Kutlevi Istehsal - Wikipedia
Kütləvi istehsal — istehsalın bir növü olub, böyük həcmdə hazırlanan məhsulun aşağı çeşidliyi ilə səciyyələnir. Kütləvi istehsal müəssisədə bir və ya bir neçə ölçüdə olan məhsulun və ya onun hissələrinin istehsalına yönəlmiş yüksək ixtisaslaşma dərəcəsinə malikdir. Kütəvi istehsal sənayenin bir çox sahələri üçün səciyyəvidir: maşınqayırma, tərtibatlar (saat sitehsalında), yüngül sənaye (ayaqqabı, qalantereya məhsulları), yeyinti sənayesi (konservlərin istehsalı). Kütləvi istehsal həm ayrı-ayrı sexlər və onun sahələri daxilində, həm də bütövlükdə müəssiədə daxilində təşkil oluna bilir. Burada məsulun istehsal həcmini həddən qartıq yüksəltmək və eyni zamanda onun keyfiyyətini artırmaq olur. Xüsusi avadanlıqların tətbiqi sayəsində işin məhsuldarlığı artır və əməliyyat üçün hazırlıq-tamamlama işlərinə sərf olunan vaxt minimuma enir, maya dəyəri aşağı düşür, rentabellilik artır. Bu istehsalın əsas xüsusiyyəti istehsal prosesinin özündə və onun aparılma üsulunda, işçi yerlərinin ixtisaslaşdırması və onların əməliyyatların ardıcıllığına uyğun yerinə yetirilməsindədir. Texnoloji proses çox hallarda proqresivdir. İşçilərin kiçik məşğuliyyət dairəsində ixtisalaşma dərəcəsi də yüksək olmalıdır. Kütləvi istehsalda əməliyyatlar sinxronlaşdırılır və əmək vasitələrinin işçi yerlərdə hərəkəti fasiləsiz olaraq mexanikləşdirilmiş və avtomatlaşdırlmış sistemlərin köməyi ilə aparılır (konveyrlər). Bu, istehsal prosesinin müddətini minimallaşdırır və uyğun olaraq dövriyyənin sürətini yüksəldir. Kütləvi istehsalda məmul eyni zamanda fasiləsiz olaraq buraxılır. Bunun üçün əsas şərt konstruksiyetmə zamanı düyüm və maşın hissələrinin maksimum şəkildə standartlaşdırılması və normativləşdirilməsdir.
Kütləvi istehsalda işçi yerlərdə yüklmənin dərəcəsi artır, hesabatlar və nəzarət avtomatlaşdırılır, istehsalın idarə edilməsi avtomatlaşdırılmış şəkildə fasiləsiz olaraq aparılır.
Kütləvi istehsalda seriyalılıq əmsalı K=1 olur.
Mənbə
redaktə- Rezo Əliyev. Maşınqayırma leksikonu. I hissə, Bakı: Appostrof nəşriyyatı, 2012, 430 s.
- Wittke, Volker: Wie entstand industrielle Massenproduktion. Berlin 1996, ISBN 3-89404-415-2.
- Pine, B. Joseph: massgeschneiderte Massenfertigung: Neue Dimension im Wettbewerb. Wien 1994, ISBN 3-901260-66-8.