Jeni Bojilova Pateva - Wikipedia
Jeni Bojilova-Pateva (bolq. Жени Божилова-Патева; 1 dekabr 1878 – 17 iyun 1955, Sofiya, Bolqarıstan Xalq Respublikası[d]) — Bolqar müəllim, yazıçı, qadın hüquqları müdafiəçisi və pasifist hərəkatlarda iştirak etmiş suffrajist.
Jeni Bojilova-Pateva | |
---|---|
bolq. Жени Божилова-Патева | |
Doğum tarixi | 1 dekabr 1878 |
Vəfat tarixi | 17 iyun 1955 (76 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | müəllimə, yazıçı, qadın hüquqları fəalı[d] |
1893-cü ildə pedaqoji təhsili aldıqdan sonra müəllimliyə başlayıb. Lakin 1898-ci ildə evli qadınların hüquqlarını məhdudlaşdıran qanun qəbul edildikdən sonra müəllimlik fəaliyyəti qadağan edilib. Jeni Bojilova-Pateva elə həmin il beynəlxalq qadın hərəkatında iştirak edərək ictimai fəallığa və jurnalistika sahəsinə keçib.
1901-ci ildə Bolqarıstan Qadınlar Birliyinin yaradıcılarından biri olub. 1905-ci ildə Burqasda "Özünüdərk" feminist qrupunu qurub və 25 il onun sədri olub. “Qadınların səsi” jurnalının redaktoru kimi o, Bolqarıstanda və xaricdə qadın hərəkatının inkişafı, eləcə də qadınları narahat edən problemlər haqqında məqalələr dərc edib. O, karyerası ərzində 500-dən çox məqalə və kitab nəşr etdirib.
Jeni Bojilova-Pateva 17 iyun 1955-ci ildə kommunist rejiminin onun əlindən bütün mülk və əmlakını alması səbəbindən Sofiyada yoxsulluq içində vəfat edib.
Həyatı
redaktəJeni Bojilova 1878-ci il dekabrın 1-də Osmanlı imperiyasının Bolqarıstan knyazlığının Qradets şəhərində Genka Andreyeva və Dimov Bojilin ailəsində anadan olub. 1877-1878-ci il Rusiya-Osmanlı müharibəsinin veteranı olan atası təhsili fəal şəkildə müdafiə edən dərzi və fermer idi. İbtidai məktəbi Qradetsdə bitirən Bojilova sonra Slivendə orta məktəbdə oxuyub.[1][2] Təhsilini Nanço Popoviç adına Ali Təbiət Elmləri və Riyaziyyat Məktəbində davam etdirib. 1893-cü ildə oranı müəllimlik diplomu ilə bitirib.[1][3]
Əmək fəaliyyəti
redaktəMüəllim kimi
redaktəNövbəti il o, Karnobatdakı məktəbdə dərs deməyə başlayıb. 1896-cı ildə qadın məktəbində vəzifə tutaraq Razqrad şəhərinə köçür. 1897-ci ildə o, İvan Patevlə ailə qurdu. İ.Patevdə Jeninin məmləkətindən gəlmiş və eyni zamanda müəllim işləmişdi. Bərabər hüquqlu nikahda olduqları üçün cütlük bir-birlərinə ali təhsil almaq məqsədlərinə çatmaqda kömək etməyə razılaşdılar.
İvan Patev xaricdə təhsil almaq üçün Cenevrəyə getdi. O, 1899-cu ildə geri qayıtdı. O, uzaqda olarkən, Pateva onu maliyyə cəhətdən təmin edirdi. İvan hüquq elmləri doktoru dərəcəsi ilə qayıdanda, 1901-ci ildə xaricə oxumağa gedən həyat yoldaşına eyni dəstək göstərdi.
