Ii Suzuki Sinici - Wikipedia
II Suzuki Şiniçi (鈴木 真一?, 1855[1][2], İzu əyaləti[d], Tokaydo[d] – 1912[1][2]) və ya doğum adı ilə Okamoto Keyzo (岡本圭三?) – Yaponiya fotoqrafı. Xaricdə təhsil almış ilk yapon fotoqrafdır. Onunla eyni adı daşıyan digər fotoqraf I Suzuki Şiniçinin kürəkənidir.
II Suzuki Şiniçi | |
---|---|
Doğum tarixi | 1855[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 1912[1][2] |
Fəaliyyəti | fotoqraf |
Fəaliyyət illəri | 1870–1896 |
Vikianbarda əlaqəli mediafayllar |
İlk illəri
redaktə1855-ci ildə[a] Yaponiyanın İzu əyalətində doğulmuşdur. Ailənin ilk oğlu olan Suzukinin doğum adı Okamoto Keyzo idi. Erkən yaşlarda rəssamlığa və rəsm çəkməyə maraq göstərməyə başlamışdır. 13-14 yaşı olanda rəssam olmaq məqsədilə Yokohamaya getmişdir. Burada ingilis rəssam Çarlz Virqmanın şagirdi olmuşdur. Bu zaman fotoqrafiya ilə maraqlanmağa başlamış, Virqmandan fotoqrafiyanın əsasları haqqında məlumatlar əldə etmişdir.[4]
Fotoqrafiya
redaktəSuzuki 1870-ci ildə[b] fotoqraf Şimooka Renconun şagirdi olmuşdur.[4] 1873-cü ildə Şimookanın digər fotoqraf şagirdi olan I Suzuki Şiniçinin qızı ilə evlənmişdir.[5] 1876-cı ildə[c] ondan ayrılaraq Naqoya şəhərində ilk fotostudiyasını açmışdır. Texniki biliklərini artırmaq üçün ABŞ-də təhsil almağa qərar vermiş və xaricdə təhsil almış ilk yapon fotoqraf olmuşdur. Fotostudiyasını köməkçisinə etibar edərək 1879-cu ildə Yaponiyanı tərk etmiş[4] və San-Fransiskoda məskunlaşmış fotoqraf İsaya Vest Teyberin şagirdi olmuşdur.[6] 1880-ci ildə[d] Yaponiyaya qayıdaraq Tokionun Kudanzaka bölgəsində yeni fotostudiya açmışdır. Bu fotostudiya qayınatasına aid fotostudiyanın filialı kimi fəaliyyət göstərmişdir.[6]
Suzuki qısa müddət ərzində Yaponiya və Avropa sərgilərində mükafatlar qazanmışdır. Tokiodakı studiyasında III Napoleonun və 1881-ci ildə Havay kralı Kalakauanın fotosunu çəkmişdir. 1888-ci ildə[e] İmperator Meyci və İmperatriça Şokenin fotolarını çəkmək üçün saraya dəvət olunmuşdur. Daha sonra həmin il Şahzadə Yoşihitonun fotosunu çəkmişdir. 1890-cı ildə isə İmperatriça Şokenin fotoportretini çəkməklə vəzifələndirilmişdir. Təxminən 1890-cı ildə hökumətin tapşırığı ilə Yaponiyanın mənzərələrini əks etdirən fotolardan ibarət xüsusi albomlar hazırlamışdır. Bu albomlar konstitusiya hüququ oxumaq üçün xaricə göndərilmiş Yaponiya nümayəndəliyi tərəfindən Avropa və Amerika rəsmilərinə təqdim olunmuşdur. 1891-ci ildə Yaponiyaya səfər edən Rusiya taxtının vəliəhdi Nikolay sui-qəsd cəhdi nəticəsində yaranmış və səyahəti qısa çəkmişdir. Bu səbəbdən Suzuki hökumətin tapşırığı ilə Nikolayın qalması üçün nəzərdə tutulmuş Tokaydo hotellərinin fotolarından ibarət xüsusi albom hazırlayıb təqdim etmişdir.[6]
Suzuki gəmiçilik biznesi ilə məşğul olmağa cəhd etsə də, uğursuz olmuş və hər şeyini itirmişdir. 1912-ci ildə ölmüşdür.[6]
Qeydlər
redaktəİstinadlar
redaktəƏdəbiyyat
redaktə- Bennett, Terry. Photography in Japan: 1853–1912 (ingiliscə). Tuttle Publishing. 2006. səh. 172–173. ISBN 0-8048-3633-7. İstifadə tarixi: 28 noyabr 2024.