Iges - Wikipedia
IGES - Haqqında Məlumat
IGES<ay-ces> (en. Initial Graphics Exchange Specification) – kompüter qrafikası faylının, Amerika Milli Standartlar İnstitutu (ANSI) tərəfindən bəyənilmiş standart formatı; xüsusən, avtomatlaşdırılmış layihələndirmə (CAD) proqramları ilə yaradılmış modellərin təsvir edilməsi üçün münasibdir. IGES, CAD məsələlərinə uyğun olaraq, rəsmlərin təsvir olunması və onlara annotasiya verilməsi, diaqramların işlənib hazırlanması üsullarını təklif edir. Bura əsas həndəsi formaların (primitivlərin) geniş çeşidləri, eləcə də strukturların annotasiya və təyin olunması vasitələri daxildir.
Ədəbiyyat
redaktə- İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Xarici keçidlər
redaktə- IGES 5.3 (ANSI-1996) Arxivləşdirilib 2012-08-21 at the Wayback Machine in PDF from US Product Data Association (USPRO)
- IGES 5.x Preservation Society Arxivləşdirilib 2017-05-24 at the Wayback Machine has sample IGES files for testing translators
- "A General Description of IGES". National Institute of Standards and Technology. 2015-07-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-25.