Jeni Berlin və Yenada təhsilə başladı və 1902-ci ildə Parisdə kurslar keçərək fəlsəfə və sosiologiya, həmçinin alman, fransız və rus dillərini öyrəndi. Jeni Pateva təhsilini başa vurmasa da, beynəlxalq qadın hərəkatının təsiri ilə 1903-cü ildə Bolqarıstana qayıdır.[1] Cütlük Burqasda məskunlaşdı və sonrakı 16 il ərzində üç övladı oldu: Luben ("Leo", 1904-cü il təvəllüdlü), Bojan (1905-ci il təvəllüdlü) və Lilian ("Lili" adı ilə tanınır, 1913-cü il təvəllüdlü).[1][2]
Qadın hüquqları uğrunda mübarizə (1898-1908)
redaktəJeni Pateva ictimai işlərdə siyasi iştirakına 18 dekabr 1898-ci ildə Bolqarıstan Milli Assambleyası evli qadınlara müəllimlik etməyi qadağan edən qanunu qəbul etdikdən sonra başladı.[1] Buna etiraz olaraq o, knyazlığın bütün müəllimlərinə müraciət edərək qanunun legitimliyinə qarşı çıxmağı tövsiyə edən “Açıq məktub” (bolq. Отворено Писмо) yazdı.[1] Qadınları bu məqsəd ətrafında birləşdirmək və qadınların, uşaqların adətən qarşılaşdıqları digər problemlərlə bağlı işlərini təşviq etmək üçün Jeni Pateva, Anna Karima və Yuliya Malinova ilə birlikdə 1901-ci ildə Bolqarıstan Qadınlar Birliyi təşkilatını təsis etdi. Bu Bolqarıstanda ilk milli qadın təşkilatı idi. Anna Karima təşkilatın ilk sədri, Jeni Pateva isə direktorlar şurasının üzvü oldu. Qadın qruplarının və müəllimələrin təzyiqlərinə baxmayaraq, qanun 1904-cü ilə qədər qüvvədə qaldı.[1]
1901-ci ildə Jeni Pateva Burqasda beynəlxalq qadın hərəkatı, Mərhəmət qrupu (bolq. Милосърдие) üçün məruzəçi kimi mühazirə oxumağa başladı. 1902-ci ildə Razvitie qrupunun yenidən təşkilinə kömək etmək üçün Yambola getdi. 1903-cü ildə "Mərhəmət"in sədri seçildi. Lakin dərnəyin üzvləri Bolqarıstan Qadınlar Birliyinə qoşulmaq və ya diqqətlərini xeyriyyəçilik işlərindən yayındırmaq istəmədiklərindən, o, istefa verdi və təşkilatı tərk etdi. Elə həmin il Anna Karima və Yuliya Malinova arasında ciddi mübahisə yarananda ittifaq böhranla üzləşdi və nəticədə təşkilat parçalandı. Onların mövqeyi ondan ibarət idi ki, bütün qadınların eyni problemləri var və birliyin məqsədləri sinfindən və partiyasından asılı olmayaraq onları təmsil etməlidir.
Vela Blaqoyeva və Kina Konovanın başçılıq etdiyi başqa bir fraksiya hesab edirdi ki, ittifaq proletarlaşdırılmalı və onun üzvləri fəhlə sinfindən gəlməlidir.[4] Jeni Pateva 1903-cü ildə nəşr olunan "Bolqar Qadınlar Birliyində fikir ayrılıqları" kitabını yazdı. O, həmçinin 1904-cü ildə redaktoru olduğu “Qadınların səsi” bolq. Женски глас) qəzetində yazılar yazmağa başladı.[5][6]
Penka Russyeva-Belmustakova və Yordanka Quşova ilə birlikdə Jena Pateva 1904-cü ildə dil və savad kurslarında iştirak etmək və qadınların peşə və universitet təhsilinə çıxış imkanlarını yaxşılaşdırmaq üçün proqramlar təşkil etmək üçün qadınlar üçün təhsil qrupu yaratdı. Növbəti il onlar rəsmi olaraq təhsil və xeyriyyə cəmiyyəti olaraq “Özünüdərk” (bolq. Самосъзнание) adlı bir təşkilat yaratdılar və onu Patevanın sədr təyin olunduğu Bolqarıstan Qadınlar Birliyi ilə birləşdirdilər.[1]
