistemi İslam (fundamental “Şəriət”) hüququnun təməl prinsiplərinə əsaslanır. Küveyt dövlətinin məhkəmə hakimiyyəti Ali Apelyasiya Məhkəməsi, habelə birinci instansiya məhkəmələri tərəfindən həyata keçirilir.
Mənbə
redaktə- Густерин П. В. Города Арабского Востока. — М.: Восток—Запад, 2007. — 352 с. — (Энциклопедический справочник).
İstinadlar
redaktə- ↑ "الدستور الكويتي (1962)". 2012-03-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-11-26.
- ↑ http://www.gcc-legal.org/mojportalpublic/LawAsPDF.aspx?opt&country=1&LawID=2674/ Arxivləşdirilib 2012-03-07 at the Wayback Machine ст.29.Конституции Кувейта