1908-ci ildə Jeni Pateva Amsterdamda Beynəlxalq Qadınlar Alyansının (IWSA) IV Konqresində Bolqarıstan Qadınlar İttifaqını təmsil etdi. O, Bolqarıstan Qadınlar İttifaqını IWSA-ya üzv olmağa çağırdı. Elə həmin il Jeni Pateva ikinci kitabını nəşr etdi, "Qadınlara kömək" (bolq. В помощ на жената) və orada geniş islahatlara çağırdı. O, uşaqları və işləyən qadınları qorumaq üçün qanunları tövsiyə etdi və analığın qorunması üçün tövsiyələr planı hazırlandı. Kitab Bolqar Qadınlar Birliyinin ideologiyasının əsası oldu.[7]
Qadın hüquqları və sülh hərəkatı (1911-1924)
redaktəJeni Pateva 1911-ci ildə Stokholmda keçirilən IWSA-nın VI Konqresində çıxış etdi O, ictimai həyatın bütün sahələrində qadınların tam bərabərliyini müdafiə edərək "Utro" qəzeti üçün konqresin gedişi haqqında hesabat yazdı.[8]
Balkan müharibələri zamanı o, "Balkan qadınlarına müraciət" nəşr etdirərək, qadınları sülhə nail olmağa çağırdı.[1]
Birinci Dünya müharibəsinin əvvəlində Jeni Pateva hərbi əsirlərə və onların ailələrinə dəstək proqramları, o cümlədən əsgərlər üçün alt paltarları tikmək hərəkatı təşəbbüsü ilə çıxış etdi. O, 1915-ci ildə Haaqada keçirilən Beynəlxalq Qadınlar Birliyinin Sülh və Azadlıq Uğrunda (WILPF) təsis edildiyi Xüsusi Beynəlxalq Qadınlar Konqresində çıxış edərək, döyüşən tərəfləri silahı yerə qoymağa çağırdı.[9]
1922-ci ildə o, Haaqada keçirilən ICW-nin xüsusi konqresində iştirak etdi və burada müharibənin təhlükələri haqqında danışdı. Pateva qardaşlıq, azadlıq və öz müqəddəratını təyinetmə mədəniyyətini inkişaf etdirmək üçün insanlar arasında tam tərksilah və əməkdaşlığın zəruriliyini bir daha vurğuladı. O, 1923-cü ildə Romada keçirilən IWSA-nın IX Konqresində qadınların siyasi hüquqları ilə bağlı bəyanatla çıxış etdi.[8][10][11]
Bolqarıstanda dövlət çevrilişinə cavab olaraq hərbi vəziyyət elan olunduğu və parlamentin ölüm hökmünün lehinə qanun qəbul etdiyi həmin ildə o, açıq şəkildə bu siyasətin əleyhinə çıxmışdı.[1][11] Jeni Bojilova-Pateva qadınları qanunvericiliyə qarşı çıxmağa çağıran məqalələr yazaraq, qanuna ilk etiraz edən oldu. J.Pateva Bolqarıstan Qadınlar Birliyinin XIX konqresində öz fikirlərinin üzərində duraraq doğum və uşaq böyütməyin əzabını bilən anaları insan həyatının öldürülməsinə, müharibəyə və ölüm cəzasına qarşı çıxmağa çağırdı. [1][2]
Sonrakı karyerası (1925-1945)
redaktə1925-ci ildə 20 il "Özünüdərk"in sədri vəzifəsindən sonra Jeni Pateva "Özünüdərk"in üzvlərinin və Bolqarıstan Qadınlar İttifaqının Aleksandr Tsankovun diktator faşist rejiminə və onun ağ terror siyasətinə dəstək verdikləri ideoloji mövqeyə görə istefa verdi.[1][12] Növbəti il o, 1944-cü ilə qədər rəhbərlik etdiyi "Bolqarıstanda Qadın Sülh Cəmiyyəti"ni təşkil etdi. Təşkilat hakimiyyətin ölkədən fəalları qovmasına və repressiyalarına aktiv şəkildə qarşı çıxırdı.
Sonrakı onilliklər ərzində Jeni Petkova "Qadın xəbərləri" üçün məqalələr yazmaq üzərində çalışdı. Qadın və sülh konfranslarında iştirak etdi. O, 1926-cı ilin may ayında Parisdə keçirilən Onuncu IWSA Konqresində iştirak etdi və WILPF Konqresində iştirak etmək üçün iyul ayında Dublinə yola düşdü.[13][14]
1927-ci ildə Pateva Sülh və Azadlıq Uğrunda Beynəlxalq Qadınlar Birliyinin Qlanda (İsveçrə) iclasında çıxış etdi.[15][16] 1929-cu ildə Cenevrədə Beynəlxalq Universitet Qadınları Federasiyasının konfransında iştirak etdi.[13][17] 1931-ci ilin mayında Belqrad Sülh Konfransında,[18] 1931-ci ilin avqustunda Lionda Müharibə Müxaliflərinin Beynəlxalq Konfransında,[15][19] 1937-ci ildə Parisdə keçirilən Ümumi Sülh Konqresində həm 1939-cu, həm də 1940-cı illərdə Rotterdamdakı tədbirlərdə iştirak edib.[13]
Jeni Pateva karyerası ərzində 100-dən çox ictimai mühazirə oxumuş və sadiq qaldığı qadın hüquqları, pasifizm və veqetarianizm mövzularında 500-ə yaxın məqalə və kitab nəşr etdirib.[20] 1931-ci ildə İnqilabçı Yazıçılar Beynəlxalq İttifaqının Fransa bölməsinin fəxri üzvü seçilib.[1][21]
Onun evi Aleksandr Balabanov, Adriana Budevskaya, Petko Rosen, Nikola Sakarov, Aleksandr Stamboliski, Naiço Tsanov və Asen Zlatarov daxil olmaqla, görkəmli Bolqarıstanın ictimai xadimləri və ziyalılarının toplaşdığı yer idi. 1944-cü ildə Bolqarıstanda ikinci dövlət çevrilişi kommunist rejimini hakimiyyətə gətirdi. Bu rejim dövlət sosializmini həyata keçirdi. Qadınlara səsvermə hüququ verdi, eyni zamanda qadın və digər yerli təşkilatları ləğv etdi.[22]
1945-ci ildə Jeni Pateva Milli Təhsil və Mədəniyyət Nazirindən Azad Milli Mütərəqqi Mədəniyyət Mərkəzi kimi "Özünüdərk" təşkilatının yaradılmasına icazə verməsini xahiş etdi. Pateva qeyd etdi ki, “təsərrüfat hesablı təşkilatın məqsədi qadınlara və gənclərə öz istedadlarını təkmilləşdirmək və bolqar xalqına fayda verəcək mədəni fəaliyyətlərdə iştirak etmək bacarıqlarını inkişaf etdirmək üçün imkanlar yaratmaq olacaq”. Lakin onun xahişi rədd edildi və hakimiyyət Jeni Patevin ailəsini sərvətlərinə və Burqas elitasının bir hissəsi statusuna görə xalqın düşməni elan etdi.[1][2]
1947-ci ildə Nikola Petkov ölüm hökmünə məhkum ediləndə Pateva Georgi Dimitrov və Vasil Kolarova məktub göndərərək qanunvericilik səviyyəsində ölüm hökmünün ləğv edilməsini tələb edir. Lakin Pateva üçün məktubun ağır nəticələri olur. Hakimiyyət məktuba cavab olaraq həm onun evini, həm də oğlu Bojanın fabrikini milliləşdirir. Dolanışıqsız qalan Pateva hökumətə məktub yazaraq təqaüd istəyir. Lakin onun xaişi rəsmi səviyyədə rədd edilir.[1][2]
Ölümü və mirası
redaktəJeni Pateva 17 iyun 1955-ci ildə Sofiyada yoxsulluq içində öldü.[1][2]
1994-cü ildə Patevanın əvvəllər təsis etdiyi və 20 il rəhbərlik etdiyi “Özünüdərk” qadın təşkilatı yenidən fəaliyyətə başladı.
2016-cı ildə Burqasdakı Yazıçılar Evinin divarında Jeni Patevanın şərəfinə xatirə lövhəsinin təntənəli açılışı oldu.[3] Tarixçi Krasimira Daskalovanın sözlərinə görə, o, Anna Karima ilə birlikdə dövrünün iki “qadın hərəkatının ən görkəmli liderlərindən” biri kimi yadda qalıb.[23]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 Стоянова, 2009
- ↑ 1 2 3 4 5 6 Миланова, 2017
- ↑ 1 2 Белов, 2016
- ↑ de Haan, Daskalova və Loutfi, 2006. səh. 236, 293
- ↑ de Haan, Daskalova və Loutfi, 2006. səh. 259
- ↑ Регионална библиотека П. К. Яворов, 2018. səh. 1
- ↑ Report of the 4th Conference of the International Woman Suffrage Alliance, 1908. səh. 89
- ↑ 1 2 Chonkova, Sabeva, 2009. səh. 31
- ↑ Регионална библиотека П. К. Яворов, 2018. səh. 1–2
- ↑ Назъpcka, 2005. səh. 92
- ↑ 1 2 Vukov, 2011. səh. 42
- ↑ Todero, 2016. səh. 163
- ↑ 1 2 3 Chonkova, Sabeva, 2009. səh. 30
- ↑ Chuter, 1926
- ↑ 1 2 Chonkova, Sabeva, 2009. səh. 32
- ↑ Dutt, 1981. səh. 39
- ↑ Laqua, 2011. səh. 179
- ↑ Chonkova, Sabeva, 2009. səh. 33
- ↑ International Institute of Social History, 2019
- ↑ Регионална библиотека П. К. Яворов, 2018. səh. 5–6
- ↑ Бухчев, 2017
- ↑ Ivancheva, 2014
- ↑ Daskalova, 2016. səh. 202
Ədəbiyyat
redaktə- Белов, Тони. "Поставят паметна плоча на първата бургаска феминистка" [They place a memorial plaque for the first Burgas feminist]. Флагман (Bulgarian). Burgas, Bulgaria. 3 May 2016. 2 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 July 2019.
- Брадинска, Радка Н. Възникване и оформяне на женско социодиалмократическо движение в Българийска. 1885–1915 Изследване [Originating and shaping the women's social-democratic movement in Bulgaria: 1885–1915 research.] (Bulgarian). Sofia, Bulgaria: NSOF. 1969.
- Бухчев, Борис. "Жени Патева – вдъхновената феминистка" [Zheni Patva – Indefinite Feminist]. Вестник Трета Възраст (Bulgarian). Sofia, Bulgaria. 21 May 2017. 7 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 July 2019.
- Chonkova, Genoveva; Sabeva, Emilia. The Contribution of Jeni Bojilova-Pateva to the International Activities of the Bulgarian Women's Movement (PDF). International Science conference "Economics and Society Development on the Base of Knowledge", 4–5 June 2009 (Bulgarian). Stara Zagora, Bulgaria: Stara Zagora Union of Scientists. June 2009. 30–34. 4 March 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 28 November 2011.
- Chuter, Hilary. "Women's International League for Peace and Freedom Congress 1926". documentingdissent.org.uk. Lancaster, England: Global Link Development Education Centre. 10 July 1926. 2 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 July 2019.
- Daskalova, Krassimira. "Developments in Bulgarian Education: from the Ottoman Empire to the Nation-State and beyond, 1800-1940s" (PDF). Espacio, Tiempo y Educación. en:Armenia, Colombia: Escuela de Administracion y Mercadotecnia del Quindio. 4 (1). January 2017: 1–29. doi:10.14516/ete.163. ISSN 2340-7263. İstifadə tarixi: 29 June 2019.
- Daskalova, Krassimira. 8. Bulgarian Women in Legal Education and the Legal Profession During the First Half of the Twentieth Century // Kimble, Sara L.; Röwekamp, Marion (redaktorlar ). New Perspectives on European Women's Legal History. New York, New York: . 2016. 196–215. ISBN 978-1-317-57716-4.
- Dutt, R. C. Socialism of Jawaharlal Nehru. New Delhi, India: Abhinav Publications. 1981. ISBN 978-81-7017-128-7.
- de Haan, Francisca; Daskalova, Krasimira; Loutfi, Anna, redaktorlar Biographical Dictionary of Women's Movements and Feminisms in Central, Eastern, and South Eastern Europe: 19th and 20th Centuries. Budapest, Hungary: en:Central European University Press. 2006. ISBN 978-963-7326-39-4.
- Ivancheva, Mariya. Continuity in Rupture: The Paradoxical History of the Women's Movement in Bulgaria // Lisiak, Agata; Smolenski, Natalie (redaktorlar ). What Do Ideas Do?. XXXIII. Vienna, Austria: en:Institut für die Wissenschaften vom Menschen. 2014. 28 August 2017 tarixində arxivləşdirilib.
- Laqua, Daniel. Internationalism Reconfigured: Transnational Ideas and Movements Between the World Wars. London, England: I.B. Tauris. 2011. ISBN 978-1-84885-469-7.
- Миланова, Елена. "Жени Патева, будителката" [Jeni Pateva, the Writer]. Момичетата от града (Bulgarian). Sofia, Bulgaria: "Girls from the City" Ltd. 8 March 2017. 25 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 June 2019.
- Назъpcka, Жоржета. "В История на Българската Периодика сп. "Гражданка" (1911–1912): В Българската Социална и Културна Модернизация" [In the History of the Bulgarian Periodical Sp. "Crazdanka" (1911–1912) : Bulgarian Social and Cultural Modernization] (PDF). Издател (Bulgarian). Veliko Tarnovo, Bulgaria: (2–3). 2005: 88–93. ISSN 1310-4624. 27 April 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 June 2019.
- Стоянова, Снежана. "Жени Божилова Патева—Основателката и първата председателка на бургаското Женско Дружество "Самосъзнание" от 1905 г. до 1925 г." [Zheni Bozhilova-Pateva—The Founder and First Chairman of the Burgas Female Society "Self-Confidence" from 1905 to 1925]. J. B. Pateva (Bulgarian). Burgas, Bulgaria: Независимо женско дружество "Самосъзнание". 29 January 2009. 28 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 June 2019. Source is a blog, but is written by a professor in the Faculty of Engineering and Pedagogy of the Technical University of Sliven and contains references.
- Todero, Fabio. War and Memory: The Fascist Instrumentalization of the Italian Front // Luthar, Oto (redaktor). The Great War and Memory in Central and South-Eastern Europe. Leiden, The Netherlands: Brill Publishers. 2016. 123–136. ISBN 978-90-04-31623-2.
- Vukov, Nikolai. The aftermaths of defeat: the fallen, the catastrophe, and the public response of women to the end of the First World War in Bulgaria // Sharp, Ingrid; Stibbe, Matthew (redaktorlar ). Aftermaths of War: Women's Movements and Female Activists, 1918–1923. History of Warfare. 63. Leiden, The Netherlands: en:Brill Publishers. 2011. 29–48. ISBN 978-90-04-18276-9.
- Report of the 4th Conference of the International Woman Suffrage Alliance (PDF) (Hesabat). Amsterdam, the Netherlands: F. Van Rossen. 1908 – ASP: Women and Social Movements vasitəsilə.
- Report of Ninth Congress of the International Woman Suffrage Alliance, Rome, Italy, May 12th to 19th, 1923. Dresden, Germany: B. G. Teubner. 1923.
- Report of Tenth Congress [of the International Alliance of Women for Suffrage and Equal Citizenship], Paris, May 30th to June 6th, 1926. London, England: The London Caledonian Press Ltd. 1926.
- Жени Божилова – Патева [Zheni Bozhilova – Pateva] // Тринадесет забележителни жени на Бургас [Thirteen remarkable women of Burgas] (Bulgarian). Burgas, Bulgaria: Регионална библиотека П. К. Яворов. 6 March 2018. 1–6.
- "War Resisters' International Archives". iisg.amsterdam. Amsterdam, the Netherlands: International Institute of Social History. 2019. 2 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 July 2019.